Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


13.03.2017  15:46 

Aynur yayılan videosundan danışdı - “Onların məqsədi bəllidir”





A+  A-

Müğənni Aynur Dadaşova sosial şəbəkədələrdə yayılan videosuna aydınlıq gətirib.
XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sənətçi Natavan adlı müğənni ilə söyüşlü davasının yenidən gündəmə gəlməsindən narahat olduğunu bildirib.

O, açıqlama yayaraq həmin görüntülərin 15 il əvvəl çəkildiyini qeyd edib:

“Yayılan video haqda ilk və son dəfə danışıram. O görüntülər 15 il öncə qeydə alınıb. Bunu yayanların məqsədi bəllidir. Bu video niyə dünənə kimi yayılmırdı? Mən səhnəyə qayıtdım, kimlərinsə yerini dar etdim. Onlar da bu görüntüləri yaydılar.

Bilin ki, mən öz yerimə gəlmişəm. Gəlişim daimidir. Kiminsə yerini tutmağa gəlməmişəm. Dünənki sənətçi də deyiləm. Mən Aynur Dadaşovayam. Öz taxt-tacımdayam. Kimsə məni həzm edə bilmirsə, öz işidir. Mənim ucuz reklama, qalmaqala ehtiyacım yoxdur. Sənəti olan, özünə güvənən meydana buyursun”

Qeyd edək ki, sözügedən video aparıcı Sərxan Kərəmoğlunun "Space"də yayımlanan verilişində lentə alınıb.

Görüntülərdə Aynur Dadaşova müğənni Natavanla əlbəyaxa dava etdiyi, söyüş söydüyü əks olunub.


Xəbər 3864 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +