Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək


11.03.2017  18:45 

Bakıdakı İran səfirliyi kim tərəfindən idarə olunur?





A+  A-

İranda iqtidardakı rejimə müxalifətdə olan İran Milli Müqavimət Şurası (NCRI) Ədalət axtarışı üzrə beynəlxalq komitənin (International Committee In Search of Justice - ISJ) “Avropa-İraq azadlıq assosiasiyası” (EIFA) ilə birgə həyata keçirdiyi “Yaxın Şərqdə İslam inqilabı keşikçiləri korpusunun (İİKK) dağıdıcı rolu” adlı tədqiqatının nəticələri üzrə məruzəni dərc edib. Məlum olub ki, İranın xarici ölkələrdə yerləşən bir neçə səfirliyi İİKK-nun təsiri altındadır. Bunlardan biri də Azərbaycandakı səfirlikdir.
XəzərNews.az-ın virtualaz.org-a istinadın məlumatına görə, “Geniş araşdırma” nəticəsində bəlli olub ki, İslam inqilabı keşikçiləri korpusu (İİKK) son üç onillik ərzində regiondakı 14 müsəlman ölkəsinin işlərinə qarışıb.

“Müəyyən edilib ki, İİKK dörd ölkədə bilavasitə gizli şəkildə münaqişələrdə iştirak edir. Bunlar İraq, Suriya, Yəmən və Livandır. Burada İİKK birbaşa və əhəmiyyətli hərbi gücə malikdir”. Qeyd olunur ki, məsələn, 2016-cı ilin yayında az qala 70 min iranlıdan ibarət qruplaşma Suriyanın ərazisində olub.

Daha sonra vurğulanır ki, İslam İnqilabı Keşikçiləri Korpusu ən azı səkkiz ölkənin işlərinə birbaşa müdaxilə edir, yaxud həmin dövlətlərin hökumətlərinə qarşı sui-qəsdlər planlaşdırır. Həmin ölkələr İraq, Suriya, Yəmən, Livan, Fələstin, Bəhreyn, Misir və İordaniyadır.

Tədqiqatda iddia olunur ki, İİKK ən azı 12 region ölkəsində terrorçu filial və ya şəbəkələri yaradıb.
Məruzənin ən yaddaqalan nəticələrindən biri – İİKK 13 ölkədə terrorçuluq fəaliyyətində iştirakçıdır.

İİKK həmçinin digər 12 ölkədə kəşfiyyat tədbirləri həyata keçirib. “Bu ölkələrin əksəriyyətində İran rejiminin casuslarını ya həbs ediblər, ya da izləyiblər”, - sənəddə deyilir.
İİKK-nun müdaxilələri hərbi sahə ilə məhdudlaşmır və Tehranın xarici siyasətində müəyyyənedici rola malikdir.

“Hakim teokrat rejimin strukturunda xarici siyasət ali rəhbər tərəfindən formalaşdırılır, hazır da bu Ayətullah Xamneidir. Beləliklə, bəzi ölkələrə aid siyasətin hazırlanması və həyata keçirilməsi rəsmən İİKK-na həvalə edilib. Bununla əlaqədar, İİKK bir çox səfirliklərdə rejimin xarici siyasətini effektiv şəkildə nəzarətdə saxlayır. Bu kateqoriyaya İraqdakı, Suriyadakı, Livandakı, Əfqanıstandakı, Yəməndəki, Bəhreyndəki və Azərbaycandakı səfirlikləri daxil etmək olar”, - məruzədə bildirilir.

Yuxarıda adı çəkilən ölkələrə əlavə olaraq, İİKK qeyd olunan ölkələrdəki xarici siyasətin idarə edilməsində aparıcı rola malikdir. Bunlar Ermənistan, Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Qətər vəı Omandır.
“İran Xarici İşlər Nazirliyinin şəxsi heyəti öz fəaliyyətini İİKK-nun göstərişləri və istəkləri üzərində qurur”, - məruzədə deyilir.

Xəbər 2000 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib


BÜTÜN XƏBƏRLƏR +