Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
İlham Əliyev Banqladeşin Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb
“Çin Azərbaycanın mühüm ticarət tərəfdaşıdır“


06.03.2017  17:44 

İcra başçısının Vidadi Zeynalovu xilas planı - Əli Abbasov hədəfdə





A+  A-

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri olmuş Vidadi Zeynalov yaxın vaxtlarda azadlığa buraxıla bilər.
XəzərNews.az bildirir ki, BakiPost.az daxil olan məlumata görə, o, dövlətə vurduğu ziyanı tam şəkildə ödəmək, sonra da sabiq nazir Əli Abbasovun üzünə durub, cinayətləri onun tapşırığı ilə törətdiyini deməklə məhbəsdən qurtulmağa çalışacaq. Buna görə də, yaxın adamları sabiq aparat rəhbərinin mənimsədiyi pulların geri qaytarılması üçün əmlaklarını satışa çıxarıblar. Bu işlərə V.Zeynalovun bacısı əri, Kürdəmirin icra başçısı Ceyhun Cəfərov, yaxın qohumu BŞİH-nin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə rəhbərlik edən Rəfail Mehrəliyev, Bakı Şəhər İcra Hakimiyyətinin məsul işçisi "Tender kralı” kimi tanınan Ramazan Məmmədov rəhbərlik edir. Onlar V.Zeynalovun həbs qoyulmayan (öz adına olmayan) obyektləri, villaları ilə yanaşı öz mülklərini də tez bir zamanda satıb məsələni həll etməyə çalışırlar.

Belə obyektlərdən bir də Yasamal rayonu, "Qələbə dairəsi” adlanan yerin yaxınlığındakı hələ tikintisi başa çatmamış 6 mərtəbəli binadır. Məlumata görə, Rafael Mehrəliyevə məxsus bu bina dəyərindən xeyli ucuz qiymətə satılır.

V.Zeynalovun yaxın adamlarının belə təşvişə düşməsinin səbəbi onlarının özlərinin də vəzifələrini itirə bilmək qorxusudur. Bildirilir ki, Zeynalovun tez bir zamanda həbsdən çıxmasında vəzifədə olan yaxın adamları daha çox maraqlıdır. Onlar hesab edir ki, V.Zeynalovun günahları boynundan atması və sabiq naziri qurban verməsi onların gələcək taleyini həll edir. Bəlli olduğu kimi Zeynalovun həbs edilməsi onun bir çox yaxın adamlarının vəzifəsini itirməsinə, hətta bəzilərinin ölkədən qaçmasına səbəb olub. Yeznəsi, Kürdəmirin icra başçısı Ceyhun Cəfərov, yaxın qohumu BŞİH-nin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə rəhbərlik edən Rəfail Mehrəliyevin isə görəvdən alınması gündəmə gəlib. Buna görə də, onlar bütün imkanlarını səfərbər edib keçmiş aparat rəhbərini "təmizə çıxarmağa” çalışırlar. Hesab edirlər ki, o hər hansı bir şəkildə həbsdən qurtula bilsə, geniş əlaqələrinin hesabına, heç olmasa yaxın adamlarının reputasiyasını qoruya biləcək, onların vəzifədə qalmasını təmin edəcək.

Məlumat üçün bildirək ki, Vidadi Zeynalov fevralın 22-də məhkəmədə dəyən ziyanı ödəməyə hazır olduğunu bildirib.

Vidadi Zeynalov və yaxınlarının adına olan 67 əmlakın üzərinə həbs qoyulub. İstintaq zamanı aparılan qiymətləndirməyə görə, həmin əmlakların ümumi dəyəri 43 milyon manatdan çoxdur.

Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər cəmi 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər.

Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.

Təqsirləndirilən şəxslər mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və başqa əməllərdə suçlanır.

Xəbər 2554 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı

28.03.2024  10:53 

Eldar Əfəndiyev vəfat edib

28.03.2024  09:44 

Bu rayonlarda qaz olmayacaq

28.03.2024  09:03 

Peruda zəlzələ olub

28.03.2024  01:25 

Oleq Babuyev vəfat edib

28.03.2024  00:05 

Namiq Abbasov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +