“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


07.03.2017  12:52 

Mikayıl Cabbarov niyə susur?





A+  A-

Orta məktəbdə oxuyanda biologiya müəllimimiz danışmışdı ki, bir qurbağanın üzərində təcrübə aparmaq üçün onun ayağına iynə batırırlar, hər dəfə qurbağa ayağını çəkir, bunu o qədər təkrarlayırlar ki, artıq qurbağa hissiyyatını itirir və ayağını çəkmir.
Bilmirəm, bu hadisə nə dərəcədə düzgündü, bildiyim odu ki, indi biz cəmiyyət olaraq o qurbağanın vəziyyətindəyik. Ağrı hissimizi itirmişik. Heç nəyə reaksiya verə bilmirik, heç balalarımızın gələcəyi olan təhsilə də.

Bu yazıda söhbət ictimaiyyətdə artıq xeyli narazılığa səbəb olmuş “məktəblinin dostu” layihəsindən gedəcək. Yadınıza salaq ki, bu barədə mətbuatda xeyli tənqidi, analitik yazı getdi, layihənin absurdluğu elmi əsaslarla təsdiq olundu, istinad üçün deyək ki, miq.az saytının, Azər Həsrətin, Limunət Əmrahlının səsləndirdiyi xeyli tutarlı dəlillər var ortalıqda. Əgər bu layihə bir eksperiment olaraq ictimaiyyətin dəstəyinə ehtiyac duyursa, müzakirəsinə verilibsə, etirazlara niyə cavab verilmir, niyə biri qabağa çıxıb cəmiyyətə ağlabatan bir arqument açıqlamır? Niyə? Çünki o arqument yoxdu, cənablar, sinif otağında dərs deyən, boğaz cıran müəllimlərin maaşının iki misli dəhlizdə boş-bekar gəzişən, işinin adı bəlli olmayan hansısa uniformalılara verilirsə, buna nə arqument, görünən kəndə nə bələdçi?

Milləti hazırlamaq üçün hərdən televiziya verilişlərində ortalığa atdığınız səbəblərə, internetdə yerləşdirdiyiniz videoçarxlara bişmiş toyuğun da gülməyi gəlir. Bugünlərdə İctimai televiziyada 166 saylı məktəbin müəllimi lap gül vurdu, bəyan elədi ki, əvvəllər şagirdlər öz sevgililəri haqda müəllimlərə heç nə deyə bilmirdi, bu “dost”lara isə asanlıqla danışa bilirlər…

Hazırda Bakının 30 məktəbinin hərəsində beş-altı nəfərdən hesablasaq, ən azı 150 nəfərdən çox olan bu adamlara dövlətin büdcəsindən bu qədər pul nə məqsədlə ayrılır, şagirdlər sevgilərini danışsın deyəmi?
Anlayırıq, iş yerini itirməmək xatirinə müəllimlərdən bir-ikisini tapıb istədiyinizi dedirdirsiniz. Ən azı susdurursunuz.

Amma adi vətəndaş olaraq, valideyn olaraq biz susmayacağıq.
Bu ölkənin neftində gözümüz yox, hardan gəldi, hara getdi – soruşmuruq.
Torpaqlarda gözümüz yox, qaytarsaz da sağ olun, qaytarmasaz da.
Vəzifədə gözümüz yox, halal xoşunuz olsun!

Amma və lakin… əfəndilər, bəylər, ağalar, cənablar, təcrübə sahəsinə çevirdiyiniz o məktəblərdə bizim balalarımız oxyur, onların gələcəyini, onların əxlaqını öz absurd təcrübələrinizə, gecə yuxuda görüb gündüz həyata keçirdiyiniz layihələrinizə qurban verə bilməzsiniz. Bizim balalarımızı öz müəllimlərinin üzünə durmağa məcbur edə bilməzsiniz. Bu xalqın genində müəllimə hörmət əxlaqı var.

Siz susduqca biz yazacağıq, soruşacağıq, hətta tələb edəcəyik. Öz mənasız eksperimentinizi həyata keçirəcəyinizə bu saymazyana inam hardandı?

Soruşuruq: heç bir pedaqoji təhsili və təcrübəsi olmayan, təhsil və təlim üzrə heç bir nailiyyətə imza atmayan, heç bir dərs vəsaiti, monoqrafiyası avanqardizmə aid olmayan, “taxçadan düşüb tapp eləyən, Azərbaycan təhsilini hopp eləyən” bu Rüstəm Əliyev kimdi axı? “Müstəqil Azərbaycanın Uşinskisi-Makarenkosu” postu hansı xidmətlərinə görə və nədən bu adama tapşırılıb?

“Pavlikmorozovçuluq” nəzəriyyəsinə – satqınlığın milli doktrinasını hazırladığına görə bu mərhəmət nərədən? …Bəlkə biz də bir jurnalist qrupu ayırıb məktəblərə gedək, müəllimlərin dostu olaraq? Onların əslində nə qədər narazı olduğunu sizə sübut edək və ən əsası, bəlkə nəhayət, anlayaq ki, bu layihənin əsl məqsədi nədi, təkcə büdcədən pul çırpışdırmaq, yoxsa müəllimlərə qurulmuş gizli tələ?

Ulu Sabirin təbirincə desək, “mən hələ dörddə birin yazmayıram”, mən hələ yazmıram ki, artıq bir neçə məktəbdə insidentlər yaşanıb, “dost”larla şagirdlər əlbəyaxa olub. Görməzlikdən gəlin görək, sizin kövrək eksperimentiniz nə qədər davam gətirəcək?

Və həm ümumi, həm də xüsusi olaraq soruşaq: ASAN xidmət, öz könüllülərinizin hansı mənsəbə qulluq etdiklərini bilirsinizmi, yoxsa sizi də bizi kimi mənasız bir nəzəriyyə ilə aldadıblar?

Mikayıl Cabbarov, sizə səslənirik, bəlkə eşidəsiniz? Bəlkə layihəbazlarınıza bir “durun” deyəsiniz? Müəllimlə şagird arasına məsləyi bəlli olmayan bu kadrlar niyə soxulub? Doğrudanmı, təhsil tarixində bu absurd layihəyə havadarlıq edən nazir olaraq qalmaq fikrindəsiniz?

Aydın Canıyev

Xəbər 6956 dəfə oxunub.




15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +