Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


18.03.2017  10:46 

İlham Əliyev Roma Papasına məktub göndərdi





A+  A-

Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb.
XəzərNews.az bildirir ki, təbrikdə deyilir: "Zati-müqəddəsləri, Tacqoyma Gününüz münasibətilə Sizə və bütün həmməzhəblərinizə şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Biz Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlərə xüsusi əhəmiyyət veririk. Sivilizasiyalararası və dinlərarası dialoqun, multikulturalizm dəyərlərinin qorunub saxlanması və daim inkişaf etdirilməsi yolunda fəal və səmərəli əməkdaşlığımız məmnunluq doğurur.
İnanıram ki, Azərbaycan ilə Vatikan arasında ümumbəşəri dəyərlərin təntənəsi naminə uğurla davam edən əməkdaşlıq, birgə atdığımız addımlar bundan sonra da dünyada sülhün və əmin-amanlığın, insanlar arasında qarşılıqlı anlaşma və həmrəyliyin bərqərar olmasına xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, ali mənəvi missiyanızda uğurlar, bütün həmməzhəblərinizə əmin-amanlıq və firavanlıq diləyirəm".

Xəbər 5437 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +