“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


28.02.2017  11:17 

“Məmurlar bizə cavab vermir“ - Millət vəkili





A+  A-

Millət vəkili Adil Əliyev lent.az-a müsahibə verib.
XəzərNews.az onunla müsahibəni təqdim edir:

- Adil bəy, 10 ildən çoxdur deputatsınız. Buna qədər isə uzun müddət polis işləmisiniz, rəis vəzifəsinə qədər yüksəlmisiniz. Özünüzü deputat kimi necə hiss edirsiniz?

- Deputatlıq çox məsuliyyətli ictimai vəzifədir. Deputatlar arasında o qədər vicdanlı, məsuliyyətli, çalışqan adamlar var ki, onlardan geri qalmamaq üçün durmadan işləməli, xidmət eləməlisən. Mən də uzun illərdi məhz buna çalışıram. Biz həmişə daha çox işləməyə məcburuq. Çünki bacarmırsansa, seçkilərə getməməlisən. Burda heç kim heç kimi məcburi saxlamır. Xalqdan qiymət almaq üçün də ancaq onun mövqeyini qorumalı, işləməlisən.

2005-ci ildə mən deputat seçiləndə bir səsin də uğrunda mübarizə aparırdım. Adamları bir səsdən ötrü maşınla evlərindən məntəqəyə gətirirdim. Hər bir tanışımın tanışından istifadə elədim və yekunda seçildim.

- Deputatlıq müddətinizdə səslərini aldığınız seçicilərə nə verə bilirsiniz?

- Seçicilərimin mənə aid olan müraciətlərini həll eləməyə çalışıram. Sizə deyim ki, mənə müraciət edənlər daha çox səs verməyən, seçkiyə getməyənlərdir. Çalışıram, o adamların hamısına kömək edim. Dairəmdə hardasa 3 min ailə mütəmadi nəzarətimdədir. Seçicilərimə nə verdiyimi daha çox onlar özləri deyə bilər. Təbii ki, hamını razı salmaq olmur. Bəzən məmurlar telefonlarımıza, sorğularımıza cavab vermir, ancaq problemi onlara rəsmi sorğu ilə çatdırıram.

- Deyirsiniz, sizə müraciət edənlərin çoxu səs verməyənlərdir. Nədən bilirsiniz, soruşursunuz?

- Soruşuram. Əksəriyyətini isə tanıyıram. Mən öz dairəmdə uzun müddət bölmə rəisi işləmişəm və sakinlərin xeylisini tanıyıram. Soruşandan sonra da məlum olur ki, çoxları, ümumiyyətlə, seçkiyə getməyən şəxslərdi. İnsanlarımıza seçki mədəniyyəti, seçki vərdişi aşılamağa ehtiyac var. Bəziləri elə bilir ki, seçkiyə getməməklə qəhrəmanlıq eləyir. Seçkiyə getmədin, çox pis, sənin bülletenindən istifadə etməyə şərait yaradırsan. Sən get seçkiyə, öz bülletenindən istifadə elə, lap heç kimin xeyrinə səs vermə, amma münasibətini bildir.

- Gördüyünüz işləri sadaladınız. Bəs yaxşı, camaata niyə elə gəlir ki, deputatlar işləmir?

- Camaat elə bilir ki, deputat parlamentdə oturan kimi istədiyi qanunu qəbul eləyəcək, bütün sosial problemlərin həllinə nail olacaq. Adamlar deputatdan onun səlahiyyətində olmayan məsələlərin də həllini gözləyirlər. Ona görə də bəzilərinə elə gəlir ki, deputatlar işləmir. Amma elə şey yoxdu. Hətta bəzən öz seçicisi ilə az görüşən deputat beynəlxalq təşkilatlarda, parlamentlərarası dostluq qruplarında ciddi işlər görürlər.

- Ancaq qazın qiyməti bahalaşanda da Adil Əliyev parlamentdə bundan danışmır. Seçici də onu müdafiə eləməli olan Adil Əliyevin danışmadığını görüb ondan narazılıq edir.

- Düz deyirsiniz. Ancaq siz elə bilməyin ki, orda oturan millət vəkillərinin hamısı ağzına su alıb oturub. Sadəcə, eyni sözü 10 nəfərin deməyinin mənası yoxdur. Onda gərək 125 nəfər axşama kimi iclası eyni məsələyə sərf edək. Bir-iki nəfər eyni məsələyə münasibət bildirirsə, bu kifayət edir.

- Parlamentdə diskussiya aparmaq olar, sizcə?

- Yox, olmaz. Diskussiyanı komitələrdə aparıla bilər. Parlament diskussiya yeri deyil ki... Komitələrdə də kifayət qədər diskussiya olur. İstənilən qanun layihəsi komitədə geniş müzakirə olunur, mütəxəssislər dəvət edilir. Bəzi qanun layihələri bir neçə komitənin birgə iclasında müzakirə olunur. Parlament iclasında isə buna münasibət bildirilir.

- Adil bəy, sizcə, bölmə rəisi Adil Əliyev Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, general Məhərrəm Əliyevin qardaşı olmasaydı, 2005-ci ildə deputat seçilə bilərdi?

- Onu deyə bilməyəcəyəm. Amma dəqiq bildiyim odu ki, indiyə kimi Məhərrəm Əliyevin qazandığı hörmətləri xərcləyirəm. O, mənim üçün bir örnəkdir. Məhərrəm Əliyev Heydər Əliyev məktəbi keçmiş insandır. Məhərrəm Əliyevi heç bir mal-mülk, rütbə, vəzifə yolundan döndərə bilməz. Çünki o, öz yoluna, Heydər Əliyev yoluna sadiq insandır. Onun qardaşı olmaq mənim üçün şərəfdir, qürurdur. Məhərrəm Əliyev mənə pul, mal-mülk yox, öz hörmətini qoyub. Mən sevinirəm ki, onun qardaşıyam. Məhərrəm Əliyevin qardaşı olmağın da mənə çox böyük köməyi olub. Çünki onun hörmətindən istifadə eləmişəm. Məhərrəm Əliyevin qardaşı kimi mən seçkidə daha çox işlədim. Hesab edirdim ki, Məhərrəm Əliyevin qardaşı uduza bilməz. Mən bu gün də onun adından istifadə eləyirəm. Üç dəfə deputat seçilmişəm, ancaq bu gün də hamı mənə Məhərrəm Əliyevin qardaşı deyir. Şükür olsun ki, onun qardaşıyam.

- "Milyonerlər məhəlləsi” də sizin dairədə yerləşir. Ordan da şikayətə gələn olur?

- "Milyonerlər məhəlləsi” milyonsuz milyonerlər məhəlləsidi. Orda yaşayanların çoxunun milyonları yoxdu. Orda birdən-birə oldu "Milyonerlər Məhəlləsi”. Çünki bəzi milyonerlər orda ev tikməyə başladı və qiymətlər bahalaşdı. Ancaq ordan seçkiyə heç 20 faiz də gəlmir. Çünki ordakıların əksəriyyətinin başqa yerdə də evi var. Bilirsiniz ki, ordakıların əksəriyyəti əvvəl kasıb olub, bu gün milyonçudular. Kasıb vaxtı Əhmədlidə, Yasamalda 2-3 otaqlı evdə yaşayıb, qeydiyyatı orda olub. Bu gün isə "Milyonerlər Məhəlləsi”ndə evi var. Sağlıqlarına qismət. Heç kimin malında-mülkündə gözüm yoxdu.

- Ən yüksək vəzifəli, ən məşhur seçiciniz kimdir?

- Seçicilərim arasında nazir, nazir müavinləri, komitə sədrləri, xalq artistləri var.

- Adətən bizim deputatlarla icra başçıları arasında qalmaqallar olması barədə eşidirik. Deputatı olduğunuz rayonun icra başçısı ilə münasibətiniz necədir?

- Abidin müəllimlə münasibətimiz çox yaxşıdır. 2005-ci ildə mən deputat seçiləndən bir neçə ay sonra o, Nərimanova başçı təyin edilib. Abidin müəllim gözəl insandır. Hələ mən bu günə qədər ondan seçicilərin hansısa bir qayğısı üçün "yox” dediyini eşitməmişəm.

- Bayaq dediniz ki, seçicilərinizin çoxsaylı müraciəti olur. Əsas müraciətlər nədir, nədən şikayət edirlər?

- Son zamanlar əsasən işlə bağlı müraciətlər olur. İnsanlara iş deyirsən, deyir, mənlik deyil. Soruşursan, nə bacarırsan, deyir, hər şey. "Gəl burda sürücü işlə, "yox onu bacarmıram”. Peşəsi olmayan insanların iş tapması çətindir.

- Özünüz haqqında gəzən söhbətləri yəqin ki eşitmisiniz. Misalçün, "Gənclik" metrosu ətrafında çoxlu obyektlərinizin olduğu deyilir. Siz seçicilərinizə hesabat verə bilərsinizmi ki, Adil Əliyevin deputat seçilməzdən əvvəl nəyi var idi, indi nəyi var. Doğrudan da "Gənclik”dəki o obyektlər sizindimi?

- 2005-ci ilə qədər Adil Əliyevin əlində olanların bu gün bəlkə də yarısı qalıb. Adil Əliyev əlindən pul keçən məmur deyil, insanlar şübhəylə yanaşsın ki, o puldan 5 manat özünə götürüb, kimisə işə düzəldib, kimisə vəzifəyə qoyub pul qazanıb. Bu şeyləri mənə heç vaxt yapışdıra bilməyəcəklər deyə, alnım həmişə açıqdı. Ancaq Adil Əliyev də insandı, yaxşı təhsili, dostları var. Ətrafımda böyük pullar qazanmaq imkanı olan insanlar da var. Hərdən zəng edirlər ki, filan obyekt sənindi?! Deyirəm, vallah. Mənim deyil. Deyirlər, qardaşınındı, deyirəm, vallah, qardaşımın da deyil. Bəlkə də belə söhbətlərin yaranmasında özümüzün də günahı var. Bəzən hansısa dostumuzu incidirlər, deyirəm, get de ki, bura Adil Əliyevindi, gəlib səni incitməsinlər. Ona görə də bəzən belə söhbətlər çıxır. Ancaq deyilənlərin cəmi bir faizi bizim olsa, sevinərik. Yeri gəlmişkən, "Gənclik" metrosu ətrafında 3-4 "xeyir-şər" evi tikilib, 15-ə qədəri isə təmir etdirilib. Bunlar mən deputat olandan sonra həmin ərazidə tikilib, təmir olunub və heç bir təmənnasız xidmət göstərir. Onları da mənim "obyektlərim" sırasına qata bilərlər.

- Belə başa düşdüm, deputat seçilənə qədər bölmə rəisi kimi çox yaxşı qazanmısınız.

- Yox, mən bölmə rəisi kimi qazanmamışam. 2005-ci ildə də, Məhərrəm Əliyev işdən çıxanda da bizim hörmətli olmağımızın səbəbi o idi ki, biz polisdə işləyəndə heç vaxt buradan pul qazanmamışıq. Polisdə işləyəndə böyük pullar da qazanmaq mümkün deyildi. Qazanan tək-tük adam olub. Hamısı da ilişib. Kiminsə haqqına girmək, malını-dövlətini əlindən almaq və s. kimi insaniyyətdən uzaq işlər görənlər də "yanıblar”. Bu gün bir nəfər, çox yox, bircə nəfər çıxıb desə ki, Adil Əliyev polis olanda ona pul vermişəm, pul alıb işə düzəldib və ya məni tutub, pul alıb buraxıb və s., mən həmin adamdan yox, bütün Azərbaycan xalqından üzr istəyərəm. Məhərrəm Əliyev hətta hansısa icra başçısından 6 sot torpaq alıb ev tikməyə də qoymayıb bizi. Məhərrəm Əliyev buna imkan verməyib. Mənə evi dövlət verib. Hərbçi kimi 1992-ci ildə dövlətdən ev almışam.

Məhərrəm Əliyev imkan verməyib ki, biz gedək nəsə orda bir hərəkət eləyək, kimdənsə qazanaq və s. Mən qıraqda iki nəfər iş görən adamı bir-biriylə əlaqələndirmişəm, Rusiya ilə Azərbaycan arasında işlər görülüb, belə pul qazanmışam. Mənim işlərim bu olub, etiraf edirəm.

- Məhərrəm Əliyevin də, sizin də adətən media ilə münasibətləri normal olub. Belə bir ailə ənənəsi və ya planmı var ki, media ilə münasibətləri normal saxlamaq, qorumaq lazımdır və s.?

- Biz, bizə yaxınlaşan hamıya xoş münasibət göstərmişik. Fərqi yoxdu, o adam media təmsilçisidi və ya başqa peşə ilə məşğuldu. İnsanların dərdinə onların peşəsinə görə yox, insaniyyətinə görə şərik olmuşuq. Bir də görürsən, yazırlar ki, filankəs Məhərrəm Əliyevin adamıdı. Məhərrəm Əliyevin adamı dayısı oğlu, əmisi oğlu, başqa bir qohumu ola bilər. Axı tanımadığımız biri necə Məhərrəm Əliyevin adamı ola bilər?!

Mən bir dəfə bir media qurumunun yaranmasına kömək eləmişəm. O da böyük səhvim olub. Onun da peşmanlığını yaşadım. Media çox ağır sahədir. Kənardan asan görünürdü. Sonra gördüm, çox söz-söhbət yaranır, düşmən sayı çoxaldı. Dostluq elədiyim adamlar incidi. Gördüm ki, bu, artıq mənə xeyirdən çox ziyan vurur. Ondan sonra da media ilə birbaşa əlaqəmi kəsdim. Ancaq bu sahədə çoxlu dostlarım var.

- "Reket” jurnalistlər çox incidir sizi?

- O qədər incidirdilər ki məni... Feysbuk bu işdə mənə çox kömək edir. Mövqeyimi yazıram, kimsə zəng edəndə də, deyirəm, ora yazmışam, buyurun, istifadə edin. O qədər bezdirmişdilər ki, mətbuat adı gələndə qorxurdum. O adamların jurnalistikadan xəbəri yoxdu, ümumiyyətlə.

- Axırıncı dəfə hansı kitabı oxumusunuz?

- Qış məzuniyyətində iki kitab oxumuşam. Rövşən Abdullaoğlunun "Bu şəhərdə kimsə yoxdur” və dostumuz Varis Yolçuyevin "Bir ovuc torpaq” əsərlərini. Çalışıram, kim kitab versə, hörmət əlamət olaraq oxuyum.

- Sizin deputatlıqdan əlavə bir də federasiya prezidenti kimliyiniz var. Kikboksinq sahəsində necədi vəziyyət?

- Bizim gördüyümüz işləri hər federasiya görmür. Cənab prezidenti də hər zaman tapşırır ki, federasiyalarda kütləvilik təmin olunsun. Çünki idmana gələn hər bir uşaq çempion olmayacaq, ancaq onların hər biri gələcəyin əsgəridi. Ona görə də mən də bütün gücümlə federasiyada kütləviliyin təmin edilməsinə çalışıram. Önəmli deyil ki, mənim idman növüm qeyri-olimpiya növüdür. Önəmli olan mənim səngərdə xidmət edən əsgərimin güclü olmağıdır. Buna nail olmuşuq. Çoxlu yarışlar keçiririk. Özüm də çalışıram, kənarda qalmayım, idmanla məşğul olum. Bu gün idman Azərbaycana lazımdır və inkişaf etməlidir. Cənab prezident də idmana çox gözəl qayğı göstərir. Ona görə də bu işlərlə sevə-sevə məşğul oluram və bunu özümə borc bilirəm.

- Federasiyanı saxlamağa ildə nə qədər xərciniz çıxır?

- Biz keçən il federasiyanı saxlamağa 300 min manat xərcləmişik. Bu pul federasiyanın idarə heyəti üzvləri arasında toplanır. Gənclər və İdman Nazirliyi bizə ildə 20 min manat pul ayırır.

- Mənə maraqlıdı, bu 300 min manatın nə qədərini Adil Əliyev verir?

- Bu rəqəmin təxminən 30 faizini mən verirəm. Bəzən bir yarışın bütün xərclərini, bəzən yarısını, bəzən 20 faizini qarşılayıram.

- Təxminən, 100 min manat federasiyanı saxlamağa sərf edirsiniz. Seçicilərinizə də hər bayramda mütəmadi kömək elədiyinizi deyirsiniz...

- Demək istəyirsiniz, hardan gəlir də bu pullar? Mən gözəl ideyalar verirəm, gözəl fikirlərim olur. Açığı, son illər maddi cəhətdən çox əziyyət çəkirəm. Amma mənim qazancım hansısa tenderdən və ya dövlət layihəsindən deyil. Bu günə qədər deputatı olduğum dairədə görülən işlərdə keçirilən tenderlərin heç birində iştirak etməmişəm. Mən yalnız ideyalar verməklə, dostlarıma müəyyən kömək etməklə pul qazanıram.

Xəbər 4521 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +