Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək


18.04.2017  15:39 

Ukraynadakı səfirliyimizin birləşdiricilikdən daha çox ayırıcı fəaliyyəti... - Təfərrüat





A+  A-

Təbiətinə görə insanlar bir-birinə yaxın, vərdişlərinə görə isə bir-birindən uzaqdırlar. Konfutsi
Jurnalistin ki, başqa peşə sahibi olan dostları çoxaldı, onda jurnalistliyin dadı qaçır.
Ondan yazmayım, ayıbdı, buna toxunmayım, inciyəcək, adını çəkmə, göz yum, və sair və ilaxır... olursan anbarda yatıb qalan tənbəl pişik. Arxandan təpiklə vursalar da, tərpənə bilmirsən.

Pişik demişkən, bir neçə ay əvvəl diasporumuzda xeyli soydaşımızı bığının altına alan “pişik”dən yazmışdıq. Elə öz pişiyimizdən. O yazıdan sonra diaspor təşkilatlarımız arasında bir vəlvələ düşdü. Amma vəlvələdən o tərəfə gedən olmadı.

Güman edirdik ki, o eyhamdan sonra dünyadakı vətənpərvər soydaşlarımız təhlükədən dərhal duyuq düşəcək. Heyhat, bu gümanlarımız da, güclü və monolit diaspor arzularımız kimi, puça çıxdı. Çünki onlardan qabaq, elə aralarından keçib onları perik salan şoğərib “pişik” özü duyuq düşdü.

Nə isə...

“Nəyimə lazım?” deyib kənara çəkilmək istədim. Amma Rusiyada qapısına “Nikolay qıfılı” vurmaq istədikləri Konqresimizi (dünyada ən böyük diaspor təşkilatımızdır), Hollandiya məhkəməsində bir kəlmə sözünə görə ermənilər tərəfindən əlli-ayaqlı “göndərilən” diaspor liderimiz İlhan Aşkını, Ukraynada beş yerə bölünən, bu azmış kimi, bir tərəfdən də səfirliyimizin “xidməti” sayəsində bir-birini “al-qana qərq edən” təşkilatlarımızı, bu arada “ödənişli” “alətə” çevrilən “qələm çempionu” “həmkar”larımızı və ən əsası da bütün bunları bığının altında fırlayan, getdikcə yoğunuyan o “pişiyi” gördükcə, inanın, sakit dayanmaq olmur. Elə bil qələm dilə gəlir ki, yazmaq lazımdır, susmaq yox.

Yazmaq deyəndə nəyi qoyub nədən başlayaq, ey mənim əziz azərbaycanlı bacı və qardaşlarım? O boyda Rusiyada fağır bir təşkilatımız rusların gözünə “əjdaha” görünüb. Bu, heç. Qocaman bir təşkilatımızı ağzını bağlayıb, açarı da Xəzərə atmaq istəyirlər, amma bu ölkədə Maqadandan Piterə qədər az qala həbsxanalarda da “şahlıq” edən milyonlarla azərbaycanlılardan heç olmasa bir “yüzlük” tərpəniş yoxdur.

Biz uman yerdən küsürük.

Və belə olan halda zəhmətkeş xalq sual verə bilər: Təklikdə bu qədər güclü olan soydaşlarımız ümumi işə gələndə, elliklə gələn bəlaya qarşı niyə dayana bilmirlər? Nədir buna mane olan? Kimdir? Hansı pişikdir ki, bığının bir tükünün tərpənişinə bu boyda dövlətin diaspor siyasətini, xərclənən pulları, çəkilən əziyyətləri heç edir, hərəsi yad eldə bir mahalın ağsaqqalı olan nüfuzlu soydaşlarımızın arasında quyruq bulayıb, onları bir-birinə qənim kəsdirir?!

Kənd toylarında görmüşəm, gəlini aparmağa gələn bəyin yolu, qız evinin darvazasından gəlin otağına qədər, neçə yerdə kəsilir. “Şirinlik” (biz tərəfdə “xələt” də deyirlər buna – M.A.) istəyənlərin sayı o qədər çox olur ki, biçarə bəy, əli gəlinin əlinə çatanda cibi bomboş qalır... O boyda məmləkətdə adlı-sanlı soydaşlarımız var ki, hərəsi öz təşkilatının vasitəsilə ölkəmiz üçün canını fəda edir. Hə, iş bu qüvvələri birləşdirib vahid, güclü bir təşkilat yaratmağa, hətta mövcud təşkilatı (ÜAK) qorumağa gələndə... yenə o yazıq bəy yadıma düşür – ora gəlib çıxana qədər yazıqların canında və cibində hey qalmır...

Rusiyada ayrılıqda hərəsi bir aslana bərabər olan diaspor liderlərimiz var, amma çifayda, hazırda bir-birindən ayrı düşüblər belə “toy”lar ucbatından. Məhəmməd Əsgərov, Şakir Allahverdiyev, Şamil Tağıyev, Ziyafət Qasımov, Elşən Həmzəyev, İslam Hüseynov və siyahını uzada biləcək digər adlar var ki, Rusiyada Azərbaycan diasporunun əsl “qızıl əsgər”ləridir. Hələ mən təşkilatlardan kənar fəaliyyət göstərən, Azərbaycan adına özünü oda-közə vuran vətənpərvərləri saymıram. Amma onlardan indi kim hardadır? Yaxud niyə hamı bir-birindən bu qədər uzaq salınıb?

Belə olur, axırda da İvan çox asanlıqla oradakı “Səadət sarayımız”ın qapısını qıfıllayır.

İndi hamı Diasporla İş üzrə Dövlət Komitəsinin üstünə bəyanatlar yollayıb, Rusiyadakı bağlanmaq təhlükəsi olan konqresimizin fəryadını edir... Eyni avazla 29 ildir açarı əlimizdən alınan Qarabağın fəryadını edirik, bir şey verən varmı?

Ax, bu zınqırovsuz “pişik”!

Ötən yazıda toxunmuşduq, o yaramaz pişik Ukraynada diasporumuzun da arasından keçib, hamını bir-birinə salıb. Orda, ümumiyyətlə, “Tom və Cerri” multserialı gedir!

Çoxlarının məhəbbət ölkəsi adlandırdığı bu məmləkətdə azərbaycanlılar əvvəldən tək sevişməkdə yox, ictimai-siyasi sahədə də fəal olublar. Son yarım əsrdə “N” sayda azərbaycanlı adı çəkmək olar ki, Ukraynada mühüm dövlət və qeyri-dövlət postları tutublar, tuturlar. Bəlkə də bu səbəbdəndir ki, hələ 1999-cu ildə ilk azərbaycanlılar konqresi məhz burada, azərbaycanlıların ən çox yaşadığı ikinci ölkədə yarandı.
Və konqresin yaranması qısa müddət ərzində buradakı diasporumuzun eşqini, vətənpərvərliyini, temperamentini və sair və ilaxır birə-beş artırsa da, sonradan bir zınqırovlu “pişik” ucbatından hər şey öləziməyə başladı. Vahidlik zədələndi, qruplaşmalar yarandı, diaspor bölündü... Amma yenə də, ayrı-ayrı qruplara bölünsələr də, tərəflərin arasında sülh vardı, həlledici məqamda birgə tribunada olmaq vardı. Ta ötən ilin sonuna kimi – bu ölkəyə yeni səfirimiz təyin olunana qədər.

Səfir Azər Xudiyevlə cəmi bir dəfə görüşmüşəm (elə onun öz dəvəti ilə, yeni səfir təyin olunan ərəfədə - M.A.). İnsafən, olduqca peşəkar, ən əsası da həvəsli diplomat təsiri bağışladı mənə. Mövcud problemlərin hamısını çəkinmədən sadaladı, həllindən, azərbaycanlıların bu yolda birliyindən sözün əsl mənasında, səmimi qəlbdən danışdı. Mən bunu açıq hiss etdim.

Amma az keçmiş, Ukrayna azərbaycanlıları arasında münasibətlər yenə gərginləşərək, hətta nifrət həddinə çatdı. Bu, əlbəttə, arzuolunmazdır. İndi orada “Tom və Cerri”dəki kimi, bu qaçır, o tutur döyəcləyir, sonra qaçan qovanı tələyə salır və sair və ilaxır.

Bu ölkədə diaspor nəhəngləri - Eldar Tağıyev, Qurban Abbasov, Yunus Əliyev, Qüdrət Hacıyev, Akif Gülməmmədov, Oqtay Əfəndiyev və digərləri var. Və faktiki olaraq, bu ölkədə vaxtı ilə “pişiy”in tələsi ilə dağılan Ukrayna Azərbaycanlıları Konqresinin yerində bir neçə təşkilat var. Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu (UABD) və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi (BUAK) təşkilati baxımdan ayrı olsalar da, yuxarıda dediyim kimi, həmrəy fəaliyyət göstərirdilər. Amma çox təəssüf ki, son aylar mənzərə getdikcə daha acınacaqlı şəkil alır: Hikmət Cavadovun rəhbərlik etdiyi UABD-nin (bu təşkilat Ukraynada azərbaycanlıların hüquqlarının müdafiəsində olduqca aktiv rol oynayır) təcrid edilməsi cəhdləri, bu səbəbdən Ukraynada böyük bir kütlənin küskünlüyü, BUAK-a sədrlik edən və bu ölkədəki rəsmi elita ilə hər təmasından Azərbaycana dividend gətirən Rövşən Tağıyevi ləkələmə kampaniyaları, səfirliyin isə bu ortamda birləşdiricilikdən daha çox ayırıcı fəaliyyəti....

Dostlar, səhnə çox üzücüdür! Siz bununla nəyi məhv edib, kim(lər)i sevindirirsiniz, fərqindəsiniz?!

Yuxarıda dediyim kimi, səfirimizin niyyət və məqsədlərini bilirəm, bunlara bilərəkdən yol verdiyini düşünmək insafsızlıq olar. Sadəcə, görünür, o şoğərib “pişik” səfirliyimizin də dəhlizlərində quyruq bulayıb...

Belədirsə, bütün enerjisini daxili çəkişmələrə sərf edən diasporumuzdan bir daha soruşuram:

- Siz hələ də o zınqırovu o “pişiy”in boynuna taxa bilmədiniz?


Mübariz Aslanov

Xəbər 2071 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2024  16:18 

Küləyin sürəti güclənəcək

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib


BÜTÜN XƏBƏRLƏR +