“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


30.03.2017  13:36 

“Onsuz da hamı bilir ki, o banklar kimindir”





A+  A-

“Maliyyə Bazarlarına Nəzarət Palatası artıq bir ildir ki, fəaliyyət göstərir. Palata fəaliyyətə başlayan zaman bankların diaqnostikasını aparıb. Bu diaqnostika nəticəsində banklarda yaranmış vəziyyətlə geniş tanış olub. Keçən müddət ərzində 42 bankdan 10-a yaxını bağlanıb. Hazırda Azərbaycanda 31-32 bank fəaliyyət göstərir. 10 bankın bağlanması Azərbaycanın bank sistemində müəyyən problemlər yaradıb. Biz millət vəkili, iqtisadçı olaraq həmişə qeyd etmişik ki, bankların bağlanmasının tərəfdarı deyilik. Bu Azərbaycan iqtisadiyyatına və vətandaşlarına çox ziyan vurur. Mən bu müddət ərzində görmədim ki, hansısa bankların səhmdarları yığışsınlar və müəyyən birləşmə mexanizmləri həyata keçirsinlər”.
XəzərNews.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib. O bildirib ki, bankların bağlanmasındansa, birləşib fəaliyyət göstərməsi daha məqsədəuyğundur.

“Gəlin, 15-20 iri bank saxlayaq ki, sektorda problem olmasın. Çox təəssüf ki, bankların birləşdirilməsi ilə bağlı konkret iş görülmür. Əvəzində bankları bağlayırıq, insanlara deyirik ki, gedin problemlərinizi banklarla həll edin. Çox təəssüflər olsun ki, biz bu gün bankları bağlayırıq. Rüfət müəllim, sizə də mən “paçka” ilə məktublar göndərmişəm. Mən minlərlə insandan depozitlərini banklardan götürə bilməməsinə görə müraciət almışam. Bankların əksəriyyətləri ilə də söhbətlər etmişəm. Xahiş etmişəm ki, insanlara depozitlərin, kreditlərin ödənilməsinə köməklik göstərsinlər. Mən təklif edirəm ki, bankların sağlamlaşdırılması zamanı onların birləşdirilnməsinə müəyyən meyllər artırılsın. Onsuz da hamı bilir ki, bu banklar kimindir.. Kimlərə məxsusdur... Bu özbaşına yaranan şey deyil axı”.

Vahid Əhnədov qeyd edib ki, o və həmkarları dəfələrlə məsələ qaldırıblar ki, vaxtı keçmiş kreditlərin məsələsini həll etmək lazımdır.

“Artıq bu rəqəm 1,5 milyard manata yaxınlaşıb. Vəsait artmaq üzrə də davam edir. Bu gün Azərbaycanda bank sistemi fəaliyyətsizdir. Bank sistemi kredit vermir. Bunun da müəyyən hissəsini Maliyyə Bazarlarına Nəzarət Palatasının üstünə atırlar. Deyirlər ki, 65 yaşından yuxarı insan kredit götürə bilməz. Niyə? Bu hansı qanunda yazılıb? Bəlkə o adamın 1000 manat ehtiyacı var. Niyə kredit götürə bilmir? Banklar deyirlər ki, bu Maliyyə Bazarlarına Nəzarət Palatasının xüsusi tapşırığıdır”.


Xəbər 2267 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +