İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


28.02.2017  10:22 

Vasif Talıbov niyə vitse-prezident ola bilməz?





A+  A-

Azərbaycanda birinci vitse-prezidentin təyinatından sonra digər vitse-prezidentlərin də təyinatı maraqla gözlənilir. Novruz bayramına qədər bu təyinatların gerçəkləşəcəyi deyilir, prosesin aprelə qədər yubana biləcəyi ilə bağlı da fikirlər var. Vitse-prezidentlərin sayı ilə bağlı deyilənlər də birmənalı deyil. Kimisi üçə qədər vitse-prezidentin olacağını, kimisi də bundan artıq, 5-6 vitse-prezidentin olacağını deyir.
Bu məsələnin fonunda ötən həftə Azərbaycanın gündəmini qısa müddətdə zəbt edən Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov məsələsi də müzakirə edilməkdədir. Onun 23 fevralda vitse-prezident elan olunacağı və sonradan bu xəbərin dezinformasiya olmasının arxasında dayanan müəmmalar müzakirə mövzusudur. Bu xəbərin ona yaxın mənbələr tərəfindən mətbuata qəsdən ötürüldüyü barədə də fikirlər var, bu xəbərlə ona qarşı bəzi dairələrin kampaniyası hesab edənlər də.

XəzərNews.az bildirir ki, “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev “Yeni Müsavat”a açıqlamasında vitse-prezidentlərin təyinatı ilə bağlı gəzən söz-söhbətlər barədə bunları deyib: “Təyinatlar aprelə qədər uzana bilər. Novruza qədər də bu prosesin yekunlaşma ehtimalı az deyil. Apreldə strukturların formalaşdırılması, işçilərin işə götürülməsi və digər bu istiqamətdə işlər başlaya bilər. Martda elan edə bilərlər, amma strukturların formalaşdırılması prosesi apreldə başlaya bilər. 2 və ya 3 vitse-prezident ola bilər. Müəyyən sahələr üzrə təyinatlar olacaq. İqtisadi-sosial, eləcə də maliyyə üzrə postlar yaradıla bilər. Bir də ola bilsin ki, təhlükəsizlik üzrə vitse-prezident təyinatı olsun”.

“Turan”ın rəhbəri Vasif Talıbov müəmmasına da toxunub: “Burada iş orasındadır ki, o, Naxçıvan Ali Məclisinin sədridir. SSRİ dövründə avtomatik olaraq, o post Azərbaycan parlamenti sədrinin müavini idi. Buna görə də onun vitse-prezident olacağına inanmıram. Digər tərəfdən də, bu icraedici, o isə qanunverici hakimiyyətdir. Onun o vəzifədə qalması və paralel olaraq vitse-prezident olması mümkünsüz görünür. Vitse-prezident olması üçün Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər olunmalı idi. Bu yaxınlarda o dəyişikliklər oldu, lakin o maddə ora salınmadı. Bu isə o deməkdir ki, Vasif Talıbovun vitse-prezident olmaq şansı çox azdır. Onun yeri hakimiyyət üçün çox mühüm olan Naxçıvandadır. Lazımi vəzifələri orada icra edir. Mətbuatın bu məsələdə elə də təsiri yoxdur. Bu baxımdan, onun adının mətbuatda hallanması adının üstündən xətt çəkilməsi anlamına gəlməməlidir. Məncə, bu məsələ gündəmdə də deyildi. Sadəcə, kimsə bunu ortaya atdı. Bu xəbərlərin onun işinə istənilən istiqamətdən təsiri ola bilməz. Bizdə prezidentin hakimiyyəti var və onun bu cür xəbərlərlə hakimiyyətə təzyiq etdiyini deyənlər yanılırlar. Belə çıxır ki, dövlət başçısına təzyiq edir? Bu da mümkünsüz görünür. Çünki o, sadiq bir məmurdur. Fəaliyyəti ilə bunu sübut edib, üstəlik, yaxşı icraçıdır”.

Xəbər 6089 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +