Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama
Bu deputat 6 dəqiqədə 17 dəfə Mehdiyevi tərifləyib
Mehdiyevin əlinə oynayırlar... - Real sədri
Ruslar bir gecədə Ukraynaya 700-dən çox raket atıb
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Əli Kərimli və dəstəsi artıq ifşa olunur... - Deputat
Lutski şəhərində ərzaq anbarları yanır
ATƏT dərin böhran içindədir... - Azay Quliyev
İkimərtəbəli otel binasında yanğın olub


11.04.2017  13:52 

Mədət Quliyev Patruşevlə görüşdü





A+  A-

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən XəzərNews.az-a verilən məlumata görə, M.Quliyev Azərbaycanın hərtərəfli tərəqqisi yolunda tarixi xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə dövlət quruculuğu və hüquq mühafizə sahəsində uğurla aparılan islahatlar, sosial-iqtisadi inkişaf və bu yönümdə başlıca şərt olan sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə görülən tədbirlər barədə ətraflı məlumat verib.
N.Patruşev xalqlarımızın tərəqqisi naminə Rusiya və Azərbaycan dövlət başçılarının rəhbərliyi ilə həyata keçirilən uğurlu sabitlik, təhlükəsizlik və inkişaf siyasətinə əlverişli şəraitin yaradılması üçün ümumi təhdidlərə qarşı mübarizədə hər iki ölkənin aidiyyəti orqanlarının əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Görüşdə təhlükəsizlik fəaliyyəti üzrə qarşılıqlı faydalı əməkdaşlığın perspektivlərinə dair digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Xəbər 3552 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +