İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


06.03.2017  10:57 

Allah rüşvət almır





A+  A-

İŞİD-çilər düşünürlər ki, amerikalı jurnalistin başını kəsməklə İslam dininə xidmət edirlər. “Hizbullah”, “Müsəlman qardaşları”, “Əl-Qaida” üzvləri də bu cür fikirləşirlər. Buna görə də Parisdə, Amsterdamda, Nyu Yorkda insanlar çarşablı qadın, əmmaməli kişi görəndə həmin ərazidən sürətlə uzaqlaşmağa çalışırlar.
İslam sülh, sevgi, dostluq dinidir. İslamda baş kəsməyə, qan tökməyə, zorakılığa yer yoxdur. Allahın verdiyi canı almaq İslamın fəlsəfəsinə ziddir. Amma 1400 ildən çoxdur ki, bunları bəşəriyyətə anlatmağa çətinlik çəkirik. Əsas səbəb odur ki, İslamın mahiyyətini, fəlsəfəsini çox vaxt biz özümüz də düzgün qavraya bilmirik. Din xadimlərimiz bəzən ortaya ziddiyyətli mövqe qoyurlar. Ərəbistanda yaşayan dinşünasla İrandakı İslam aliminin mövqeyi tez-tez haçalanır. Bəzi din xadimlərimiz fərqinə varmadan İslam dünyasına “ayı xidməti” göstərirlər.

Ötən gün TRT-də Türkiyənin tanınmış din xadimlərindən olan Mustafa Akgülün çıxışını izlədim. Mustafa bəy canlı yayında bir tamaşaçının cənnətlə bağlı sualını belə cavablandırdı: “Cənnətə düşən insanlar bütün nemətlərin dadına baxa biləcəklər. Hətta şərab da içəcəklər. Amma nə qədər içsələr də, həmin şərab onları sərxoş etməyəcək”.

Ətrafımda namaz qılan, oruc tutan, digər dini ayinləri vaxtlı-vaxtında yertinə yetirən çoxlu sayda insan var. Onlar Allah rızası üçün ibadət edirlər. Bu adamların heç biri cənnətə düşüb doyunca şərab içməyi ağıllarının ucundan belə keçirmirlər. Əksinə, onlar qumardan, şərabdan digər pis vərdişlərdən uzaq qalmaq üçün ibadət edirlər.

Din xadimləri tərəfindən bu cür təbliğat aparıldığının dəfələrlə şahidi olmuşam: oruc tut, naçmaz qıl ki, Allah da səni cənnətlə mükafatlandırsın. Cənnətdə hurilər başına dolanacaq...

Yaradan özü günahımdan keçsin, bu, Allaha rüşvət vermək cəhdidir. Allah-Təalanın bizim qıldığımız namaza, tutduğumuz oruca ehtiyacı yoxdur. Biz mənəvi zənginliyə qovuşmaq, paklanmaq, özümüzü pis əməllərdən sığortalamaq üçün ibadət edirik. Namaz qılmağımız, oruc tutmağımız, digər dini ayinləri vaxtlı-vaxtanda yerinə yetirməyimiz üçün çoxlu sayda səbəb var. Yüz milyardlarla potensial namizədin arasından bizi seçdiyi üçün ömrümüzün sonuna kimi Allaha minnətdar olmalıyıq. Allah-Təala bizə düşünməyə ağıl, eşitməyə qulaq, görməyə göz, yeriməyə ayaq verib. Allah canlılar arasında yalnız insanı qüsursuz yaradıb. Bütün bunlar Ona sığınmağımız üçün kifayət etmirmi?

Müasir insan dərin biliyə, geniş dünyagörüşə malikdir. İndi heç kimi rüşvət verib cənnətə düşməyin mümkünlüyünə inandırmaz olmaz. Çünki ən cahil insan da başa düşür ki, Allah rüşvət almır.

Bir qədər də açıq danışmaq istəyirəm: əgər kimsə bir tuluq şərab üçün Allaha ibadət edəcəksə, həmin insan dinsiz olsa yaxşıdır...

Seymur Verdizadə

Xəbər 6480 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +