Vilayət Eyvazovdan yeni rəis təyinatı
Sabah 39 dərəcə isti olacaq
Balotellinin yeni klubu açıqlandı
Türkiyədə ağır qəza - 37 yaralı
Mövqelərimiz atəşə tutuldu
Aparıcı təyyarə qəzasında öldü
Batmaq üzrə olan 3 nəfər xilas edilib
Oğuzda çayxana yandı
Bu süd məhsullarını almayın
Ata olacaqdı, balıq tutarkən boğulub öldü


04.04.2017  15:10 

DİM testləri yayan şəxslə bağlı açıqlama verdi





A+  A-

Dövlət İmtahan Mərkəzini test tapşırıqları qanunsuz yayan şəxslə bağlı açıqlama yayıb.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, TQDK tərəfindən keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqlarının, o cümlədən “Abituriyent” jurnalının redaksiyasına məxsus müxtəlif nəşrlərin, test kitabları, dərs vəsaitləri və jurnalların ayrı-ayrı saylarının qeyri-qanuni yolla yayımlanması qadağandır: “Çox təəssüf ki, TQDK tərəfindən ayrı-ayrı illərdə “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Rezidentura” jurnalında nəşr olunmuş test tapşırığı nümunələri, TQDK-nın keçirdiyi rezidentura üzrə onlayn sınaq imtahanlarında istifadə olunmuş test tapşırıqları, həmçinin Azərbaycan Tibb Universitetinin “Patoloji anatomiya” kafedrasının müdiri Həsənov Ədalət Bəybala oğlunun müəllifi olduğu müxtəlif test tapşırıqları qanunsuz olaraq Azər Arif oğlu Gülməmmədov tərəfindən “Patoloji anatomiya” adlı kitab kimi nəşr edilmiş və satışı təşkil olunub. Bununla da onların müəllif hüquqlarının pozulmasına səbəb olub”.

Mərkəzdən bildirilib ki, qeyd olunanlarla əlaqədar “Abituriyent” jurnalı redaksiyasının, eləcə də Ədalət Həsənovun Gülməmmədov Azər Arif oğluna qarşı “pozulmuş müəllif hüquqlarının bərpası, vurulmuş zərərin əvəzinə kompensasiya ödənilməsi, pirat nüsxələrin satışdan yığışdırılaraq məhv edilməsi və satışının qadağan edilməsinə dair” iddia ərizəsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılıb. Lakin cavabdeh məhkəmənin qərarı ilə razılaşmayaraq apelyasiya şikayəti verib, iş üzrə 1-ci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini tələb edib. 29 dekabr 2016-ci il tarixli 2(103)-9766/2016 saylı qətnamə ilə Bakı Apellyasiya Məhkəməsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayıb: “Məhkəmə kollegiyası hesab edib ki, cavabdeh Gülməmmədov Azər Arif oğlu tərəfindən çap edilmiş “Patoloji anatomiya” adlı kitabın pirat nüsxələr hesab edilməklə satışdan çıxarılaraq məhv edilməsi və həmin materialların yerləşdirildiyi Facebook səhifəsinin bağlanılması, cavabdeh Gülməmmədov Azər Arif oğluna “Patoloji anatomiya” adlı kitabın satışının qadağan edilməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslıdır. Bununla yanaşı, məhkəmə kollegiyası iddiaçılara dəymiş zərərin ödənilməsi əvəzinə, pozuntuya yol verən şəxsdən, yəni Gülməmmədov Azər Arif oğlundan tutulmalı olan kompensasiyanın hər bir iddiaçı üçün ayrılıqda 3.000 manat, ümumi olaraq 6.000 manat məbləğində təmin edilməsini qanuni və ədalətli hesab edib”.

Xatırladaq ki, 14 iyul 2016-cı il tarixində Zərdab Rayon Məhkəməsi də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının “pozulmuş müəllif hüquqlarının bərpası, vurulmuş zərərin əvəzinə və işgüzar nüfuza vurulmuş zərərə görə kompensasiya ödənilməsi tələbinə dair” iddiasını təmin edib və bununla bağlı 2(035)-570/2016 saylı qətnamə qəbul edib. Belə ki, ötən il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə keçirilmiş qəbul imtahanından sonra imtahan sualları Şərifov Rəşadət Rəşid oğlu tərəfindən qanunsuz olaraq kütləvi informasiya vasitələrində yayılıb. Cavabdeh, həmçinin ideya müəllifi olduğu internet saytında və Facebook sosial şəbəkəsində təsisçisi olduğu qrupda əvvəlki illərdə keçirilən magistraturaya qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının da yayılmasına yol verib.

(qafqazinfo.az)

Xəbər 727 dəfə oxunub.



18.08.2019  13:18 

Sabah 39 dərəcə isti olacaq

18.08.2019  12:37 

Balotellinin yeni klubu açıqlandı

18.08.2019  11:16 

Mövqelərimiz atəşə tutuldu

18.08.2019  09:53 

Oğuzda çayxana yandı

17.08.2019  15:38 

Bu süd məhsullarını almayın

17.08.2019  12:16 

Ukraynada otel yandı - 8 ölü

17.08.2019  11:09 

“Barselona” ilk turda uduzdu

17.08.2019  10:43 

İki gün qaz olmayacaq

17.08.2019  10:21 

Adriana Amerika vətəndaşı oldu


BÜTÜN XƏBƏRLƏR +