Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


04.03.2017  13:31 

Şəhid anası İcra Hakimiyyətindən kömək istəyir, səsinə səs verənsə yoxdur





A+  A-

Hələ oğu Əlzamin İslamov əsgərlikdə olanda Hürnisə Kərimova müvafiq orqanlara məktub yazaraq bildirir ki, onun yeganə oğlundan başqa övladı yoxdur, və tək oğlunu ön cəbhəyə göndərməsinlər... Tanışı, imkanı olmadığından başqa yola əl ata bilmir. Rəsmi qurumlardan anaya cavab gəlir ki, arxayın olun, məktubunuz nəzərə alınacaq. Aprel döyüşləri başlayanda , tənha qadın şəhid olanlar və yaralananlar üçün göz yaşı töksə də, oğlu üçün narahat olmur. Çünki inanır ki, ona söz veriblər, deyiblər ki, ön cəbhəyə göndərilməyəcək oğlu.
Aprelin 6-da isə yeganə oğlu Əlizamin İslamov şəhid olur.

O ananın indi hansı gündə olmasını onun halını görənlər bilər. Dörd divar arasında tənha qalıb. İşləmir. Oğlu ilə birlikdə tikməyə başladığı evi yarımçıq qalıb. 8 aydır ki, Sabunçu Rayon İcra Hakimiyyətinin qapılarını döyməkdən, barmaqları qabar olub. Qeydiyyatda olduğu, sakini olduğu Zabrat kənd bələdiyyəsindən də gəlib evinin divarlarını qara sementlə malalayıb, gediblər... Sonra səs-soraq olmayıb.

Vaxtilə bu evi tikəndə bir dəfə həyətinə buldozer salıb, tənha və kimsəsiz qadının evini başına uçurublar, sonra yenə də öz haqqını tələb edib, həmin Tramvay küçəsindəki torpağına sahib çıxıb. Hürnisə Kərimovanın evinin hasarı, qapı-pəncərəsi də yoxdur.
Lakin bu rayonun səlahiyyətliləri niyə bu qadına belə laqeyddirlər? Bu Allahın da yadından çıxmış Zabratın Tramvay küçəsindəki bərbad yolları yəqin ki, ərazinin deputatı Dilarə Çəbrayılova özünə səs toplayanda bahalı maşınla bir dəfə də olsa gəlib-gedib. O da öz deputat səlahiyyətləri çərçivəsində bir şəhid anası ilə maraqlanmağa vaxt tapmır. Çünki ana deyir ki, deputata da öz dərdini bildirib.

Sabunçu rayonunun özünə xaniman quran, bir neçə yerdə obyektləri olan rayon icra başçısı və digər büdcə təşkilatından faydalananları ... 1 həftədə özünüzə xərclədiyinizin yarısını bu qadına yardım etsəydiniz, yarımçıq qalan evinin tikintisini başa çıxarsaydınız, yəqin ki, onun bacısının oğlu Şahrux Mirzəyev sosial şəbəkədən insanlara müraciət etməzdi... Xalası Hürnisənin ah-naləsini evdən çölə çıxarmazdı.

Bəlkə də içərinizdə fikirləşəni olacaq ki, oğlu ölüb, qanpulu davası edir... Bəli elə adamlar var ki, onlar övladları şəhid olandan sonra dünya malından əl çəkirlər. Heç şəhidlərə verilən imtiyazlardan istifadə etmirlər. Ancaq əli hər yerdən üzülən, yeganə oğlunu Vətənin azadlıq savaşında itirən ana Konstitusiya və şəhid anası, dövlətimizin ona verdiyi haqqdan və hüquqdan yararlanmaq istəyir. Bu dövlətə güvənmək, arxalanmaq istəyir.

Niyə unudursunuz? Nəyi unudursunuz? Unutumusunzsa bir daha Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin “Aprel döyüşləri bizim şanlı qələbəmizdir”-deyə ifadə etdiyi fikri xatırladıram: “Azərbaycan övladları öz doğma torpağını müdafiə edirlər, Vətən uğrunda vuruşurlar, şəhid olurlar. Bütün şəhidlərimizin xatirəsi bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaq”.

Aşağıdakı fikirləri isə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva şəhid və aprel döyüşçülərinin anaları və doğmaları ilə olan görüşündə söyləmişdi:
“Biz bütün qəhrəman şəhid və yaralılarımızla fəxr edirik. Sizə də təşəkkür edirik ki, belə vətənpərvər və qəhrəman övladlar yetişdirmisiniz.
Əziz analar, mən bir ana kimi sizin qarşınızda baş əyirəm. Siz elə övladlar böyütmüsünüz ki, bu gün bütün xalq onlarla fəxr edir. Əlbəttə, heç bir ana istəməz ki, müharibə olsun, övladlarımız gənc yaşında dünyalarını dəyişsin.
Azərbaycan xalqı üçün hər bir əsgərimiz dəyərlidir və əzizdir. Dünyanın ən böyük sərvəti olan ömrünü Vətən naminə qurban verən hər bir övladımız Azərbaycanın tarixində qəhrəman kimi yaşayacaq. Bu günlər bütün xalqımız ordumuza dəstək verir”.

Ölkəmizin prezidenti, vitse-prezidentinin şəhid ailələrinə, Azərbaycan vətəndaşına qayğısı göz önündədir. Bəs siz məmurlar, kreslo güdənlər, mandat sevənlər, nədən dövlətin qarşınıza qoyduğu tələbləri yerinə yetirmək istəmirsiniz? Aprel döyüşlərində şəhid tabutları başında Müdafiə Nazirliyinin polkovniki Abdulla Qurbaninin odlu şeirlərini və digər dövlət nümayəndəələrinin “Şəhidlər ölməz, onların xatirəsi bizim üçün əzizdir. Onlar şəhid oldular ki, Vətən yaşasın” kimi şüarlarınizı və odlu çııxışlarınızı nə tez unutdunuz? Sizin üçün torpağın üzü soyuq ola bilər, ancaq o şəhid ailələri və anaları hər birinizin unutmadığı ünvanlar və aulələr olmalıdır. O anaların əlini öpməlisiniz. Çünki şəhid olan sizin deyil, onların övladı oldu. Daha çox onlar itirdilər. Biz hamımız o ailələrə borcluyuq!!!

(modern.az)

Xəbər 8399 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +