Azərbaycanlı döyüşçü Moskvada həbs olundu
“Tamstore”da satışda olan kərə yağı yararsız çıxdı
Məlhəm Beynəlxalq Hospitalına sanksiya tətbiq edildi
Prezident “ŞƏT plyus” formatında görüşdə çıxış etdi
“Neftçi”dən inciməmişəm” - Qurban Qurbanov
Bulvarda dənizdə batan qadın xilas edildi
ATƏT-in Minsk qrupu rəsmən ləğv olundu
Bakıda bu ərazidə hər gün zibil yandırılır
Hindistandan Azərbaycana qarşı düşmən addım
Yasamalda sürücüləri narahat edən bərbad yol


15.03.2017  14:22 

Məktəblərdə tənəffüs vaxtının uzadılması təklif olunur





A+  A-

“Azərbaycanda bir məktəbdə ən azı 400 şagird təhsil alırsa, onların sağlam qidalanması üçün 15 dəqiqəlik tənəffüs vaxtı kifayət etmir. Bunu nəzərə alaraq, Milli Məclis qarşısında məsələ qaldırmışdım ki, məktəblərdə ictimai qidalanma blokları olmalıdır. Bu blokların kifayət qədər sayda oturaq yerləri və 20 dəqiqə arası tənəffüs vaxtı olmalıdır ki, şagirdlər sağlam qidalana bilsinlər”.
XəzərNews.az-ın xəbərinə görə, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Qidalanma və kommunal gigiyena kafedrasının müdiri İbrahim Əhmədov sağlam qidalanmaya dair keçirilən müzakirələrdə çıxışı zamanı deyib.

Sağlam qidalanmanın təhsil proqramına daxil edilməsi məsələsinin də müzakirə mövzusu olduğunu deyən İ. Əhmədovun sözlərinə görə, bununla bağlı Milli Məclisdə məsələ qaldırılıb. O qeyd edib ki, bu gün şagirdlərə əsas sağlam qidalanma vərdişlərini aşılamaq lazımdır: “Çünki müasir zamanda uşaqları “fast-food”, şirniyyatlar cəlb edir. Təbii ki, bunların da hamısı trans-yağlardan hazırlanır. Bu gün ən çox müşahidə olunan ürək-qan damar sistemi, təzyiq və digər xəstəliklərin meydana çıxmasında isə trans-yağların mühüm rolu var”

İ. Əhmədov qeyd edib ki, Azərbaycanda qeyri-infeksion xəstəliklərdə yalnız sağlam qidalanma deyil, həm də yerli amillər və iqlim müəyyən rol oynayır. Onun sözlərinə görə, bu gün müəyyən məhəlli xəstəliklərin dəyişdiyinin də şahidi oluruq: “Məsələn, ötən əsrin sonlarında yod çatışmazlığı xəstəliyindən danışanda, 11 rayon endemik zona olaraq qeyd edilirdi. Lakin 2007-2009-cu illərdə respublika üzrə keçirilən bioloji monitorinq nəticəsində dəniz kənarında olan Bakı, Sumqayıt və Lənkəran kimi ərazilərdə yaşayan əhali ilə dağlıq ərazilərdə yaşayan əhali arasında elə də ciddi fərq müşahidə olunmadığı aşkar olunub. Halbuki dəniz ətrafı ərazilərdə yaşayan insanlarda bu tip xəstəlik mövcud olmalı deyil. Bundan əlavə, müəyyən rayonlarda öz adət-ənənələri və onlar üçün xarakterik olan yeyinti məhsulları olur. Ancaq bu gün xəstəliklərin məhəlli xüsusiyyət kəsb etməsi barədə danışa bilmərik. Çünki rayonda öz məhsulunu becərənlərin çoxu onu yemir, Bakıya satmağa gətirir”.

Xəbər 3458 dəfə oxunub.



01.09.2025  17:44 

Dəlixanada meyit aşkarlandı

01.09.2025  16:49 

Teymur Musayev nazirlikdən getdi

01.09.2025  13:58 

“Kriti“ Vüsal saxlanıldı

01.09.2025  12:21 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +