Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


02.03.2017  13:37 

Bələdiyyələrlə bağlı qanun dəyişdirilir





A+  A-

Azərbaycanda “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik edilir.
XəzərNews.az xəbər verir ki, bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında məsələ müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, bələdiyyələr hüquqi və fiziki şəxslərin yerli vergilər və ödənişlərlə bağlı borcları barədə onların müraciəti əsasında, 1 gündən gec olmayaraq arayış verməlidirlər. Xatırladaq ki, hazırda bu müddət 5 gündür.

Bələdiyyə büdcəsinin icrasına, o cümlədən sərf edilən vəsaitlə yerli əhalini tanış etmək məqsədilə məlumatları xüsusi lövhələrdə yerləşdirəcək.
Bununla bağlı “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanuna dəyişiklik edilməsi təklif edilib.
Qanuna görə, yerli büdcənin icrasına, o cümlədən sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğuna bələdiyyə nəzarət edir və bu məqsədlə müstəqil auditorları cəlb edir.
Layihəyə əsasən, yerli əhalini tanış etmək məqsədilə auditin nəticələri onların bələdiyyəyə təqdim edildiyi gündən 1 ay müddətinə bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdiriləcək.
Layihə parlamentin plenar iclasına tövsiyə olunub.

Xəbər 4968 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +