Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


01.03.2017  15:48 

Bakıda xəstənin gözü çıxarıldı - Ruhi Dispanserdə





A+  A-

Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserində müalicə alan xəstələrdən birinin gözü çıxarılıb.
XəzərNews.az xəbər verir ki, bu haqda Ailem.az-a xəsarət almış xəstə 51 yaşlı Mürvət Səfərovun qardaşı Allahverdi Səfərov şikayət edib.

Allahverdi Səfərov bildirib ki, qardaşı artıq neçə ildir idarəolunmaz vəziyyətdə olduğundan ruhi dispanserdə müalicə alır. Hadisə isə fevralın 26-da səhər saat 10.00 radələrində baş verib: “Qardaşımın sol gözünə xəsarət yetirərək çıxarıblar. Hadisənin kim tərəfindən törədildiyini dəqiq bilmirik. Bir müddət əvvəl isə qabırğası sınmışdı”.

A.Səfərov əlavə edib ki, qardaşı Zərifə Əliyeva adına Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda əməliyyat olunub: “Xəstəxanadan çıxandan sonra güman ki, qardaşımı yenidən həmin dispanserə qaytarmalı olacağıq. Çünki evdə baxılası durumda deyil. Amma artıq daha da narahatıq. Bu hadisə qardaşımın və digər xəstələrin tam təhlükəsiz şəraitdə olduqlarını şübhə altına alır”.

Maştağa 1 saylı Ruhi Əsəb Dispanserinin baş həkim müavini Sevinc Cəmilqızı bildirib ki, hadisə M.Səfərovun otaq yoldaşı tərəfindən törədilib: “Bazar günü M.Səfərovun otaq yoldaşı psixi durumu ilə əlaqədar ona əl qaldırıb. Əl qaldırarkən xəstə göz nahiyəsindən xəsarət alıb. M.Səfərova köməklik göstərilib, lazımı tədbirlər görülüb. Xəstə Z.Əliyeva adına Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda gözündən cərrahi əməliyyat olunub. Həkimlə də əlaqə saxlamışam və bildirilib ki, xəstənin görməsi bərpa olunub, durumu qənaətbəxşdir. Vəziyyəti yaxşı olduqdan sonra yenidən mərkəzimizə gətirəcəyik”.

Baş həkimin müavini deyib ki, hadisə ilə bağlı akt da tərtib olunub və aktda qeyd edilib ki, bu fəsad xəstələr arasında münaqişə olan zaman yaranıb: “Hadisə xəstə oyanıq vəziyyətdə ikən bir saniyənin içində olub. Xəsarət yetirən xəstə oyanıq durumda olub. Oyanıq durumda olan xəstəni heç 10 nəfər belə, saxlaya bilmir. Hərdən elə olur ki, verdiyimiz dərmanlar xəstəyə təsir etmir. Həmin vaxt xəstənin əynində xüsusi geyimi də olmayıb. Elə onu geyindirərkən anidən o biri xəstəyə yumruq atıb. Şikayət edən hər bir valideyn buranın ruhi dispanser olduğunu və xəstələrin durumunu da nəzərə almalıdır. Heç bir həkim istəməz ki, xəstəsinə nəsə olsun”.

S.Cəmilqızı qeyd edib ki, 1 saylı Ruhi Əsəb Dispanserində hazırda 2 min 242 xəstə qeydiyyatdadır. Xəstələrin vəziyyətindən asılı olaraq bir otaqda 1, 2, yaxud 7-8 nəfər birlikdə saxlanılır.

Xəbər 2539 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”


BÜTÜN XƏBƏRLƏR +