“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


07.03.2017  14:37 

Uşaqların internetdən istifadəsinə MƏHDUDİYYƏT QOYULACAQ





A+  A-


“Bu məhdudiyyətlərdən ikisini edib birini eləməsələr, boşluq yaranacaq”
“Bu gün telefonla da internetdən istifadə etmək olur. Valideyn yeni telefon alanda başa düşməlidir ki, uşaq bundan düzgün istifadə etməyə də bilər”

Ölkəmizdə internet klublarda uşaqlar üçün xüsusi kompüterlərin ayrılması və buna əməl etməyən klub rəhbərlərinin inzibati məsuliyyətə cəlb edilməsi təklif edilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov bildirib ki, bu məsələ komitə tərəfindən uşaqların internetdə qarşılaşacağı zərərli informasiyalardan qorunması məqsədi ilə yeni hazırlanmış "Uşaqların sağlamlığı və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında” qanun layihəsinə daxil edilib. Onun sözlərinə görə, layihədə internet klublarında uşaqlar üçün ayrıca guşənin yaradılması məsələsi öz əksini tapıb:

"Layihəyə görə, hər bir internet klubda 2 kompüter olmaq şərtilə, süzgəcdən keçirilmiş kompüterlər olmalıdır. İnternet klubda internetdən istifadə etmək istəyən uşaqlar həmin kompüterlərdə əyləşdirilməlidir. Buna nəzarət edəcək qurum tərəfindən mütəmadi olaraq, monitorinqlər həyata keçiriləcək. Monitorinq zamanı internet klubda uşağın süzgəcdən keçirilmiş kompüterdə deyil, digər kompüterdə əyləşdiyi aşkarlanarsa, onda klub rəhbərliyinin məsuliyyətə cəlb edilməsi nəzərdə tutulub”.

Evdə uşaqların internetdən istifadəsinə valideyn tərəfindən nəzarət edilməsini vacib sayan S.Məmmədov əlavə edib ki, "Telekommunikasiya haqqında” qanuna əsasən, uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması üçün abunəçinin müraciəti əsasında internet informasiya ehtiyatlarının təhlükəsiz istifadə imkanları təmin edilir:

"Yəni abunəçi internet götürdüyü provayderə evinə süzgəcdən keçirilmiş internetin daxil olması üçün
müraciət edir. Bununla da uşaqların sağlamlığına ziyan vura bilən hər hansı saytların açılmasına qadağa qoyulur. Abunəçi provayderlə müqavilə bağlayarkən bu məsələni tələb edə və bu cür formada da internet ala bilər”.

S.Məmmədov qeyd edib ki, "Uşaqların sağlamlığı və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında” qanun layihəsi artıq müvafiq qurumlarla razılaşdırılıb. Hazırda layihəyə hökumət tərəfindən baxılır. Layihənin tezliklə Milli Məclisə təqdim edilməsi nəzərdə tutulur.

Qanun layihəsinin düzgün istiqamətdə olduğunu deyən psixoloq Azad İsazadə internet kafelərdə müəyyən məhdudiyyətlərin qoyulmasının vacib olduğunu bildirib.

Psixoloqun sözlərinə görə, uşaqlar evdə, göz qabağında olduğu üçün valideynlər rahat olur. Lakin evdə olsalar da, onlar istər kompüter, istərsə də telefon vasitəsilə yüzlərlə saytın mənfi təsirinə məruz qala bilərlər: "İnternet zamanına qədər valideyn uşağına görə evdən kənarda olduğu üçün narahat idi. Küçədə pis təsir altına düşməsin deyə uşaqlara nəzarət edilirdi ki, o kimlərlə oynayır, nə işlə məşğul olur və hara gedir. Valideyn uşağın kompüter qabağında nə qədər vaxt keçirdiyi və nə ilə maraqlandığına nəzarət etməlidir. Kimin evində kompüter və internet yoxdur, ya da o adamlar evdə nəzarəti ciddi aparır, onda uşaq internet kafelərə qaçacaq və orda kompüter əldə edəcək. İnternet kafelərdə yaş, saat və sayt kimi məhdudiyyətlər olmalıdır. Lakin bu məhdudiyyətlərdən ikisini edib birini eləməsələr, boşluq yaranacaq və uşaqlar yenə də ya evdə, ya da çöldə internetə girəcəklər. Bu gün telefonla da internetdən istifadə etmək olur. Valideyn yeni telefon alanda başa düşməlidir ki, uşaq bundan düzgün istifadə etməyə də bilər. Bunun üçün də cəmiyyət və valideyn olaraq nəzarətlərin olması mütləqdir”.

(sherg.az)

Xəbər 2426 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +