Direktor işdən çıxarıldı
Cəhri-Buzqov avtomobil yolunda qaya uçqunu baş verdi (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
İlham Əliyev Banqladeşin Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb
“Çin Azərbaycanın mühüm ticarət tərəfdaşıdır“


04.04.2017  12:22 

At-eşşək ətləri şadlıq evləri və restoranlara da verilir - ŞOK AÇIQLAMA





A+  A-

Son zamanlar Bakıda və bölgələrdə baytarlıq xidməti əməkdaşlarının müsadirə etdikləri at-eşşək ətləri əhalinin qida təhlkəsizliyinə dair şübhələrini bir az da artırıb. Səsləndirilən fikirlərdə at-eşşək ətlərinin kolbasa-sosiska istehsalına verildiyi iddia olunur.
XəzərNews.az bildirir ki, Modern.az saytı bu iddialara aydınlıq gətirmək üçün həm Azad İstehlakçılar Birliyi, həm də istehsalçı şirkətlərlə əlaqə saxlayıb.

“At-eşşək əti kolbasa-sosiska istehsalına verilir”

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib ki, hər gün istehlakçılar tərəfindən bu cür şikayətlər alır:

“İnsanlar çıxılmaz vəziyyət barədə bizə sorğular ünvanlayırlar. Harada, necə qidalanmalı olduqlarını soruşurlar. Aşkarlanan at-eşşək ətləri həm dönərxanlara, həm şadlıq evləri və restoranlara, həm də kolbasa-sosiska istehsalına verilir. Yəni verilmədəyinə dair təminatımız yoxdur”.
E.Hüseynov bunu qida təhlükəsizliyi haqqında qanunun olmaması ilə əlaqələndirib:
“Qanun olmayan yerdə mütləq cinayət baş verir. Təsadüfi deyil ki, bu ilin fevral ayında cənab Prezident Qida Təhlükəsizliyi Agentliyi yaradılması barədə sərəncam imzaladı. Bu agentlik 2018-ci ildən fəaliyyət göstərəcək. Ümid edirəm ki, Agentlik fəaliyyətə başlayandan sonra problem aradan qalxacaq”.

“Eşşək əti yeməlidir” açıqlaması...

AİB sədri Kənd Təsərrüfatı Nazirliyinin “eşşək əti yeməlidir” açıqlamasına sərt münasibət bildirir:


“Ölkədəki rəsmi qurumların bu cür açıqlamalar verməsi, ermənilərin əlinə fürsət, ideoloji silah verir ki, azərbaycanlılar vəhşi xalqdır, eşşək əti yeyir, yaxud azərbaycanlılar gör nə vəziyyətdədir ki, eşşək əti yeməyə məcbur olublar. Birmənalı olaraq xalq acından ölsə də, at-eşşək ətinin əhaliyə satılması məsələsinə son qoyulmalı, gündəmdən çıxarılmalıdır”.

“Biz brendimizi zay etmərik”

“Ovçular” ət və ət məhsulları MMC-nin icraçı direktoru Nazim Kazımov at-eşşək ətlərinin kolbasa-sosiska istehsalına verilməsininabsurd olduğunu deyir. N.Kazımov bildirib ki, şirkət üçün “Ovçular” brendinin keyfiyyəti və təhlükəsizliyi hər şeydən üstündür:

“Biz o cür ətləri istehsal etdiyimiz məhsula qatıb brendimizi zay etmərik. Şəxsən mən öz şirkətimizdən danışıram. Müsadirə olunan o ətlər elə vəziyyətdədir ki, onlardan istifadə mümkünsüzdür. Bunların hamısı şayiələrdir. Biz kolbasa-sosiska istehsalı üçün Hindistandan, Moldovadan, Ukraynadan ət idxal edirik”.

İcraçı direktor “Yerli ət baha olduğuna görə, xaricdən idxala üstünlük verirsiniz” sualını belə cavablandırıb:

“Qeyd edim ki, kobasa-sosiska istehsalı üçün hər ətdən istifadə etmək olmaz. Azərbycanda da kolbasa-sosiska istehsalı üçün ət istehsal edən müəssisələr var. Amma biz xaricdən idxal edirik.
Nəzərinizə çatdırım ki, ət kolbasa-sosiska istehsalında istifadə üçün ilkin olaraq sümükdən və damardan ayrılmalıdır. Bundan sonra ət blok halına gətirilərək dondurulur. Yalnız bundan sonra həmin ətdən kolbasa-sosiska istehsal etmək olar. Damarlı ətdən hazırlanmış məhsul keyfiyyətli olmur, yeyərkən damarla hiss edilir. Eyni zamanda təzə əti kolbasa-sosiska istehsalı üçün istifadə etmək mümkün deyil”.

“Hacı Turqay” və “Sevimli Dad” şirkətlərinin marketinq şöbəsinin meneceri Natəvan İsmayılova açıqlamasında kolbasa-sosiska istehsalında at-eşşək ətindən istifadə barədə məlumatların yalan olduğunu deyib:

“Biz şirkət olaraq bu cür keyfiyyətsiz ətlərdən istifadə etmirik. Ümumiyyətlə, bu məlumatlar həqiqəti əks etdirmir”.

Xəbər 1249 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı

28.03.2024  10:53 

Eldar Əfəndiyev vəfat edib

28.03.2024  09:44 

Bu rayonlarda qaz olmayacaq

28.03.2024  09:03 

Peruda zəlzələ olub

28.03.2024  01:25 

Oleq Babuyev vəfat edib

28.03.2024  00:05 

Namiq Abbasov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +