Heydərov gömrüyün nə dünənində var, nə də bu günündə...
Ərdoğan Zelenski ilə görüşdü - FOTO
Deputat yanğınsöndürmə əməliyyatında - Fotolar
Müəllimlərin maaşı artdı - Fərman
İş adamı Rasim Salmanov biznesini niyə satır?
Ermənilər Laçını belə yandırır - Foto
“Qarabağ“ı qəzəbləndirmək istəyirdik“
“Qarabağ” - “Viktoriya”: İlk hissə heç-heçə
“Qarabağ“ “Viktoriya”ya qarşı - Yenilənir
FHN “Qalaaltı”nı qoruya biləcəkmi? - Yanğın


12.04.2017  12:59 

“Sovetski”də sökülən məscidlə bağlı - Şeyxdən açıqlama





A+  A-

“Mən bir din xadimi olaraq hər hansı məscidin sökülməsinə tərəfdar deyiləm”.
XəzərNews.az xəbər verir ki, bunu APA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Bakının "Sovetski" ərazisində iki məscidin sökülməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, bu məscidlərin heç biri QMİ-də qeydiyyatdan keçməyib: "Mən heç o məscidlərin yerini belə tanımıram. Əgər söhbət ümumiyyətlə məscidlərin sökülməsindən gedirsə, əlbəttə mən bunun tərəfdarı deyiləm. Lakin bütün dünyada da qəbul olunub ki, xalq üçün əhəmiyyətli işlər görülərkən, məsələn, yol çəkilərkən və digər işlər həyata keçirilərkən məqsədli şəkildə, danışıqlar yolu ilə bu işlər həyata keçirilir. Mən bu haqda fikrimi aidiyyəti qurumlara da çatdırmışam".

Qeyd edək ki, ərazidəki "Qulubəyov" məscidi artıq sökülüb.

“Qafqazinfo” xəbər verir ki, bu gün Yasamal rayonu Çingiz Mustafayev küçəsində yerləşən Hacı Cavad məscidinin sökülməsi zamanı qarşıdurma yaranıb. Sosial şəbəkədə hadisə yerindən məlumat paylaşan istifadəçilər dindarların buna etiraz etdiyini bildiriblər. Məscid “Sovetski”də yerləşir. Qeyd edək ki, məscid XIX əsrdə inşa olunub və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni aşkar olunmuş tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib.

Xəbər 1229 dəfə oxunub.



18.08.2022  18:32 

COVID-19-a 545 yeni yoluxma

17.08.2022  18:05 

Eynulla Fətullayev Zabuxda - Foto

17.08.2022  17:55 

COVID-19-a 710 yeni yoluxma


BÜTÜN XƏBƏRLƏR +