Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


12.04.2017  10:11 

Süni qiymət artımı kimlərin işinə yarayır?





A+  A-

Vüqar Bayramov: “Qiymətlərin tənzimlənməsi üçün kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac var”
Manatın dollara qarşı möhkəmlənməsi bazarlarda və marketlərdə ərzaq məhsullarının ucuzlaşacağı düşüncəsini yaratsa da, bunun əksi baş verir. Qiymətlər ucuzlaşmaq əvəzinə, artan tendensiya ilə davam edir ki, bunu da süni qiymət artımı adlandırmaq olar.

Aprelin 10-da prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı bildirib ki, süni qiymət artımına yol verilməməli və makroiqtisadi sabitlik qorunub saxlanılmalıdır.

Bundan sonra İqtisadiyyat Nazirliyi marketlərdə reydlərə başlayıb. Qeyd edək ki, bahalaşma yalnız marketlərdə ərzaq məhsullarında deyil, eyni zamanda bazarlarda da müşahidə edilir. Kənd təsərrüfatı məhsullarının qiyməti Novruz bayramı ərəfəsində artsa da, sonrakı dövrdə iqtisadçıların proqnozlaşdırdığı kimi stabil qalmadı. Azərbaycanda 2017-ci ilin yanvar-mart aylarında 2016-cı ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,0 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 8,6 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 11,8 faiz artıb.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2017-ci ilin mart ayında fevral ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 1,3 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 3,2 faiz artıb, bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,6 faiz azalıb. Ay ərzində bitkiçilik məhsullarından arpa, buğda, alma və fındığın istehsalçı qiymətində azalma, şabalıd, qoz, nar, lobya dəni, balqabaq və baş sarımsağın qiymətində isə artım müşahidə olunub. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Mart ayında heyvandarlıq məhsullarından süd, mal, qoyun və quş ətinin istehsalçı qiyməti artıb. Digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Baş çəkdiyimiz bir neçə marketdə hər bir ərzağın qiymətində artım olduğunu müşahidə etdik. Xüsusən də meyvələrin qiymətində ciddi dəyişiklik vardı. Belə ki, əvvəl 2 manata, 1 manat 80 qəpiyə satılan mandarin indi 3-4 manata, portağal 2 manat 50 qəpiyə, almaq 2-4 manata arası, kivi 2 manat 50 qəpiyə satılırdı. Badımcanın qiymətində isə nisbətən ucuzlaşma vardı. Belə ki, əvvəl 4-6 manat arası satılan badımcan indi 2 manat 60 qəpiyə, 3 manata satılırdı. Digər kənd təsərrüfatı məhsullarında da 20 qəpik - 1 manat arası bahalaşma vardı. Satıcılardan bunun səbəbini soruşduqda onlar bahalaşmanı əsaslandıracaq hansısa bir arqument göstərə bilmədilər.

İqtisadçı ekspert Vüqar Bayramov hazırda baş verən artımın süni qiymət artımı olduğunu bildirdi: “Manatın möhkəmlənməsindən sonra istehlak bazarında qiymət azalmalarının olması qaçılmaz olmalı idi. Çünki əvvəlki dövrlərdə qiymət artımlarını sahibkarlar manatın məzənnəsinin aşağı düşməsi ilə əlaqələndirirdilər. Dolların bahalaşması səbəbindən qiymət artımının qaçılmaz olduğunu bildirirdilər. Amma artıq manat müəyyən müddətdir ki, stabildir. Manat stabil olduğu üçün bu birmənalı şəkildə istehlak bazarına təsir göstərməlidir və istehlak bazarında qiymətlərin aşağı düşməsi forması tətbiq olunmalıdır. Ancaq çox təəssüf ki, biz bunu müşahidə etmirik. Bəzi məhsullarda nəinki qiymət azalmaları, hətta qiymət artımları belə müşahidə edilir. Məsələn, dünya bazarında son aylar bananın qiyməti 6,7 faiz artıb, amma Azərbaycanın istehlak bazarında bananın qiyməti 2 dəfədən çox artıb. Bu arada manatın məzənnəsi də dollara nisbətən hiss ediləcək dərəcədə möhkəmlənib. Buna görə də əslində qiymət azalmaları baş verməməli idi. Hazırda bunlar süni şəkildə qiymət artımlarıdır. Bunun qarşısının alınması vacibdir. Sözsüz, qiymət artımında rəqabətin zəif olduğunu da qeyd etməliyik. Adətən rəqabətli bazarlarda iqtisadi əsas olmadan süni qiymət artımları müşahidə edilmir. Ona görə düşünürəm ki, süni qiymət artımlarına qarşı mübarizə həm inzibati, həm də bazarın liberallaşması kimi təşviqedici tənzimləmələrlə aparılmalıdır”.

İqtisadçı ekspert qiymətlərin tənzimlənməsi üçün kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac olduğunu dedi: “Elə bazarlar var ki, həmin bazarlara fermerlərin çıxış imkanları məhduddur və həmin bazarlarda olan sahibkarlar, alverçilər bəzi hallarda razılaşdırılmış qiymət artımlarına gedirlər. Ona görə də həmin bazarlara fermerlərin daxil olmasında süni baryerlərin aradan qaldırılmasına ehtiyac var. Süni baryerlər aradan qalxmalıdır ki, fermerlər sərbəst şəkildə bazara çıxış imkanları əldə edə bilsin. Eyni zamanda çox vacib məqamlardan biri odur ki, İqtisadiyyat Nazirliyi qiymətlərin monitorinqlərini aparmalı və süni qiymət artımına qarşı mübarizə səlahiyyətindən faydalanıb hansı məhsulda süni qiymət artımının baş verdiyini müəyyənləşdirməyə çalışmalıdır. Vacib məqamlardan biri rəqabətdir. Rəqabətin gücləndirilməsinə ehtiyac var. Həm idxalla, həm də bazarda sahibkarlıqla məşğul olan sahibkarların sayının artırılması yolu ilə rəqabətin gücləndirilməsinə ehtiyac var. Rəqabət sahibkarları qiymətləri aşağı salmağa və tənzimləməyə məcbur edəcək. Ona görə də düşünürəm ki, qiymətlərin tənzimlənməsi üçün kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Biz bu gün manatın möhkəmlənməsi fonunda valyuta bazarındakı stabilliyin istehlak bazarına təsirlərini müşahidə etmirik”.

(musavat.com)

Xəbər 1301 dəfə oxunub.




18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +