Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları uzadacaq
Araz Ağalarov 183 milyonluq hərracı uddu
83 yaşlı deputat ABŞ-da yaşayırmış
Sabah hava necə olacaq?
Sabah bu yollar bağlanacaq
Tramp Lavrovla görüşdü
Metabolizmi sürətləndirən - Qidalar
Müsavat namizədlərini nə vaxt açıqlayacaq?
2019-cu ilin sözü elan olundu
Yanvarın 1-dən bütün pensiyalar artacaq


13.03.2017  12:03 

Rusiyadan Azərbaycana miqrant təzyiqi: Milyonlarla adam geri göndəriləcək?





A+  A-

Son günlər Rusiyadakı azərbaycanlı miqrantların durumu acınacaqlı hal alıb. Onlar nə vətənə qayıda, nə də orada qalıb çalışa bilirlər. Ölkədən iş tapmaq üçün Rusiyanın müxtəlif şəhərlərinə üz tutan 300-ə yaxın azərbaycanlı miqrant Dərbənddə polis tərəfindən tutulub. Miqrantlar ötən ay üç gün Dərbənddəki idman zallarının birində saxlanıb. Polis pasportu üstündə olanları və sənədində əyər-əskik olmayanları buraxıb.Azərbaycanlıların çoxu qayıtmaq istəsələr də qayıda bilmir.Onların çoxunun pasportu hələ də məhkəmədədir.Miqrantlara 6 illiyinə deportasiya edəcəkləri barədə məlumat verilib.
XəzərNews.az-ın məlumatına görə, Politoloq Elşən Manafov “Cümhuriyət” qəzetinə bildirib ki, bir neçə ildə Rusiya iqtidarı miqrasiya siyasətini kifayət qədər sərtləşdirib: “Bu da Rusiyanın miqrasiya siyasətilə bağlı amillərdən daha çox mənfəət götürmək istəyindən irəli gəlir. MDB məkanından Rusiyaya daha çox sosial yönümlü amillərə görə miqrasiya edən vətəndaşların sayı yüz milyonları ötüb.Digər tərəfdən qeyri-leqal şəkildə Rusiyada işləyib və vergidən yayınan miqrantların müəyyən hissəsi sonradan bu ölkənin kriminal aləmilə əlaqəyə girir.Bu da Rusiyada kriminogen durumunun daha da ağırlaşmasına səbəb olur.Bu nöqteyi-nəzərdən miqrasiya siyasətinin sərtləşdirilməsi Rusiyanın həm təhlükəsizlik, həm də miqrantların dövlət büdcəsinə gətirəcəyi gəlirlər baxımından anlaşılandır.Son bir neçə ildə Azərbaycandan Rusiyaya miqrasiya edənlərin sayı əvvəlki illərlə müqayisədə kifayət qədər azalıb.Etiraf etmək lazımdır ki, Rusiya böyük əmək bazarıdır, bu baxımdan azərbaycanlıların diqqətini cəlb etməyə bilməz.Onlar Rusiyada xüsusilə tikinti və ticarətdə, çox nadir hallarda isə elm-təhsil sahələrində çalışırlar.Son dövrlərdə Rusiyaya tətbiq edilən iqtisadi sanksiyalar nəticəsində tikinti bumu əvvəlki illərlə müqayisədə aşağı düşüb. Bu mənada hələ ki, miqrant işçilərin Rusiya bazarlarında özlərinə iş tapması onların maraqları baxımından anlaşılandır”.

Politoloqun qənaətincə, Rusiya azərbaycanlı miqrantlara qarşı siyasətini sərtləşdirməklə Azərbaycana hər hansı şərtlərini qəbul etdirmək istəmir: “Artıq Rusiya bazarlarında işləyən azərbaycanlıların sayı əvvəlki illərlə müqayisədə aşağı düşüb. Bir qismi də qeydiyyata düşüb, müxtəlif sahələrdə işlə təmin olunub.Etiraf edək ki, Rusiyanın Azərbaycana təsir etmək üçün kifayət qədər rıçaqları var. Bunun ən birinci və ciddisi Dağlı Qarabağ münaqişəsidir. Cənubi Qafqazda Qarabağ, Abxaziya, Osetiya kimi problemlərin dondurulmuş və həll olunmamış münaqişələrə aid edilməsi, Rusiyanın bölgə ilə bağlı geosiyasi maraqlarından irəli gəlir. Bu münaqişələr Rusiyanın adıçəkilən bölgə dövlətlərinə münasibətlərdə ən təsirli vasitələrdən biridir.Rusiya tədricən miqrasiya siyasətinin doğurmuş olduğu reallıqlardan istifadə etmək istəyir.

Rusiya çalışardı ki, Azərbaycan Putinin təşkil etdiyi Avrasiya İttifaqına qoşulsun.Həmçinin, rəsmi Moskva Gömrük İttifaqı ilə bağlı məsələlərdə Azərbaycan hakimiyyətinin mövqeyini hələ də israrla gözləyir.Ən nəhayət Rusiya Azərbaycanın bəzi keçmiş sovet respublikalarının iştirakı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi adlanan təşkilatda təmsil olunmasına etiraz etməz.

Sosial problemlər kontekstində Azərbaycana təsir göstərmək bir o qədə də effektiv alınmayacaq.Çünki Azərbaycanın Rusiyadan maliyyə və enerji asılılığı yoxdur.Digər tərəfdən ölkəmiz özünün ərzaq təhlükəsizliyi ilə bağlı məsələləri təkcə Rusiya bazarları hesabına təmin etmir.Bu baxımdan düşünmürəm ki, Rusiya miqrasiya siyasətini sərtləşdirməklə Azərbaycana təzyiq göstərmək istəyir”.

Xəbər 1323 dəfə oxunub.




11.12.2019  16:12 

Daha bir qadın piyada öldü

11.12.2019  13:11 

Sabah hava necə olacaq?

11.12.2019  12:08 

Sabah bu yollar bağlanacaq

11.12.2019  10:57 

Bu yerlərdə su olmayacaq

11.12.2019  09:36 

ABŞ-da atışma, 6 ölü

11.12.2019  09:23 

Tramp Lavrovla görüşdü

11.12.2019  08:53 

Türkiyədə zəlzələlər oldu

11.12.2019  08:42 

2019-cu ilin sözü elan olundu


BÜTÜN XƏBƏRLƏR +