Koronavirus bütün qitələrə yayıldı
Qazaxıstan İrana uçuşları dayandırır
BŞİH mitinqə icazə verdi
DİM yeni onlayn sınaq imtahanları keçirilir
Hava iki gün narahatlıq yarada bilər
Rezidenturaya sənəd qəbulu sabah başa çatır
Bakı dumana büründü - Nə baş verir?
İsgəndər Həmidov vəfat etdi
ABŞ daha 13 ölkəyə sanksiya hazırlayır
Ruhanidən koronavirus açıqlaması


14.04.2017  15:08 

DİN işçi axtarır





A+  A-

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə, Şirvan, Quba, Lənkəran, Şəki və Bərdə regional qurumlarında vakant olan baş inspektor vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
XəzərNews.az-ın məlumatına görə, müsabiqədə Azərbaycanın ali təhsil müəssisələrini “jurnalist” ixtisası üzrə bitirən, müxbir kimi əmək stajına malik olan, yaşı 30-dan yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vuran (kişilər üçün), özü və yaxın qohumları məhkum olunmayana, boyu 165 santimetr və yuxarı (qadınlar üçün 160 santimetr və yuxarı) olan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunan şərtlərə cavab verən, aşağıda göstərilən şəhər və rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olan və hal-hazırda yaşayan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər:

Gəncə regionu üzrə: Gəncə, Goranboy, Göygöl, Samux, Şəmkir;

Şirvan regionu üzrə: Şirvan, Hacıqabul, Saatlı, Sabirabad, Salyan;

Quba regionu üzrə: Quba, Xaçmaz, Qusar;

Lənkəran regionu üzrə: Lənkəran, Astara, Masallı;

Şəki regionu üzrə: Şəki, Mingəçevir, Oğuz, Qəbələ;

Bərdə regionu üzrə: Bərdə, Ağdam, Tərtər, Yevlax.

Müsabiqədə iştirak etmək istəyən şəxslər aprelin 17-dən mayın 17-dək http://www.mia.gov.az/index.php?/az/content/29942/ ünvanında yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin [email protected] internet ünvanına göndərməlidirlər.

Elektron ərizənin qeydiyyata alınması barədə müvafiq məlumat aldıqdan sonra müsabiqədə iştirak üçün dəvət edilən namizədlər şəxsiyyət vəsiqəsi, ali təhsil haqqında diplom, hərbi bilet (kişilər üçün) və əmək kitabçasını təqdim etməlidirlər.

Müsabiqə qalibləri müvafiq xüsusi rütbə verilməklə Daxili İşlər Nazirliyinin kadrları tərkibinə daxil ediləcək və onların qanunvericilikdə müəyyən olunmuş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil olunan imtiyazlardan istifadə hüququ olacaq.

Əlavə məlumat almaq üçün əlaqə telefonları: (012)-590-99-07; (055) 861-73-11; (012)-590-93-64.

Xəbər 1294 dəfə oxunub.



26.02.2020  17:56 

Zəncirvari qəzada 3 nəfər öldü

26.02.2020  16:52 

BŞİH mitinqə icazə verdi

26.02.2020  11:56 

Koronavirus bu materikə də keçdi

26.02.2020  10:57 

Polis 50 şübhəlini saxladı

26.02.2020  10:46 

Bakıda ər arvadını bıçaqladı

26.02.2020  09:54 

İsgəndər Həmidov vəfat etdi

26.02.2020  09:27 

Türkiyədə zəlzələ olub

26.02.2020  08:53 

Ruhanidən koronavirus açıqlaması


BÜTÜN XƏBƏRLƏR +