“Quş qripi“ ilə bağlı monitorinqlərə başlanılır
Metronun iş saatı uzadıldı - Sərnişinlərin nəzərinə!
Bakıda evdən çürümüş meyit tapılıb
Zidan “Liverpul”a sataşdı
Bu yollarda məhdudiyyət olacaq
Bakıda və rayonlarda yağış yağacaq
“Qarabağ”ın şikayəti təmin edildi
Sürücülərin diqqətinə!
Kanadada təyyarə qəzası, 3 ölü
Rasionunuzda həmişə olmalı 3 super məhsul


11.03.2017  12:54 

İsmayıllıdakı partlayışın təfərrüatı məlum oldu





A+  A-

Ötən gün axşam saatlarında İsmayıllı şəhərindəki mərkəzi bazarda yerləşən çayxanada törədilən partlayış əl qumbarasının işə salınması nəticəsində baş verib.
XəzərNews.az-ın APA-ya istinadən xəbərinə görə, iki nəfərin yaralandığı partlayışın bəzi təfərrüatları məlum olub. İsmayıllı şəhər sakini 1969-cu il təvəllüdlü Kazımov Zakir Əhməd oğlunun bazar ərazisinə hərbi təlim qumbarası gətirib, oradakı insanlara hədə-qorxu gəldiyi barədə İsmayıllı rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarından ibarət əməliyyat qrupu əraziyə gedib və üzərində partlayıcı qurğu olan şəxsi zərərsizləşdirməyə çalışıb. Polis əməkdaşları Zakir Kazımova yaxınlaşan zaman o, əlindəki qumbaranı çayxananın qarşısında yük arabasının altına ataraq qaçıb. Əl qumbarası böyük partlayışa səbəb olub, geyim mağazalarının və çayxananın şüşələri sınıb.

Hadisə zamanı bazarda heç kim olmadığı üçün daha böyük faciə baş verməyib və insan tələfatı olmayıb. Çayxanada olan 3 nəfərdən ikisi - rayonun Günəşli qəsəbə sakini, 1986-cı il təvəllüdlü Məlikov Səfa Fikrət oğlu və Yuxarıbaş kənd sakini, 1994-cü il təvəllüdlü Heydərli Asiman Əhməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisəni törədən Zakir Kazımovun əvvəllər məhkumluq həyatı yaşadığı bildirilir. O, saxlanılaraq istintaqa təhvil verilib.

Hazırda onun əl qumbarasını haradan alması və bazara nə üçün gətirməsinin səbəbi araşdırılır.

Xəbər 1604 dəfə oxunub.



12.12.2019  17:34 

Məzənnə eynidir

12.12.2019  14:46 

Zidan “Liverpul”a sataşdı

12.12.2019  14:05 

Bu yollarda məhdudiyyət olacaq

12.12.2019  09:42 

Sürücülərin diqqətinə!

12.12.2019  09:37 

Kanadada təyyarə qəzası, 3 ölü


BÜTÜN XƏBƏRLƏR +