Bu keçid bağlanır
Bakıda 17 yaşlı qıza təcavüz edilib
84 yaşlı kişi özünü asdı
Bu yay 29 nəfəri gün vurub
“Qara qutu” Azərbaycanda tədqiq olunacaq
Sabah da 42 dərəcə isti gözlənilir
Hindistanda sel daha 58 nəfəri öldürdü
Bu rayonlar qazsız qalacaq
Rusiya CNN-ə 200 min cərimə kəsdi
Obama, Zukerberq və Geyts Ermənistana gedir


13.03.2017  10:05 

Məktəbdəki qalmaqal haqda açıqlama: “Şagirdlərin hərəkəti qanunlara uyğundursa...“





A+  A-

Beyləqan məktəbində baş verən qalmaqal artıq bir neçə gündür ki, mətbuatda müzakirə olunmaqdadır.
XəzərNews.az xəbər verir ki, yayılan məlumata görə, rayonun orta məktəb şagirdi 17 yaşlı A.Z oğlan dostu Məlik Hüseynov (ad şərtidir) tərəfindən təcavüzə uğrayıb. M.Hüseynov onu bir müddət öncə çəkdirdikləri səmimi fotolarla hədələyərək əvvəlcə özü, sonra da istəmədiyi digər insanlarla münasibətə girməyə məcbur edib. Adının açıqlanmasını istəməyən mənbə bu barədə meydan.tv-yə videogörüntülər də göndərib. Məlumatda o da qeyd olunur ki, hadisə ilə bağlı rayon polis şöbəsində cinayət işi açılıb, bir nəfər həbs olunub, digəri azadlıqdadır.

Qeyd edək ki, qalmaqal ictimaiyyətdə, sosial şəbəkələrdə böyük səs-küyə, hiddətə səbəb olub. Bir çoxları aidiyyəti qurumları məsələ ilə bağlı vaxtında ciddi tədbir görməməkdə suçlayıb, cinayət əməlini törədən şəxslərin tezliklə cəzalandırılmasını istəyiblər. Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmova aznews.az saytına açıqlama verərək bildirib ki, hadisə bir ay bundan əvvəl baş verib: “Yalandır, camaatın qızına şər atırlar. Orda zorlanma hadisəsi olmayıb. İnanın səmimiyyətimə, şagirdin yaxası belə açılmayıb. Hamımızın balası var. Opüşmək zorakılıq hadisəsidir? Opüşmək cinsi əlaqədə olmaq deməkdir? Mən videonu görməmişəm. Nə video? Belə bir şey yoxdur. Bu çox səhv addımdır. Əlbəttə ki, hamı məktəbə opüşməyə deyil, təhsil almağa gəlir. Biz Təhsil Nazirliyinə və Beyləqan Rayon Polis şöbəsinə yazılı şəkildə məlumat vermişik.”

Xuraman Rüstəmova şagirdin atasının kənddə düşmənləri olduğunu vurğulayıb: “Bu hadisə həmin adamlar tərəfindən şişirdilib. Gənclər bir-birini sevirmiş. Dərs başa çatandan sonra bunlar qapını örtüb sinif otağında öpüşüb. Şagirdlərdən biri qəfil qapını açıb və onların opüşdüyün, qucaqlaşdığını görüb. Həmin şahid də qızın atasını istəməyən tərəfin birinin övladıdır. O, bu hadisəni gedib evdə deyib. Onun atası da bundan sonra hadisəni rayonla bir edib. İstədim ki, həmin şagirdin atası cəzalandırılsın, axı, uşağa şər atmaq olmaz. Bu səbəbdən də polisə üz tutdum”.

Direktor deyib ki, zorlamada ittiham olunan şagird məktəbə gəlmir: “Utanır. Amma digər iki oğlanın da məktəbə buraxılmasına mən icazə vermirəm. Çünki bu belə olmaz. Hazırda araşdırma gedir. Əgər həmin şagirdlərin hərəkəti təhsil qanunlarına uyğundursa, məktəbə buraxılacaq, yox deyilsə, onda ikisi də məktəbdən kənarlaşdırılacaq. Sənin davan var atası ilə çək. Ata ilə çəkə bilmədiyin bir qisası niyə onun qızından çıxırsan?”.

Xuraman Rüstəmova bu hadisədə nöqsana yol verən şəxslərin cəzalandırıldığını da qeyd edib: “Mən qızla bağlı tibbi ekspertizadan arayış aldım. Bundan əlavə qızın özünün də yazılı izahatı var. Mən bunu məhkəməyə təqdim edib həmin şagirdə ləkə atanlar haqqında cəza tədbiri görülməsini tələb edəcəm”.

Beyləqan Rayon Polis Şöbəsindən isə belə bir zorlama faktının olmadığını, heç bir cinayət işinin açılmadığını bildirilib.

Məsələni yaxından araşdırmağa çalışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə “Yeni Müsavat”a ilginc açıqlama verib. Onun sözlərinə görə, qızın qohumları və özü müəyyən səbəblərə görə hələ ki, susmağa üstünlük verir: “Mən onun qohumları ilə əlaqə saxlamışam. Təhlükəsizlik baxımından qızın bizim qurumda qalmasını təklif etmişəm. Lakin onlar hələ ki heç nəyə güvənmirlər. Ola bilsin ki, bu haqda danışmamaq üçün təlimatlar alıblar. Və yaxud ola bilsin ki, qınağa, qalmaqala, mental düşüncəyə görə məsələni ört-basdır etməyə çalışırlar. Əslində isə bu məsələyə daha çox qızın qohumları qoşulmalıdır. Qızın özü də danışmır. O, azyaşlıdır, görünür valideynlərinin təsiri altındadır. Üstəlik, cəmiyyətdə onun haqqında kifayət qədər xoşagəlməz fikirlər səsləndi, həm də evdəkilər bu hadisəyə görə daim onu günahlandır. Amma bu, cinayətdir və polisin də bu məsələ ilə bağlı məlumatsızlığının səbəbi ola bilsin ki, şikayətin olmamasıdır. Şikayət yoxdursa, təbii ki, polis də deyəcək ki, belə bir fakt yoxdur. Amma hadisə baş veribsə- fərqi yoxdur cinayət var ya yox- polis bununla bağlı məşğul olmalıdır. Cinayət əməlində əli olan şəxslərin cəzalandırılması üçün əsasdır ki, qızın ailəsini inandırmaq və mübarizəyə qaldırmaq lazımdır. Mənə əsas qızın razılığını almaqdır. Bundan sonra işlərimizi davam edəcəyik. Əsas videomaterialı əldə etməkdir. Onlar da həmin videomaterialı üzə çıxartmırlar. Mən bildiyimə görə, video çox dəhşətli biabırçıdır, buna görə onu üzə çıxartmağa ehtiyat edirlər”.

Qurum sədri cəmiyyətin bu cür məsələlərdə düzgün mövqe tutmasının zəruri olduğunu vurğulayıb:"Cəmiyyətdə bu cür hadisələrdə zorakılığa məruz qalmış qadınların özləri suçlananda, cinayət hadisələri qapalı qalır və tərəflər bundan isitfadə edirlər. Beləliklə nə qədər qızın həyatı məhv olur, onlarla həm ailə bağı kəsilir, həm də cəmiyyət tərəfindən qınağa tuş gəlirlər".

Xəbər 1090 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.08.2019  20:37 

Məhərrəm Qurbanov vəfat etdi

21.08.2019  18:11 

Məzənnə eynidir

21.08.2019  17:38 

Bu keçid bağlanır

21.08.2019  16:24 

84 yaşlı kişi özünü asdı

21.08.2019  14:54 

Bu yay 29 nəfəri gün vurub

21.08.2019  12:08 

Sudan tarixində ilk

21.08.2019  11:09 

“Barselona“ Dembeleni də itirdi

21.08.2019  09:46 

Bu rayonlar qazsız qalacaq


BÜTÜN XƏBƏRLƏR +