İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


14.04.2017  10:56 

Xəzərdən başlayan Bakı 2017 səyahəti Sabirabada yetişdi





A+  A-

Xəzər dənizindən start götürən Bakı 2017 ümumxalq səyahət turu dünən Sabirabada yetişdi. Azərbaycanın 15 bölgəsində baş tutacaq bu tur xalqımıza idman bayramı əhval-ruhiyyəsini bəxş etməklə bərabər, eyni zamanda həmrəylik və sevinc hissini də nəsib edəcək.
XəzərNews.az xəbər verir ki, bu əlamətdar günlə əlaqədar dünən səhərSabirabadda yerləşən Kür-Araz çayı ovalığıətrafında tədbirkeçirildi. Kür-Araz ovalığı ölkənin iki ən böyük çayının – Kürün və Arazın qovuşduğu yerdir. Bu ərazi şimalda Böyük Qafqaz dağları, qərbdə Kiçik Qafqaz dağları və cənubda Talış dağları ilə həmsərhəddir.
Su mərasimi,futbol və rəsmhəvəskarı Tahir Quliyev, MMA üzrə Dünya Çempionatının qızıl medal mükafatçısı Azad Əsgərovvə sərbəst güləş üzrə Avropa Çempionatının qızıl medal mükafatçısıSeyfulla Mehdiyevtərəfindən çaydan səhəngə su doldurulması ilənümayiş etdirildi.Daha sonra Su səhəngi axşam keçirilən Su festivalında təqdim edildi. Qeyd edək ki, Bakıdan səyahətə başlayan səhəng 12 may tarixində Bakı Olimpiya Stadionunda baş tutacaq Açılış Mərasiminin bir hissəsi olacaq.
Daha sonra günorta saatlarında “Domestic Grassroots” proqramı çərçivəsində Sabirabad Olimpiya İdman Kompleksində möhtəşəm bir layihə, “Sport joys – Regional idman tədbiri” həyata keçirildi. Bakı 2017, 4-cü İslam Həmrəyliyi Oyunlarının tanıtımı və gənclərin idmana cəlb olunması məqsədi ilə məktəblilər arasında təşkil olunan müsabiqədə İslam Oyunlarının ulduz səfirləri Rafael İsgəndərov, Coşqun Rəhimov və Müşfiq Abbasov də iştirak etdi. Tədbir iştirakçılara əyləncəli və rəngarəng anlar yaşatdı.
Mərasimaxşam saatlarında Heydər Əliyev Parkında keçirilənSu festivalı tədbiri ilə davam etdi.Tədbirə sərbəst giriş imkanı olanregion sakinləri Mirvari rəqs qrupu, Sərxan Baxşıyev, Zoya Məmmədova və Şamil Sabirabadlının ifasından, möhtəşəm su effekti və atəşfəşanlıqdan zövq aldılar.
Eyni zamanda, tədbirdə 5 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan Su səhəngini Sabirabad sakinlərinə təhvil verməsi görüntüləri də əhaliyə təqdim olundu.
Möhtəşəm Su tədbirlərinin idman bayramına xüsusi rəng qatdığından bəhs edən sərbəst güləş üzrə Avropa Çempionatının qızıl medal mükafatçısıSeyfulla Mehdiyev demişdir: “Hər bir kəsi, xüsusilə də gənc idman azarkeşlərini Bakı 2017 İslam Oyunlarında millimizi dəstəkləməyə dəvət edirəm. Yüksək nəticələr qazanmaq üçün əlimizdən gələni edəcəyik ki, Siz bizimlə fəxr edəsiniz.”

Azərbaycan ərazisini əhatə edən və Xəzərdən Başlayan Səyahətin növbəti dayanacağı 15 aprel tarixində Ağcabədi rayonu olacaq. Xəzər dənizindən başlayan, 37 gün ərzində 3,000 km-dən artıq məsafəni qət edəcək səyahət 15 bölgəni əhatə edəcək.

Xəzərdən Başlayan Səyahət haqqında daha ətraflı məlumatla, https://www.baku2017.com/en/p/journey-from-the-caspian veb-saytında tanış ola bilərsiniz.


Xəbər 1652 dəfə oxunub.



22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +