Ona niyə “Yetim İlyas“ deyərmişlər?
Əliyevdən İrəvana tarixi zərbə
Əli Əsədov İrana getdi
Ukrayna dronları Belqorodu vurdu
Rusiya 174 təşkilatı terrorçu siyahısına əlavə etdi
Suriyadakı səfirliyimizin fəaliyyəti bərpa edildi
Keyt Kelloq Ukraynaya gedir
Nazirlik əməkdaşı intihar etdi
Prezident Azər Qasımovu vəzifəsindən azad etdi
Zelenski Əbu-Dabidə...


14.04.2017  16:53 

Azərbaycanda müxalifətlə radikal dindarları NƏ BAĞLAYIR?...





A+  A-

Son vaxtlar ölkəmizdə din adı altında gizlənmiş radikal qrupların fəallığı artıb. Onlar Azərbaycandakı sabitliyi pozmağa çalışır. Ölkəni Livan, Suriya, Yəmənə, İraqa, Liviyaya döndərmək istəyən dövlətlərin, gizli qüvvələrin əllərində alətə çevriliblər. Məscidlər və ibadət məkanlarının qarşısında aksiya cəhdləri, sosial şəbəkələrdə radikal çağırışlar – hamısı xaricdən gələn təlimatlar əsasında həyata keçirilir. Aydındır ki, ölkələrdə əksər əhalinin müsəlman olduğu kimi, Azərbaycanda da radikal dindarların əli ilə, hakimiyyətə qarşı sərt təzyiq vasitəsi kimi istifadə edib, küçələrə çıxarmaq planı xarici dairələrin sifarişidir.
Nə üçün bəzi xarici ölkələrin və qüvvələrin hədəfində Azərbaycan?!

Ona görə ki, Azərbaycan müsəlman ölkələri arasında tolerant, dünyəvi inkişaf edən, başlıca səbəb isə böyük güclərin əlində alət olmayan və müstəqil siyasət aparan ölkədir.

Artıq ölkədə dini kəsimlərə sintez edə bilən qüvvələr, müxalifəti belə əsir almış vəziyyətdədir. Hətta Milli Şura deyilən qurumun 8 aprel təşkil etdiyi aksiyasında radikal dini faktordan geniş istifadə etməsi yazılanları təsdiq etmiş olur. Bir sözlə, siyasi məğlubiyyətlə barışanlar, dini və dindarları siyasətə qatmalı oldular.



Unutmayın, Suriyada, Liviyada, Yəməndə, İraqda proseslər məhz “bir-iki” dəstə radikal dindarın yürüşləri ilə başlanmışdı. Və indi özünüz o ölkələrin hazırkı vəziyyətinə baxaraq şahidi olun ki, həmin dediyim “bir-iki” dəstə, minlərlə ailəni, milyonlarla insanı öz ölkəsindən və evindən didərgin qoydu.
Ötən gün qəzalı vəziyyətdə olan məscidin sökülməsinə qarşı çıxan aksiyaçıların müqaviməti, ölkədə kiçik bir məsələni qığılcıma çevirmək istəyən qüvvələrin olduğundan xəbər verir. Heç şübhəsiz ki, öncədən məlumatlandırılaraq həmin aksiyada iştrak edənlər, məsələnin böyüməsi üçün inanclı insanları da bu işə alət etmək niyyətində idilər.



Ancaq bu məsələ dərhal həllin tapdı və ölkə başçısı Cənab İlham Əliyev narazılıq edən inanclı insanların reaksiyasını nəzərə alaraq, məscidin sökülməsinin dayandırılması tapşırığını verdi. Və beləliklə, pis niyyət sahiblərinin planları puç oldu.



Prezidentin köməkçisi Əli Həsənov yaranmış məsələnin əsas mahiyyətini xalqın diqqətinə çatdırdı. Hörmətli Əli Həsənov qeyd etdi ki, müəyyən insanları təlimatlandıraraq oraya göndərən, Azərbaycanda dini kəsimi dövlətlə qarşıdurmaya sövq etmək istəyənlərin təşkil etdiyi aksiya da ətrafdan toplaşan bəzi inanclı insanlar da iştirak edirdi:
“Bu, heç də ürəkaçan səhnə deyildi. Ölkədə yüzlərlə yeni məscidin inşası və ya köhnələrin bərpası xüsusi reklam edilmədən həyata keçirilib. Çünki bu işlər bir dövlət başçısının öz ölkəsinin dini çoxluğuna, özünün də mənsub olduğu dini icmaya qayğısının təzahürüdür.

Bu işləri görən dövlət təqdir olunmalıdır, yoxsa bəzilərinin dünən etdiyi çağırışlardakı kimi lənətlənməlidir? Radikal çağırışlar edən bəzi dini, ictimai, mədəniyyət xadimlərinə və müxalif siyasətçilərə üzümü tutub deyirəm: doğru izahat verməkdənsə, qeyri-müəyyən bəyanatlarla sadə insanları çaşdırmaq, dövlətin təqdir olunası işlərini qaralamaq lazım deyil”.

Sonda onu qeyd edim ki, dinindən, irqindən, siyasi obrazından asılı olmayaraq, hər bir Azərbaycanlı birmənalı şəkildə bilməlidir ki, bu gün Azərbaycanda multikultural dəyərlər, dini tolerantlıq prinsipləri yüksək səviyyədə qorunub saxlanılır. Hər kəs istədiyi dinə qulluq edə bilər. Bunu unutmayaq ki, Azərbaycanda bütün dini etiqadlara azad şərait yaradılması ilə yanaşı, cəmiyyət olaraq bütün dini inanclara hörmətlə yanaşılır.

(terefdar.az)

Xəbər 3097 dəfə oxunub.




17.02.2025  19:38 

Əliyevdən İrəvana tarixi zərbə

17.02.2025  19:04 

Ölüm, gəl, tanış olaq!

17.02.2025  18:44 

Əli Əsədov İrana getdi

17.02.2025  18:25 

Ukrayna dronları Belqorodu vurdu

17.02.2025  17:27 

Keyt Kelloq Ukraynaya gedir

17.02.2025  17:07 

Nazirlik əməkdaşı intihar etdi

17.02.2025  16:33 

Zelenski Əbu-Dabidə...

17.02.2025  15:28 

İranlı spiker Bakıya GƏLİR

17.02.2025  15:18 

“Fedya” vəfat etdi

17.02.2025  14:41 

ADY-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +