Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək


31.03.2017  11:15 

Nəsimi rayonunda ağaclar niyə kəsilir?- Park yoxsa bina?





A+  A-

Bakının Nəsimi rayonu 4-cü mikrorayon ərazisində beş mərtəbəli binaların həyətyanı sahələri sökülür. Binaların arasında salınmış, sakinlərin istirahət yerləri və qaraj kimi istifadə olunan tikililər dağıdılır.
Həmin ərazidə yaşayan sakinlər bununla bağlı şikayət ediblər. Sakinlərin sözlərinə görə, artıq ötən gün axşam saatlarından Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən Əlisgəndər İsgəndərov küçəsində söküntü işlərinə başlanılıb. Binaların arasında qalan istirahət bağındakı ağaclar kəsilir və sökülən hasarlar “KamAZ”lara yüklənərək daşınır.

Sakinlər bildirirlər ki, onlara burada park salınacağı deyilsə də, əslində ərazidə çoxmərtəbəli binaların tikilməsi planlaşdırılır.

“Dünəndən söküntü işlərinə başlayıblar. Bizə yalandan deyirlər ki, park salınacaq. Bura park yeridir? Bizdə olan məlumata görə, bu torpaqlar hansısa biznesmenə satılıb və “novostroyka”lar tikiləcək. Sakinlər burada illərlə bağlar salıblar, yaşı 40-50 ili keçən ağaclar var. Düzdür, hələ böyük ağacları kəsməyiblər, amma kiçik ağaclar kəsilir. Yəqin ki, növbəti mərhələdə onlar da kəsiləcək. Yaxşı, əgər park salınacaqsa, ağacları niyə kəsirsiniz?”, -deyə şikayətçilər soruşurlar.

Sakinlər deyirlər ki, bu həyətlərdə çoxmərtəbəli binalar tikilsə, burada nəinki uşaqlar üçün oynamaq və dincəlmək yeri olmayacaq, heç bina sakinləri nəfəs də ala bilməyəcəklər.

Şikayətçilər hasarlanmış ərazilərdə hasarların sökülməsinə etiraz etmirlər. Onları hasarlar söküldükdən sonra illərlə zəhmətlə böyütdükləri meyvə ağaclarının sonrakı aqibəti narahat edir.

Şikayətçilər bildirirlər ki, ağacların kəsilməsi heç də buranın park salmaq niyyəti ilə “abadlaşdırıldığını” göstərmir.

Söküntü işlərindən sonra həmin ərazidə yerləşən köhnə kitabxananın taleyinin necə olacağı da sual altına düşür.

Məsələni aydınlaşdırmaq üçün Nəsimi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin rəsmisi ərazinin satılması və orada çoxmərtəbəli binaların tikilməsi ilə bağlı sakinlərin şikayətinin əsassız olduğunu bildirdi.

Onun sözlərinə görə, hazırda həmin ərazidə abadlıq işləri aparılır və ağac kəsilməsindən söhbət gedə bilməz:

“Həmin ərazidə əsasən binaların birinci mərtəbələrində yaşayan sakinlər tərəfindən qanunsuz zəbt edilən həyətlər var. Onlar əvvəlcə evlərinin qarşısında ağaclar əkir, sonra ərazini hasarlayır, daha sonra da evlərinə qatırlar. Biz o cür qanunsuz hasarları sökürük və əraziləri abadlaşdırırq. Orada ağacların qırılmasından söhbət gedə bilməz. Ola bilər ki, gediş-gəlişə mane olan kol-kos qırılsın”.


(virtualaz.org)

Xəbər 1529 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib


BÜTÜN XƏBƏRLƏR +