Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


06.04.2017  13:39 

Pensiya sistemindəki yeni dəyişikliklərin İZAHI





A+  A-

İqtisadçı Vüqar Bayramov pensiya sistemində edilən yeni dəyişikliklərlə bağlı yaranmış çoxsaylı sualları nəzərə alaraq, bəzi məsələlərə aydınlıq gətirib.
Iqtisadçı dəyişikliklərin izahını aşağıdakı kimi verib:

- Əmək pensiyası almaq üçün yığım məbləği nə qədər olmalıdır?

- Yeni dəyişikliklərə əsasən pensiyada olmaq yaşı orta hesabla 12 il nəzərdə tutulub. Minimum pensiya məbləği 110 manat olduğundan tələb edilən minimum yığım məbləği aşağıdakı kimi hesablanır:
12 il X 12 ay X 110 manat= 144 X 110 manat- 15 840 manat
Deməli, əmək pensiyasının alınması üçün 15 840 manat yığım tələb edilir.

- Əgər pensiya yaşınadək 15 840 manat yığımaq mümkün olmayıbsa, o zaman pensiya almaq üçün həmin məbləği necə artırmaq olar?

- Vətəndaşın pensiya yaşı tamam olubsa və onun hesabında 15 840 manat yoxdursa ,o zaman dəyişikliyə əsasən həmin məbləği 2 halda artırmaq mümkündür:
1. Həmin şəxsin yığım hesabı açıq qalır və bu zaman həmin şəxs işləməkdə davam edib hesabına əlavə vəsait ödəyə bilər.
2.Vətəndaş qalan fərqi birbaşa nağd şəkildə hesabında yerləşdirə bilər. Məsələn, pensiya yaşı tamam olan şəxsin hesabında 10 000 manat və 5840 manat kəsir var. Bu zaman həmin şəxs özü və ya övladı, hətta işlədiyi təşkilat belə, həmin pulu ödəyərsə, o əmək pensiyası almaq hüququ qazana bilir.

- Tələb edilən yığım mümkün olmayıbsa və hesaba əlavə ödəniş imkanı yoxsa bu halda əmək pensiyası ala bilərmi?

- Dəyişiklik bu halda istisnalar nəzərdə tutub. Əgər vətəndaş 25 il və daha çox əmək fəaliyyəti ilə məşğul olub həmin müddətdə ən az sosial ödəniş edibsə, o zaman hesabında hansı məbləğin olmasından asılı olmayaraq minimum məbləğdə əmək pensiyası ala bilir. Məsələn, pensiya yaşı tamam olan vətəndaşımızın yığım hesabında 7 min manat vəsait var və 25 il iş təcrübəsinə malikdirsə, o zaman da pensiya almaq hüququna malik olur.

- Pensiya yaşı çatan şəxsin yığım hesabında minimum məbləğdən çox vəsait var, amma onun iş təcrübəsi 12 ildən azdır. Bu zaman əmək pensiyası ala bilirmi?

- Yeni dəyişikliklərə əsasən 12 illik minimum iş təcrübəsi ləğv edilib. Bu baxımdan, minimum məbləğ hətta 5 il ərzində yığılsa da, həmin şəxs əmək pensiyası almaq hüququna malikdir.

- Pensiya yaşı tamam olmadan əmək pensiyasına çıxmaq mümkündürmü?

- Bu hal yeni dəyişikliklərə daxil edilməyib və gözlənilir ki, növbəti dəyişikliklərdə nəzərə alınacaq. Bu isə o deməkdir ki, mövcud qaydalar pensiya yaşı tamam olmadan pensiya almaq hüququ vermir. Yəni, vətəndaş hətta minimum yığım məbləğini daha tez toplasa da, pensiya yaşı tamam olandan sonra istifadə edə bilər.

- Sosial ödənişlərin neçə faizi vətəndaşın hesabında əks olunur?

- Yeni qaydalara əsasən, sosial ödənişlər tam olaraq, 100 faiz hesabda saxlanılacaq. Son dəyişikliklərədək ödənişlərin 50 faizi yığım hesabında əks olunurdu, digər yarısı cari xərclər üçün istifadə edilirdi.

- 2006-cı ildən mövcud dəyişikliklərədək olan dövrdə sosial ödənişlərin yığım hesabında əks olunmayan hissəsi, yəni 50 faizi hesablara qaytarılacaqmı?

- Mövcud dəyişikliklərə əsasən, sözügedən müddətdə hesabda əks olunmayan vəsaitin 10 faizi hesabın idarəedilməsi və s. xərclər üçün çıxılmaqla, qalan hissəsi yığım hesabına əlavə ediləcək.

- Minimumdan artıq yığımlar edən ancaq pensiya yaşı çatmamış və ya pensiya almağa başladıqdan bir müddətdən sonra dünyasını dəyişən vətəndaşların yığımları hansı hallarda onu varisinə ödəniləcək?

- Həmin vəsaitlərin varisə qaytarılması halları o zaman baş verəcək ki, ailədə əlilliyə görə pensiya alan, yaşı 18-ə (əyanı ali təhsil alanlar üçün 23) çatmayan övladı varsa və ya həyat yoldaşı pensiya alan şəxslər olarsa bu yığımdan faydanala biləcək. Məsələn, rəhmətə gedən ailə başçısının yüksək əmək haqqı ilə çalışıb və onun hesabında daha böyük məbləğdə vəsait yğılıb. Amma onun həyat yoldaşının pensiya məbləği aşağıdır. Bu zaman o öz pensiyasından imtina edib rəhmət getmiş həyat yoldaşının pensiyasını ala bilər.

- Xidməti müqavilə ilə çalışanlar əmək pensiyası ala biləcəklər?

- Yığım hesabında vəsaitin əmək yoxsa xidməti müqavilə ilə toplanmasının heç bir fərqi yoxdur. Minimum məbləğ yığan şəxs pensiya hüququ əldə edəcək.

- Bu, 25 illik iş stajı ilə bağlı istisna xidmət müqaviləsi ilə çalışanlara da aiddirmi?

- 25 il işləyən və aylıq sosial ödənişlər edən hər bir vətəndaş əmək və xidmət müqaviləsi ilə çalışmasından asılı olmayaraq və hesabındakı vəsaitin məbləğinə baxmayaraq pensiya ala biləcək.

(modern.az)

Xəbər 1256 dəfə oxunub.




28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +