200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


07.03.2017  20:26 

“Bu axşam Almaniyaya gedirəm” - Mövlud Çavuşoğlu





A+  A-

“Bu gün Hamburq şəhərinə gedirəm. Bu axşam vətəndaşlarımızla görüşəcəyəm. Bu görüşə heç kim mane ola bilməz və olmamalıdır. Demokratiyanın şərti də elə budur”.
XəzərNews.az-ın “Milliyet”ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Almaniyada toplantısının ləğvi ilə bağlı xəbəri şərh edərkən bildirib.

“Bu gün Almaniyada bizim toplantını keçirəcəyimiz məkanın sahibinə əvvəl polisin, daha sonra da kəşfiyyatın “ləğv et” deyə təzyiq göstərməsi, salon sahibinin bu əmrə tabe olmamasından sonra iş yerinin lisenziyasının ləğv olunması qəbul ediləcək hərəkət deyil. Bu, insan haqqlarına uyğun deyil. Türkiyə Cumhuriyyətinin XİN rəhbəri və digər nazirlərin tədbirlərini ləğv etmək üçün sistemli şəkildə çalışırlar. Bütün bunlara baxmayaraq bu gün Hamburqa gedirəm. Sabah isə dostum, həmkarım Siqmar Qabriel ilə görüşəcəyəm. Biz Almaniya da daxil olmaqla digər dövlətlərlə münasibətləırimizin pis olmağını istəmirik. Lakin bizə qarşı düşmən münasibət bəsləyənlərə də lazımi qarşılığı verəcəyik, bunun altında qalmarıq”, -deyə M. Çavuşoğlu söyləyib.

Xatırladaq ki, martın 2-dən etibarən Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ, iqtisadiyyat naziri Nihat Zeybəkçi, keçmiş enerji və təbii qaynaqlar naziri Taner Yıldız, eləcə də Xarici işlər naziri Mövlud Çavuşoğlunun Almaniyadakı toplantıları ləğv olunub.

Xəbər 4140 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +