Hava 3 gün narahatlıq yaradacaq
ABŞ üç ölkəyə qarşı sanksiya tətbiq etdi
Atəşkəs snayperlərlə pozulub
Bu gün Beynəlxalq Kişilər Günüdür
Tbilisidə polis aksiyanı dağıtmağa başladı
20 il torpaqla qidalanan insan - VİDEO
Tofiq Yaqublu azadlığa buraxılıb
Qaladakı qəzada 1 ailənin 4 üzvü ölüb
Sabah hava çiskinli olacaq
DİM elan verdi


14.04.2017  16:27 

Azərbaycan 1 mlrd. dollarlıq sifariş verdi





A+  A-

Azərbaycanın "Silk Way Airlines" aviaşirkəti və ABŞ-ın "Boeing" aerokosmik korporasiyası 10 ədəd "Boeing-737 MAX" sərnişin təyyarəsinin alınmasına dair müqavilə imzalanıb.
XəzərNews.az bildirir ki, bu barədə "APA-Economics"ə "Silk Way Holding"dən məlumat verilib.

Müqavilə "Silk Way Holding"in prezidenti Zaur Axundov və "Boeing" şirkətinin baş vitse-prezidenti Marti Bentrott tərəfindən bu gün Bakıda imzalanıb.

İmzalama mərasimində AZAL-ın prezidenti Cahangir Əsgərov və ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta iştirak edib.

Müqavilənin ümumi məbləği təxminən 1 mlrd. dollar təşkil edir.

ABŞ-ın İxrac-idxal bankı (Ex-Imbank) ilə ilkin müzakirələr əsasında Azərbaycanın mülki aviasiyası tarixində ilk dəfə olaraq hava gəmilərinin alınmasına dair sazişin maliyyələşdirilməsi dövlət zəmanətləri olmadan həyata keçiriləcək.

Qeyd edək ki, Azərbaycana müasir "Boeing-737 MAX" hava gəmilərinin gətirilməsinə dair razılaşma ötən ilin yayında Böyük Britaniyada "Farnborough Airshow - 2016" Beynəlxalq aerokosmik salonu çərçivəsində əldə edilib.

İlk iki yeni nəsil təyyarə Azərbaycana 2018-ci ilin sonuna kimi, qalanları isə 2020-ci ilin sonuna kimi gətiriləcək.

"Silk Way Holding"in prezidenti Zaur Axundov jurnalistlərə bildirib ki, bu müqavilənin imzalanması ilə Azərbaycanın mülki aviasiyası öz inkişafının yeni mərhələsinə qədəm qoyur: "Şirkətimiz "Boeing" istehsalı olan 10 ədəd yeni və müasir təyyarə alacaq. Biz bu təyyarələri əməliyyat və maliyyə lizinqi əsasında digər aviaşirkətlərə verməyi planlaşdırırıq. Bu layihə çox yaxşı perspektivə malikdir".

Səfir Robert Sekutanın sözlərinə görə, imzalanmış sənəd ABŞ və Azərbaycan arasında çox sıx münasibətlərin göstəricisidir: "Boeing" korporasiyası tərəfindən istehsal olunan təyyarələr öz etibarlılığı ilə fərqlənir. Bu təyyarələr ilə həm sərnişin daşımaları, həm də yük daşımaları təhlükəsiz şəkildə həyata keçirilir. Biz Azərbaycan şirkəti ilə bu sənədin imzalanmasında çox maraqlıyıq və əldə olunan razılaşmadan çox məmnunuq".

O, həmçinin ölkəsinin Azərbaycanda yaradılan aşağı büdcəli "Buta Airways" şirkəti ilə əməkdaşlığa hazır olduğunu bildirib.

"Boeing" şirkətinin baş vitse-prezidenti Marti Bentrottun sözlərinə görə, Azərbaycanın aldığı müasir təyyarələr 189 sərnişin üçün nəzərdə tutulub. "Bu təyyarələr çox səmərəli və etibarlıdır. İmzalanan müqaviləni ABŞ və Azərbaycan arasında çox mühüm ticarət müqaviləsi hesab edirik", - deyə o bildirib.

"737 MAX" təyyarələrinin modernləşdirilmiş seriyası CFM International istehsalı yeni LEAP-1B mühərrikləri ilə təchiz olunub ki, bu da ən yanacaq-səmərəli müasir təyyarələr ilə müqayisədə yanacaq sərfini 13% azaltmağa imkan verir. Konstruksiyanın son təkmilləşdirməsi, o cümlədən yeni "Advanced Technology" vinqletin quraşdırılması müqaviməti azaldır ki, bu da "737 MAX" təyyarəsinin xüsusilə uzaq məsafələrə uçuşları zamanı İstismar xarakteristikalarının daha da yaxşılaşmasına kömək edir. Hazırda, təyyarələr Sietldə (Vaşinqton ştatı, ABŞ) test sınaqlarından keçirilir.

Xəbər 878 dəfə oxunub.



19.11.2019  13:25 

Hava 3 gün narahatlıq yaradacaq

19.11.2019  12:10 

Bu qəsəbədə su olmayacaq

19.11.2019  09:22 

Atəşkəs snayperlərlə pozulub

18.11.2019  15:29 

Tofiq Yaqublu azadlığa buraxılıb

18.11.2019  14:16 

Sabah hava çiskinli olacaq


BÜTÜN XƏBƏRLƏR +