AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


28.03.2017  15:43 

Aşıqlar Birliyi ölüm ayağındakı gənc aşıqla necə maraqlanır?





A+  A-

Uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkən aşıq Azər Xanlaroğlunun səhhəti yenidən pisləşdiyindən bir neçə gün əvvəl təcili əməliyyat üçün Türkiyəyə yola salınıb. Maddi problemlər yaşayan aşıq üçün sosial şəbəkələrdə kampaniya başladıldı. Dostlarının mətbuata verdiyi açıqlamlara əsasən, kampaniyaya o qədər də çox adam qoşulmayıb. Məcburiyyət qarşısında qalan Azər Xanlaroğlu şəxsi avtomobili və ata yadigarı olan evi satmaq qərarına gəlib.
Qeyd edək ki, hepatit xəstəliyindən əziyyət çəkən Azər Xanlaroğlunun ayaqlarında da şiş əmələ gəlib. Onun qaraciyəri təcili dəyişilməlidir.

Azərbaycan Aşıqlar Birliyinin mətbuatda məsələyə münasibəti gözə dəymir.
XəzərNews.az bildirir ki, qurum tərəfindən hər hansı xeyriyyə kampaniyasının, yaxud, maddi-mənəvi dəstəyin olması ilə bağlı Modern.az birliyin katibi Musa Nəbioğlu ilə əlaqə saxlayıb. Katib qısaca olaraq, Aşıqlar Birliyinin təbii ki, Azər Xanlaroğluna biganə qalmadığını bildirib. Lakin məsələ ilə daha geniş şəkildə birliyin sədri professor Məhərrəm Qasımlının danışmasının doğru olduğunu deyib.
Modern.az saytı bir neçə dəfə cəhd etsə də, Aşıqlar Birliyinin sədri ilə əlaqə yarada bilməyib.

Xəbər 1484 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +