Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək


31.03.2017  12:32 

“Həmin platformalardan heç kimi çıxarmayıblar” - Xəzərdə növbəti həyəcan





A+  A-

Bu gün hava şəraitinin kəskin dəyişməsi, güclü küləyin əsməsi nəticəsində Xəzər dənizində gözlənilən qasırğa ilə əlaqədar "Azneft” İstehsalat Birliyinin tərkibinə daxil olan 28 May adına NQÇİ-nin platformalarındakı işçilər ərazilərdən çıxarılmayıb.
XəzərNews.az bildirir ki, bu barədə BakiPost.az-a Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib.

Onun sözlərinə görə, hazırda oradakı işçilər platformadadırlar: "28 May adına NQÇİ-nin platformalarından heç kim çıxarılmayıb. Bir hadisə baş verən kimi mənə yazacaqlar. 15 dəqiqə öncə Neft Daşları ilə əlaqə saxlamışam. Hələ ki, hər şey normaldır.

"Azneft" İstehsalat Birliyindən verilən məlumata görə, o platformaların qəzaya düşməsi, uçması və ya dağılma ehtimalı azdır. Amma 10-cu platforma ilə bağlı narahatlığım var. Çünki orada təmir tam başa çatmayıb. Dəqiq bilirəm ki, həmin platformalardan heç kimi çıxarmayıblar. Əgər orada hər hansı bir hadisə baş versə, bu, Daşqın İsgəndərovun məsuliyyətidir. Çünki xeyli sayda insanın həyatı təhlükədə ola bilər. Düzdür, platformaların dağılma, uçma ehtimalı yoxdur. Lakin o vaxt yanğın baş verəndə də uçma ehtimalı yox idi. Amma yanğın baş verdi.

Ümumiyyətlə, əgər qasırğa xəbəri gəlirsə, bilavasitə hasilata aidiyyəti olmayan işçilər kənara çıxarılmalıdır. Amma hazırda bütün platformaların hamısında operatorlardan əlavə işçilər də var. Neft sənayesi fasiləsiz işdir. Hasilatla məşğul olan adamları çıxartmaq olmaz. Amma həmişə qabaqlayıcı tədbirlər görərək platformalarda hasilata aidiyyəti olmayan işçilər çıxarılmalıdır. Çünki o işçiləri onsuz da orada saxlamağın mənası yoxdur. Bu küləkdə onlar işləyə bilməyəcək”.

Təşkilat sədri hazırda Neft Daşlarında salamatçılıq olduğunu qeyd edib.

Mirvari Qəhrəmanlı onu da əlavə edib ki, gözlənilən qasırğa ilə əlaqədar "Azneft” İB-nin tərkibinə daxil olan Neft Daşları NQÇİ, Nərimanneft və Abşeronneft-ə məxsus təhlükəli sahələrdən çıxarılan işçilərin ümumi sayı 300 nəfərə yaxındır: "Onlardan 35 nəfəri Neft Daşları NQÇİ-nin işçiləridir. Təhlükəli iş sahəsindən çıxarılanların əksəriyyəti N.Nərimanov adına NQÇİ-nin işçiləridir”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bu gün ölkə ərazisində temperatur xeyli aşağı düşəcəyi ilə bağlı xəbərdarlıq edib. Məlumata görə, güclü qərb küləyi əsəcək. Xəzərdə sürəti saniyədə 38 metrə çatan güclü külək olacaq.

Xatırladaq ki, 2016-ci ilin dekabr ayında fırtına səbəbindən 10 nəfər neftçi düşmüşdü. İki il öncə isə "Günəşli" neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində 32 nəfər həlak olub.

Xəbər 1153 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib


BÜTÜN XƏBƏRLƏR +