Şəkidə yanğın davam edir
Ağstafada 17 yaşlı qızı maşın vurdu
Qubada dağlıq ərazidə yanğın başlayıb
Xəzərdə zəlzələ
Ərdoğan Rusiyaya səfər edəcək
Evdən 14 min pul oğurladı
Suraxanıda 50 şam ağacı yandı
Yol Polisindən sürücülərə müraciət
Kaliforniyada qatar relsdən çıxdı, xeyli yaralı var
Kürdəxanıdakı qəzada sürücü öldü


11.03.2017  17:30 

Beyləqanda məktəblinin bir neçə şəxs tərəfindən zorlanmasına görə 4 nəfər saxlanılıb





A+  A-

Beyləqanda məktəbli qızın təcavüzə uğraması ciddi müzakirə mövzusuna çevrilib. Hadisə geniş rezonans doğurduğundan şayiələr də genişlənməkdədir. Hətta məlumatlar arasında valideynlərin öz evlərini tərk etməsi kimi əsaslandırılmamış iddialar da yer alıb.
XəzərNews.az bildirir ki, Modern.az məsələnin aktuallığını nəzərə alaraq Beyləqanı təmsil edən deputat Şahin İsmayılovla əlaqə saxlayıb.

“Təcavüzə görə 2 nəfər həbs edilib”

Ş.İsmayılov Modern.az-a açıqlamasında faktı təsdiqləyib və buna görə təəssüfləndiyini qeyd edib:

“Bakıda, Şəkidə yaxud Beyləqanda baş verməsindən asılı olmayaraq, bu, yaxşı hal deyil. Əfsuslar olsun ki, bu hadisə yaşanıb. Fakta görə cinayət işi açılıb, istintaq gedir. Hadisə ilə bağlı 4 nəfər saxlanılıb. Onlardan 2 nəfər qızın sinif yoldaşları, digər 2 nəfər isə məktəblə əlaqəsi olmayan şəxslərdir. Həmin 2 nəfər (20-21 yaşlı oğlanlar) həbs edilib, digər 2 nəfər (qızın sinif yoldaşları) isə azyaşlı olduğundan sərbəst buraxılıb. Amma sərbəst buraxılan 2 nəfər polis nəzarət altındadırlar”.

“Rayonda ailələrə basqılar var”

Deputat, valideynlərin Beyləqanı tərk etməsinə dair yazılan məlumatların əsassız olduğunu qeyd edib:
“Onların valideynləri öz evlərindədirlər və polis əməkdaşları daim onlarla əlaqədədir. Valideynlər öz övladlarından imtina etməyib. Sadəcə rayonda həmin ailələrə müəyyən basqılar var”.

“Hadisə bir neçə dəfə təkrarlanıb...”

Videoda sinif otağının əks olunmasına gəlincə, Ş.İsmayılov deyib ki, bu, prosesin tərkib hissəsi olsa da, hadisə məktəbdən kənarda baş verib:
“Amma onu qeyd edim ki, hadisə ilk dəfə deyil, bir neçə dəfə baş verib. Sonuncu hal isə məktəbdən kənarda baş verib. Bu, 1-2 günün işi deyil. Həmin şəxslər uzun müddət qızı şantaj ediblər. İstintaq davam etdiyi üçün mən ətraflı məlumat verə bilmirəm”.

Hadisənin qəsdən, qızın atasına qarşı quraşdırılan iş olmasına gəlincə, parlament üzvü bununla razılaşmayıb:
“Fakt odur ki, hadisə baş verib. İndi kimsə öz xəyalının məhsulunu ortaya xəbər kimi qoysa da, onu deyə bilərəm ki, hadisə mətbuatda yer aldığı qədər şişirdilmiş şəkildə deyil”.

Məsələ rəsmi qurumların nəzarətindədir

Ş.İsmayılov bildirib ki, hadisə Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Beyləqan rayon Təhsil Şöbəsi və polis idarəsinin nəzarəti altındadır:

“Problemlərin kökünə getmək lazımdır. Məktəblərdə psixoloq işinin təkmilləşdirilməsinə ciddi ehtiyac var. Təəssüflər olsun ki, zaman-zaman məktəblərimizdə bu kimi halların şahidi oluruq. Təbii ki, üzücü haldır. Bunların qarşısını almaq üçün cəmiyyət olaraq mübarizə aparmalıyıq. Hesab edirəm ki, məktəblərdə fəaliyyət göstərən valideyn komitələrinin də işi təkmilləşdirilməlidir ki, biz bu hadisələri yaşamayaq.

Eyni zamanda burada mətbuatın da üzərinə məsuliyyət düşür. Çünki bəzi qeyri-ciddi mətbuat orqanları hər eşitdiklərini, öz təxəyyüllərini yazır və bu da yersiz ajiotaja səbəb olur. Nəzərə alın ki, o qızın gələcəyi var. Ona görə də hər kəsdən məsələyə həssas yanaşmağı xahiş edirəm”.

Yayılan məlumatlarda Beyləqanda orta məktəb şagirdi 17 yaşlı A.Z.-nın oğlan dostu Məlik Hüseynov (ad şərtidir) tərəfindən təcavüzə uğradığı deyilir.

M.Hüseynov onu bir müddət öncə çəkdirdikləri səmimi fotolarla hədələyib. A.Z.-nı əvvəlcə özü, sonra da istəmədiyi digər insanlarla münasibətə girməyə məcbur etdiyi qeyd olunur.

Bildirilir ki, qızı zorlayan və hadisəni lentə alan iki nəfərin ailəsi imkanlı olduqlarından işi ört-basdır etməyə çalışırlar.

Meydan TV məsələyə münasibət öyrənmək üçün A.Z.,nın ailəsi ilə əlaqə saxlayıb. Yaxınları belə bir olayın olduğunu təsdiqləyiblər. Sadəcə, bu barədə danışmaq istəmirlər:

“Danışmaq çox çətindir. Hazırda ailə kənddən çıxıb, şəhərə gediblər. Məsələ çox böyüsə, onları hazırda qaldıqları yerdən də çıxaracaqlar. Olay elə asanlıqla üstü örtüləcək bir şey deyil. Günahkarlar cəzalarını çəkəcəklər. Sadəcə siz çox getməyin üstünə, şişməsin, böyüməsin. Xahiş edirəm, çox qurdalamayın”.

Xəbər 1665 dəfə oxunub.



25.08.2019  10:23 

Faiq Ağayev konsert verdi

25.08.2019  10:08 

Şəkidə yanğın davam edir

24.08.2019  17:18 

Ronaldo bina satın aldı

24.08.2019  11:09 

Yenə atəşkəs pozuldu

24.08.2019  10:32 

Şəkidə 200 ha sahə yandı

24.08.2019  10:04 

Xəzərdə zəlzələ

24.08.2019  09:57 

Ərdoğan Rusiyaya səfər edəcək

23.08.2019  18:11 

Evdən 14 min pul oğurladı

23.08.2019  17:54 

Suraxanıda 50 şam ağacı yandı

23.08.2019  15:11 

Südçülük Sovxozunda bıçaqlanma

23.08.2019  13:11 

Sabah 40 dərəcə isti olacaq

23.08.2019  12:58 

“Mercedes” qaçırdı, tutuldu

23.08.2019  12:09 

Sürücülərin diqqətinə

23.08.2019  11:21 

İranda 13 alpinist itkin düşüb


BÜTÜN XƏBƏRLƏR +