Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


02.03.2017  21:47 

Yeni nazir Ziya Məmmədovun fəaliyyətini yoxlamağa başladı





A+  A-

Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildikdən sonra qurumun fəaliyyəti yoxlanılır. Belə yoxlamalardan biri də keçmiş Nəqliyyat Nazirliyinə tabe Dövlət Avtomobil Nəqliyyatı Xidmətində və Bakı Beynəlxalq Avtovağzalında da aparılıb.
XəzərNews.az modern.az-a istinadən xəbər verir ki, bu günlərdə Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə keçmiş Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətində olub.

Etibarlı mənbə bildirir ki, nazir xidmətin fəaliyyət istiqamətləri ilə bağlı detallı hesabat tələb edib. Hətta artıq xidmətin bütün qurumlarında öz adamlarını da yerləşdirib.

Əldə etdiyimiz məlumata görə dünən R.Quluzadə Bakı Beynəlxalq Avtovağzalında da olub. Yeni nazir avtovağzalın bütün ərazisini gəzib. Avtobuslar, sərnişindaşıma və xidmət sahələri ilə bağlı nöqsanları görən nazir çatışmazlıqları tənqid edib.

Bildirilir ki, R.Quluzadə cavabdeh şəxslər qarşısında şərt qoyub: ya sərnişindaşımada keyfiyyətli xidmət, səliqə-səhman yaradılmalıdır, ya da işinin öhtəsindən gələ bilməyənlər vəzifələri ilə vidalaşmalıdır.
Məlumata görə, bu tipli yoxlamalar keçmiş Nəqliyyat Nazirliyinə tabe diğər qurumlarda da aparılacaq.

Xəbər 4307 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +