İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


31.03.2017  10:22 

Azərbaycan C Liqasına düşdü





A+  A-

UEFA Millətlər Liqası üçün liqaların ilkin tərkibini açıqlayıb.
55 üzv assosiasiya 4 Liqaya bölünüb. Avropa futbol qurumu 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində V turun oyunları başa çatdıqdan sonra ölkələrin yeni reytinq siyahısını dərc edib. Əmsallar cədvəli əsasında tərtib olunmuş həmin siyahıya əsasən, Azərbaycan millisi C Liqasına düşüb. Bu, yığmanın hazırda 26-cı pillədə yer alması ilə əlaqədardır.
A və B liqalarına hərəyə 12, C Liqasına 15, D Liqasına isə 16 komanda düşüb. Liqaların yekun tərkibi DÇ-2018-in təsnifat mərhələsi yekunlaşdıqdan sonra - 2017-ci il noyabrın 15-də açıqlanacaq. Həmin vaxtadək Azərbaycan UEFA reytinqində ən azı 2 pillə yüksəlsə, B Liqasına düşəcək. Bunun üçün DÇ-2018-in seçmə qrup mərhələsindəki qalan 5 oyunda yüksək nəticələr göstərmək lazımdır. Liqaların hazırkı tərkibi isə belədir:

A Liqası (hər biri 3 komandadan ibarət 4 qrup): Almaniya, Fransa, Portuqaliya, Belçika, İspaniya, İngiltərə, İsveçrə, İtaliya, Xorvatiya, Polşa, İslandiya, Bosniya və Herseqovina

B Liqası (hər biri 3 komandadan ibarət 4 qrup): İrlandiya, Rusiya, Avstriya, İsveç, Slovakiya, Uels, Ukrayna, Hollandiya, Şimali İrlandiya, Çexiya, Türkiyə, Macarıstan

C Liqası (3 komandadan ibarət 1, 4 komandadan ibarət 3 qrup):
Yunanıstan, Rumıniya, Sloveniya, İsrail, Serbiya, Danimarka, Bolqarıstan, Albaniya, Şotlandiya, Monteneqro, Norveç, Litva, AZƏRBAYCAN, Kipr, Ermənistan

D Liqası (hər biri 4 komandadan ibarət 4 qrup): Estoniya, Finlandiya, Belarus, Gürcüstan, Farer adaları, Latviya, Makedoniya, Qazaxıstan, Moldova, Lüksemburq, Lixtenşteyn, Kosovo, Malta, Andorra, San Marino, Cəbəllütariq
UEFA İcraiyyə Komitəsinin hazırda qüvvədə olan qərarına əsasən, Azərbaycan və Ermənistan, eləcə də Rusiya və Ukrayna eyni qrupa düşə bilməzlər.
Millətlər Liqasında eniş və yüksəliş prinsipləri tətbiq olunacaq. Qalib 2019-cu ildən başlayaraq, hər bir tək ildə müəyyənləşəcək. Bu turnir bir çox beynəlxalq yoldaşlıq görüşünü əvəzləyəcək. Komandalar yuxarı qrupa vəsiqə və ya Millətlər Liqasında çempionluq titulunun saxlanılması, habelə, 2020-ci il Avropa çempionatının "pley-off" matçlarına vəsiqə uğrunda mübarizə aparacaqlar. Millətlər Liqasında mübarizəyə 2018-ci ilin sentyabrında start veriləcək. Oyunlar sentyabr, oktyabr və noyabr aylarında keçiriləcək. Final turniri isə 2019-cu ilin iyununa təsadüf edəcək.
Millətlər Liqasında göstərilmiş nəticələr əsasında 2020-ci il Avropa çempionatına 4 vəsiqə sahibini tapacaq. Onlar arasında 2020-ci ilin martında "Dördlər finalı" keçiriləcək.

Xəbər 2176 dəfə oxunub.



22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +