Lukaşenko yenidən prezident olmaq istəyir
Gürcüstan müxalifəti aksiyalara başladı
Azərbaycan yığmasında növbəti itki
Fransada 264 “sarı jiletli” saxlanıldı
Ərdoğan AKP-dəki yerini ona verəcək - İddia
İlk iş günü hava necə olacaq?
İraq İranla sərhəd keçidini bağladı
Belarusda parlament seçkiləri keçirilir
Boliviyada aksiyalarda 23 nəfər öldü
Suriyada partlayış - 10 ölü, 30 yaralı


14.04.2017  12:39 

Akif Çovdarova ömürlük həbs verilə bilər - Sensasion təfərrüat





A+  A-

MTN-nin odioz general Akif Çovdarovun cinayət işi üzrə məhkəmə davam edir
Prosesdə müxtəlif cinayətlərin üstü açılır. Əldə etdiyimiz məlumata görə, Çovdarova yekunda ömürlük həbs cəzası verilə bilər.
İstintaq materiallarında 100-dən artıq məmur və biznesmendən rüşvət tələb etmə, adam oğurluğu, hətta ölüm halları olması keçmiş generalın ömürlük cəza ala biləcəyi versiyasını tam təsdiqləmiş olur.

Son günə kimi eks-nazir Eldar Mahmudovun dolayısı ilə ona kömək edəcəyini gözləyən Çovdarov, yanıldığını görərək istintaqın yenidən aparılmasını tələb edir.
O, açıq şəkildə bildirib ki, etdiyi əməlləri nazir Eldar Mahmudovun tapşırığı ilə həyata keçirib. Ona görə də dolayısı ilə Mahmudovun da həbs olunmasını istəyir.
Həmçinin Çovdarov saxlama təcridxanasından istintaq materiallarında adı keçən yüksək cinli məmurlara, icra başçılarına, əsasən də iş adamlarına mesajlar göndərir. Mesajlarda bildirilir ki, onun etdiyi əməllərin arxasında nazir Eldar Mahmudov dayanır.

Akif Çovdarov ona hansı ittihamın irəli sürülməsindən asılı olmayaraq məhkəmə prosesində heç bir ciddi açıqlama vermək niyyətində deyil.
Bununla bağlı saytımıza danışan mənbə Akif Çovdarovun anonsunu verdiyi susqunluğun oxşar cinayətlərə görə illər öncə həbs edilmiş DİN-in Cinayət Axtarış Baş İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı, kriminal dəstə başçısı Hacı Məmmədovun həbs olunduqdan sonrakı davranışları ilə bənzər olduğunu irəli sürüb.

Qeyd edək ki, A.Çovdarova qarşı 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (Rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (Rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə) maddələri ilə ittiham olunur.

Bundan başqa, onun barəsində Cinayət Məcəlləsinin 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə də cinayət işi açılıb.

(ulus.az)

Xəbər 1503 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.11.2019  13:19 

İlk iş günü hava necə olacaq?

16.11.2019  15:46 

Sabah yağış yağmayacaq

16.11.2019  14:38 

Bu meşələr icarəyə verilib

16.11.2019  11:05 

Qanunsuz ov edənlər saxlanıldı

15.11.2019  21:26 

Putin Türkiyəyə gedəcək


BÜTÜN XƏBƏRLƏR +