“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


04.03.2017  12:07 

Bakıda ailə qarşıdurması - Ata oğlunu qaçırdı





A+  A-

Martın 2-də 4 nəfər naməlum şəxs qadının evinə basqın edib 4 yaşlı oğlunun əl-qolunu bağlayıb aparıblar. Hadisə Binəqədi rayonunda baş verib.
Övladı oğurlanan Könül Ərsoy bildirib ki, həmin gün təxminən saat 19 radələrində birlikdə yaşadığı qardaşı Seymur işdən gələndən sonra bu hadisə baş verib: “Seymur evə girən kimi arxasınca tanımadığımız 4 nəfər basqın edib üstümüzə cumdu. Seymuru vurub yıxdılar, sonra da döyməyə başladılar. Oğlum Eldarı da tutdular, uşaq ağladı, mən qollarından yapışıb nə qədər özümə tərəf çəksəm də, heç nə edə bilmədim. Keçmiş yoldaşım Babək Ərsoy da onlardan arxada dayanmışdı, sonra o da içəri girdi. Uşağı yarıçılpaq vəziyyətdə götürüb apardılar.

Mən iki il əvvəl yoldaşımdan boşanmışam. Məhkəmə qərarı ilə uşağı atası ilə görüşdürdüm, o, Eldarı aparıb 8 ay özündə saxladı, məndən gizlətdi. Sonra yenidən məhkəmə vasitəsilə geri aldım”.

K.Ərsoy deyib ki, məsələ ilə bağlı polisə müraciət ediblər, araşdırma aparılır.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

(qafqazinfo.az)

Xəbər 2376 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +