Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək


14.04.2017  12:36 

Hesablama Palatasının sədri nöqsanlar barədə Milli Məclisə hesabat verdi





A+  A-

Milli Məclisin bu gün keçirilən iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qurumun ötən ilki hesabatını təqdim edib.
XəzərNews.az xəbər verir ki, Vüqar Gülməmmədovun hesabatında məlumatlar nöqsanların təsnifatına görə təqdim edilib. O deyib ki, bBelə yanaşma informasiyanın qəbul edilməsini asanlaşdırmaqla yanaşı, bu barədə məlumatların uyğunluğunu təmin edir.

Nəzarət tədbirlərin sayı haqqında məlumat verən V. Gülmməmədov söyləyib ki, Hesablama Palatasının 2016-cı ilin İş planına uyğun olaraq dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının vəsaitləri üzrə 12-si analitik təhlil və 65-i audit olmaqla 77, Naxçıvan Muxtar Respublikasının büdcəsi üzrə isə 10-u analitik təhlil və 9-u audit olmaqla 19 nəzarət tədbiri başlanılıb:

“Hesabat ilində dövlət büdcəsi və büdcədənkənar dövlət fondları üzrə nəzarət tədbirlərinin 2-si növbəti ilə saxlanılıb. 2015-ci ilin İş planına daxil olan və nəticələri hesabat ilində yekunlaşan 2 audit də nəzərə alınmaqla 2016-cı ildə 76 nəzarət tədbirinin nəticəsi ilə bağlı qərar qəbul edilib, Azərbaycan Dövlət İqtisad Universitetində həyata keçirilmiş tədbirin nəticələrinin yekunlaşmaması səbəbindən həmin auditlə bağlı məlumatlar növbəti ildə fəaliyyətlə bağlı hesabata daxil ediləcək”.

Palata sədri qeyd edib ki, 2016-cı ilin iş planında nəzərdə tutulmuş və hesabat ilində başa çatdırılmış nəzarət tədbirlərinin sayı 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 9,8% az olub:

“Hesabat ilində dövlət büdcəsinin gəlirləri üzrə 8, büdcə xərcləri üzrə 63, dövlət zəmanəti ilə alınmış kreditlər üzrə cəlb edilmiş vəsaitlərlə bağlı 2, büdcədənkənar dövlət fondlarının vəsaitləri ilə bağlı 4 auditin nəticəsi üzrə qərar qəbul edilib. Dövlət büdcəsinin gəlirlərini əhatə edən və hesabat ilində yekunlaşan 2 tədbir vergi inzibatçılığının təşkil edilməsi, həmçinin vergi qanunvericiliyinə riayət olunması vəziyyəti ilə bağlı olub.

7-si analitik təhlil olmaqla 69 nəzarət tədbiri dövlət büdcəsinin xərclərini əhatə edib. Bununla yanaşı, hesabat ilində 2 audit dövlət zəmanəti ilə alınmış kreditlər üzrə, 1 analitik təhlil isə büdcə kəsiri ilə bağlı olub”.

V.Gülməmmədov bildirib ki, 2016-cı ildə audit ilə əhatə olunmuş qurumların sayı 155 olub:

“Hesabat ilində aparılmış audit ümumilikdə 5606,5 mln. manat vəsaiti əhatə edib ki, bunun 3019,6 mln. manatı və ya 53,9%-i dövlət büdcəsinin xərcləri, 277,3 mln. manatı və ya 4,9%-i büdcədənkənar fondların vəsaiti, 2309,6 mln. manatı və ya 41,2%-i isə fəaliyyətdən əldə edilmiş vəsaitlər üzrə olub. Eyni zamanda, hesabat dövründə beynəlxalq və yerli maliyyə təşkilatlarından dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə keçirilmiş nəzarət tədbirləri 87,9 mln. ABŞ dolları məbləğində vəsaiti əhatə edib. Hesabat ilində nəzarət tədbirləri ilə əhatə olunmuş vəsaitin məbləği 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 34,2% çox olub”.

Xəbər 1507 dəfə oxunub.




29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib


BÜTÜN XƏBƏRLƏR +