Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?


03.04.2017  13:41 

“Ümumrusiya Azərbaycan Konqresi ləğv edilməyəcək“





A+  A-

Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi üçün Ali Məhkəməyə müraciət etməsi barədə kütləvi informasiya vasitələrində yayılmış məlumat Azərbaycan ictimaiyyətinin, eyni zamanda Rusiyadakı çoxmilyonluq Azərbaycan diasporunun ciddi narahatlığına səbəb olub.
Diasporla iş üzrə Dövlət Komitəsindən XəzərNews.az-a verilən məlumata görə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəstəyi ilə 2001-ci ildə yaradılmış ÜAK ötən müddət ərzində Rusiya Fеdеrasiyasında yaşayan azərbaycanlıların bir-biri ilə mədəni-mənəvi əlaqələrinin qurulması, soydaşlarımızın Rusiya cəmiyyətinə intеqrasiyası və iki ölkə arasında münasibətlərin inkişafı sahəsində mühüm işlər görüb. ÜAK Azərbaycan həqiqətlərinin yеrli ictimaiyyətə çatdırılması, milli-mədəni irsimizin tanıdılması, sоydaşlarımız arasında milli həmrəyliyin gücləndirilməsinə yönəlmiş bir sıra uğurlu layihələrə imza atıb.
Azərbaycan və Rusiyanın müvafiq dövlət оrqanları ilə qarşılıqlı еtimada dayanan səmərəli əməkdaşlıq əlaqələri qurmağa müvəffəq olan ÜAK-ın fəaliyyəti хalqlarımızı birləşdirən çохəsrlik dоstluq ənənələrinə əsaslanıb, ölkələrimiz arasındakı stratеji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə töhfə verməyə xidmət edib. Təsadüfi deyildir ki, ÜAK-ın II qurultayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putin iştirak edərək, geniş nitq söyləmiş, təşkilatın fəaliyyətinin əhəmiyyətini və iki ölkə arasında əlaqələrin inkişafında rolunu yüksək qiymətləndirmişlər. Bu, hər iki dövlətin ÜAK-ın fəaliyyətinə verdiyi yüksək dəyərin bariz ifadəsidir.
ÜAK daim fəaliyyətini Rusiya Federasiyasının qanunları çərçivəsində qurmağa çalışıb, ölkədə mövcud olan dini və etnik tolerantlığın möhkəmlənməsinə, millətlərarası dostluğun, mədəniyyətlərarası dialoqun dərinləşməsinə öz töhfəsini verməyə səy göstərib, zəruri məqamlarda iqtisadi tərəqqinin, ictimai-siyasi sabitliyin tərəfdarı kimi prinsipial və ardıcıl mövqe nümayiş etdirib. Rusiyanın milli və dövlət maraqları təşkilatın fəaliyyətinin əsas və dəyişilməz prioriteti olub.
Bütün bunlar, dünyada və regionda mürəkkəb, ziddiyyətli proseslərin getdiyi indiki şəraitdə ÜAK-ın fəaliyyətinin dayandırılmasının heç də iki ölkənin maraqlarına xidmət etmədiyini çox aydın şəkildə nümayiş etdirir. ÜAK-ın ləğv olunması, yaxud onun ictimai nüfuzunun zədələnməsinə yönəlmiş təşəbbüslər xalqlarımız arasında qarşılıqlı etimada əsaslanan çoxəsrlik dostluq ənənələrinin, habelə Azərbaycan-Rusiya strateji tərəfdaşlıq münasibətlərinin ruhuna ziddir və bu münasibətlərin inkişafında maraqlı olmayan qüvvələrin mənafelərinə xidmət edə bilər.
Azərbaycan ictimaiyyəti, eyni zamanda Rusiyada yaşayan çoxmilyonlu Azərbaycan icması ümid edir ki, Rusiya Federasiyasının müvafiq qurumları obyektiv, ədalətli, iki ölkənin milli maraqlarına uyğun qərar qəbul edəcək və Rusiya azərbaycanlılarını öz ətrafında birləşdirən ÜAK bundan sonra da həmvətənlərimiz arasında mədəni- mənəvi birliyin və bütövlükdə Rusiya-Azərbaycan dostluğunun möhkəmlənməsində, ikitərəfli münasibətlərin inkişafında mühüm rola malik bir təşkilat kimi uğurla fəaliyyət göstərəcəkdir.

Xəbər 952 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +