Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


21.04.2017  11:05 

Azərbaycana gələn yüklərin oğurlanması faktı - Ciddi nəzarətə götürüldü





A+  A-

Ukraynanın Milli Polisi Azərbaycan şirkətlərinə məxsus yüklərin oğurlanması faktını ciddi nəzarətə götürüb.
Azərbaycanın Ukraynadakı səfirliyindən XəzərNews.az-a daxil olan məlumata görə, son dövrlər Ukraynada içərisində Azərbaycan şirkətlərinə məxsus yüklərin olduğu maşınların oğurlanması faktını ciddi nəzarət altına götürən səfirlik bu ölkənin aidiyyəti qurumlarına yazılı müraciət edərək, baş vermiş cinayət hadisəsinin araşdırılmasını tələb edib.

Bununla bağlı Ukraynanın hüquq mühafizə orqanlarının rəhbər şəxsləri ilə telefon əlaqəsi saxlayan səfir Azər Xudiyev, onlara Azərbaycan tərəfinin narahatlığını çatdırıb. Müraciətə ciddi reaksiya verən Ukrayna Milli Polisinin cinayət axtariş departamentinin rəhbəri, polis polkovnik leytenantı Roman Kravçenko Azərbaycan səfirliyinə gələrək baş vermiş cinayət hadisəsini Azərbaycan Daxili İşlər Nazirliyinin Ukraynadakı nümayəndəsi, polis polkovniki Şahin Qocayevlə müzakirə edib.

Görüş zamanı içərisində Azərbaycanın "Araz Supermarket MMC", "Azərsun Holdinq", "Veysəloğlu" və digər şirkətlərinə məxsus yüklərin olduğu maşınların qeyri-müəyyən istiqamətə gedərək ünvanına çatdırılmaması faktı müzakirə edilirək, bununla bağlı təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyi vurğulanıb.

Roman Kravçenko son dövrlər internetdə yüklərin ucuz daşınmasını təklif edən fırıldaqçı qruplar tərəfindən bir neçə belə hadisənin qeydə alındığını nəzərə çatdıraraq, bununla bağlı ciddi araşdırmaların aparıldığını qeyd edib. O, tezliklə dələduzların aşkarlanacağını və Azərbaycan şirkətlərinə məxsus yüklərin tapılaraq özlərinə qaytarılması üçün ciddi tədbirlərin görüldüyünü bildirib.

Xəbər 3740 dəfə oxunub.




16.08.2025  12:44 

Ay Kəramət, heeeyyy...!

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +