ABŞ və İran girovları dəyişdi
Şahin Mustafayevə yeni vəzifə verildi
Daha iki partiya seçkilərə qatılır
Bakıda avtobus sürücüsü sərnişini döydü
Meksikada partlayış - 4 ölü, 10 yaralı
Ən bahalı Yeni il yolkası quraşdırıldı
Veteranın pensiyasını peçenye ilə ödədilər
Azərbaycanda nigah qurmağın yaşı artıb
Abşeronda orta məktəbdə bıçaqlanma
İraqda nümayişçilər güllələndi


06.03.2017  23:22 

FHN-dən icazə alınmayacaq





A+  A-

Bakıda Novruz bayramı ilə əlaqədar qurulan bayram yarmarkaları üçün nəzərdə tutulan çadırlar üçün Fövqəladə Hallar Nazirliyindən icazə alınmayacaq.
XəzərNews.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Bakı Şəhər İcra hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov bildirib.

Qurum rəsmisi bildirib ki, əsasən metro stansiyalarının qarşısında qurulan çadırlar üçün əlaqədar qurumlarla razılaşdırmaya ehtiyac yoxdur: "Çünki həmin çadırlar elektrik enerjisi ilə təmin edilməyəcək. Yeni il yarmarkalarında havalar soyuq idi, ona görə də həmin çadırların elektrik enerjisi ilə təmin edilməsinə ehtiyac var idi. Amma Novruz çadırları üçün buna ehtiyac yoxdur. Ona görə də, çadırların qurulması üçün Fövqəladə Hallar Nazirliyindən texniki şərt almağa ehtiyac yoxdur. Bakı şəhər İcra hakimiyyətinin razılığı və təşkilatçılığı ilə yarmarka çadırlarının quraşdırılmasına başlanılıb. Artıq paytaxtda 10-a yaxın ərazidə belə çadırlar qurulub. Hazırda metronun "Elmlər Akademiyası", "Gənclik", "Nəriman Nərimanov", "28 may", "Neftçilər" və digər stansiyaların qarşısında çadırlar artıq quraşdırılıb. Ehtiyac olan halda digər ərazilərdə də bayram çadırları quraşdırılacaq".

Ə.Bağırov bildirib ki, bayram çadırlarında məhsulların satış qiymətləri bazar qiymətindən ucuz olacaq.

Xəbər 1483 dəfə oxunub.




07.12.2019  21:58 

ABŞ və İran girovları dəyişdi

06.12.2019  21:54 

Yevda Abramov vəfat etdi

06.12.2019  18:34 

Gələn həftə üçün məzənnə

06.12.2019  14:29 

Sabaha yağış, qar gözlənilir


BÜTÜN XƏBƏRLƏR +