Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


28.02.2017  10:12 

BMT-nin baş katibi Ermənistan və Azərbaycana çağırış etdi





A+  A-

BMT-nin baş katibi Antoniu Quterriş Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsindən narahatdır, həmçinin tərəfləri atəşkəs rejiminə əməl etməyə və yubatmadan konkret danışıqları bərpa etməyə çağırıb.
XəzərNews.az xəbər verir ki, bunu bazar ertəsi jurnalistlərə baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
"Biz bu yaxınlarda təmas xətti boyunca toqquşmaların baş verməsi barədə xəbərlərdən narahatıq", - deyə o bildirib və qeyd edib ki, BMT-nin baş katibi vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması və gərginliyin təhlükəli həddən aşağı salınmasına çalışan ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk qrupu həmsədrlərinin (Rusiya, Fransa və ABŞ) səylərini tam olaraq dəstəkləyir.
Düjarrikin sözlərinə görə, ümumdünya təşkilatının inzibati rəhbəri tərəfləri atəşkəsə xələl gətirə biləcək istənilən hərəkətdən çəkinməyə və yubatmadan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yönəlmiş konkret danışıqları bərpa etməyə çağırıb.

Xəbər 4137 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +