Azərbaycanda 5 yeni lisey yaradıldı
Azərbaycanda zəlzələ oldu
Azərbaycanda işin başlama vaxtı dəyişə bilər
Həftəsonu imtahanlar olacaq? - Açıqlama
Təhsil Nazirliyinə 2 milyon manat ayrıldı
Mehman ona dəstək olanlara təşəkkür etdi
Bu gündən hava soyuyacaq
DYP cərimələrlə bağlı müraciət yaydı
“Ailə inkişaf planı” hazırlanacaq
Tramp Nyu-Yorka qoşun yeritməyə çağırdı


04.03.2017  15:05 

Novruz Məmmədov: “Qırğızıstanın addımı başa düşülən deyil“





A+  A-

"İqtisadi əməkdaşlıq Təşkilatının Sammitində qəbul edilən qətnamədə əsas məsələ ölkələrin özlərinin iqtisadi inkişafını daha yüksəyə qaldırması üçün mühüm addımların atılması və ölkələri narahat edən müəyyən məsələlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli məsələsi ortaya qoyulub".
Bu sözləri Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N. Məmmədov bildirib ki, bu qərar layihəsində Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqe idi.

"Bununla bağlı üzv dövlət səs verdilər. Təəssüf ki, Qırğızıstan tərəfi nəyəsə görə bunun siyasi məsələ olduğunu əsas gətirib, qətnaməyə qoşulmadı. Bu bizi təəccübləndirdi. Bu qədər işlər, ölkələrin qarşıya qoyduğu vəzifələr qarşısında bu addımın atılması başa düşülən deyil. Biz həmişə bu ölkə ilə əməkdaşlıq edirik və edəcəyik. Müəyyən məsələlərdə yardımlarımız da olub. Bu qətnamədə qeyri-adi heçə yoxdur. BMT-nin tələb etdiyi prinsiplərdir. Qətnamədə ölkələrin ərazi bütövlüyü, suverenliyi və münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli məsələsi qoyulub. İndiki dövrdə dövlət başçıları müdrik və uzaqgörən olmalıdır. Azərbaycan prezidentinin Brüsseldə görüşlərdə də qeyd olundu ki, təəssüf ki, indiki zamanda yaxşı dövlət rəhbəri məsələsi defisitə çevrilib. Həqiqətən də dünyada müdrik dövlət başçısı problemi var. İndiki mürəkkəb şəraitdə, gərginlikdə heç bir dövlət müəyyən problemlərdən sığortalana bilməz. Bunu nəzərə alıb müdrik və uzaqgörən olmaq lazımdır", - deyə PA rəsmisi vurğulayıb.

(apa.az)

Xəbər 1743 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.06.2020  09:06 

Azərbaycanda zəlzələ oldu

03.06.2020  15:42 

Bu gündən hava soyuyacaq

03.06.2020  10:27 

Məktəbli çayda boğularaq öldü

03.06.2020  10:15 

Neftin qiyməti 40 dolları ötdü


BÜTÜN XƏBƏRLƏR +