Gələn ay ardıcıl 4 gün iş olmayacaq
Kamran Əliyevdən Adnan Əhmədzadənin həbsi ilə bağlı... - Açıqlama
“Son vaxtlar Aİ ilə müsbətə doğru addımlar atılır” - Prezident
İlham Əliyev İtaliya prezidenti ilə görüşdü
Külək güclənəcək... - Narıncı xəbərdarlıq
Polkovnikə “general-mayor” ali hərbi rütbəsi verildi - Sərəncam
Bəhruz Əhmədova “ədliyyə general-mayoru“ rütbəsi verildi
Amerika tərəfi ilə müzakirə olunur - Zelenski
Azərbaycanla bağlı dezinformasiya yayan türk saxlanıldı
Gəldi dedi ki, ailəmi sənə tapşırıram - Tahir İmanov


19.04.2017  09:44 

“NAZ-lifan”da istehsal dayandı





A+  A-

Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına görə, Naxçıvan Avtomobil Zavodu (NAZ) istehsalı dayandırıb. Komitənin hesabatına görə, bu il ərzində ölkədə avtomobil istehsal edilməyib.
XəzərNews.az bildirir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a bunun yaxşı hal olmadığını deyib:

“Naxçıvan blokadada yerləşən zonadır. Ona görə də bu zavodun inkişaf etdirilməsi və satışın təşkil edilməsi çox vacibdir. Məhz bu səbəbdəndir ki, cənab prezident bu avtomobillərin istehsalı və inkişafı üçün göstəriş verdi. Məndə olan məlumata görə, bir sıra nazirliklər bu zavodun istehsalı olan avtomobillərdən aldı. Amma görünür bu müvəqqəti xarakter daşıdı və daimi olmadı. İnsanlar yenidən xaricdən avtomobil almağa başladılar. Deyilənə görə avtomobillərin keyfiyyəti pis deyil. Mən şəxsən “Naz-lifan” avtomobilini nə görmüşəm, nə almışam”.

V.Əhmədov zavodda satış olmadığına görə istehsalın dayandığını bildirib:

“Sifariş olmalıdır ki, istehsal da həyata keçirilsin. Mənim fikrimcə, İqtisadiyyat Nazirliyi bu zavoda diqqət göstərməlidir. Hər halda zavod adi zavod deyil. Vəsait sərf olunub, tikilib, ərsəyə gəlib.
Belə müəssisələrdə kooperasiya çox böyük rol oynayır. Zavod keçən müddət ərzində yavaş-yavaş avtomobil hissələrinin istehsalına başlamalı idi. Yəni avtomobil hissələrini xaricdən gətirib burada yığmaq problem deyil ki... Sovet dövründə kooperasiya sistemi belə qurulmuşdu ki, bir zavod bir hissəni, digəri başqa hissəni istehsal edirdi. Naxçıvan Avtomobil Zavodu da belə etməli idi. Xaricdən asılılığı azaltmaq üçün istehsala başlamalı idi. Yoxsa bütün hissələr xaricdən gətirilib burda yığılırsa və satılırsa, əvvəla onun maya dəyəri ancaq başa gəlir, gəlirliliyi aşağı olur. Görünür zavodda bu işlər görülməyib. Çünki bu 1 il ərzində heç olmasa avtomobilin 10 faizini istehsal etməli idilər. Yoxsa gətir, yığ, sat, bu, istehsal deyil. Bu inkişaf deyil”.

Xatırladaq ki, indiyə qədər ümumilikdə sifariş edilən 270 avtomobil artıq sifarişçilərə çatdırılıb. NAZ alan qurumlar sırasına Təhsil Nazirliyi, "Xəzər Dəniz Gəmiçiliyi” QSC, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Dəmir Yolları QSC, Azərbaycan Dövlət Sığorta-Kommersiya Şirkəti, "Azpetrol", Dövlət Neft Şirkəti, "Cahan Holding" və başqaları daxildir.
Naxçıvan Avtomobil Zavodu (NAZ) 8 modeldə minik avtomobili istehsal edir. Bunlar "NAZ-lifan 720”, "NAZ-lifan 820” (Premium modellər), "NAZ-lifan 620”, "NAZ-lifan 630” (sedan modellər), "NAZ-lifan X50” və X60 (SUV), "NAZ-lifan 320” və 330 (mini) modelləridir.
"NAZ-lifan 720” (sürət qutusu mexaniki) modelinin qiyməti 14 min manatdan, "NAZ-lifan 820” modelinin (sürət qutusu avtomat) qiyməti 22 min manatdan başlayır. Bu avtomobillər şəhəriçi 100 kilometrə 8-9 litr yanacaq işlədir.

Xəbər 4507 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.09.2025  12:13 

Milli Məclis bəyanat qəbul edib

30.09.2025  10:29 

Azərbaycan nefti ucuzlaşıb


BÜTÜN XƏBƏRLƏR +