İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


25.02.2017  21:37 

Həbsdə olan “Vəhşi” ləqəbli idmançımız Xocalı soyqırmının ildönümündə ermənini belə məğlub etmişdi – VİDEO





A+  A-

“Bu adam bir adamın 15 ilə edə bimədiyini bir saata etmişdir” – Bu sözləri onun haqqında mərhum prezidentimiz Heydər Əliyev 2002-ci ildə əlini Azad Məmmədovun çiyninə qoyaraq demişdi.
(Ermənin kürəyini dəfələrlə yerə vuran Azərbaycan idmançısı 8 ildir həbsdə yatır…)
XəzərNews.az bildirir ki, BDU-nun Beynəlxalq Münasibətlər fakültəsinin həm bakalavr, həm də magistr təhsilini alan Azad Məmmədov qaydasız döyüş üzrə Avropa çempionatının gümüş mükafatçısıdır. Sambo üzrə Beynəlxalq dərəcəli idman ustasıdır. O, Avstriya, Yuqoslaviya, Fransa, Braziliya, Yunanıstan ölkələrində qaydasız döyüş üzrə ən güclü rəqiblərə qalib gələrək Azərbaycan Bayrağını yüksəkliklərə qaldırmışdır. Lakin o, özünü heç zaman döyüşçü kimi saymayıb. “Nə qədər ki, vətənimin bir hissəsi erməni işğalçılarının əlindədir, nə qədər ki, qız gəlinlərimiz əsirlikdədir, mən özümü nəinki döyüşçü, heç vətəndaş hesab etmirəm”, -deyirdi Azad Məmmədov. .
Azadın ən maraqlı döyüşü 2013-cü ilin fevralın 26-da, Moskvada baş tutub. “Xocalı soyqırımı” günündə həmyerlimizin rəqibi erməni atleti Sergey Qravesyan olub. Döyüşdən qabaq erməni lobbisi Azərbaycan diasporunun nümayəndələrinə təsir edib ki, uduzan tərəf öz ölkəsinin bayrağını təslim etsin. Əlbəttə, ermənilərin loğvalanmasına haqq qazandırmaq olardı. Çünki, Qravesyan həm boyda, həm də çəkidə Azaddan xeyli üstün idi. Həm də erməni döyüşçülərinin içində “vəhşi” ləqəbli ilə tanınırdı. Ancaq onu bilmirdilər ki, Qarabağ müharibəsinin iştirakçısı olan, odun alovun içindən keçmiş Azada intiqam almaq üçün necə gözəl şans vermişdilər.
Döyüş başlayandan 2-3 dəqiqə sonra Azad rəqibinin qolunu sındıraraq onu yerə çırpır. Erməni ilə döyüşdəki olan qələbəyə görə bütün uğurlarını qurban verməyə hazır olan Azad Məmmədov imic yarışında qalib gəlir və düşmənin bayrağını ayaqları altında salaraq, sanki bununla Xocalı qisasını alır. Düşmənə bundan böyük zərbə ola bilməzdi. Sonra ermənilər nə qədər dil tökürsə də, Azad bayrağı geri vermir. Erməni tərəf ona 120 min dollar və bir maşın təklif edərək, bayrağın geri qaytarılmasını istəsələr də, igid döyüşçümüz buna heç cür razı olmur və ola da bilməzdi. Çünki Azad əsl türk cəngavəri, türk oğludur.
-Mən bir döyüşçü kimi yox, Azərbaycan xalqının əsgəri kimi öyünürəm. Uduzan əsgər kimi yox, qalib əsgər kimi olmaq istəyirəm və çox istərdim ki, Xankəndimə bayraq sancam. Bu mənim ən böyük arzumdur. Mən üzümü xalqıma, cənab Prezidentimizə tutaraq deyirəm, bizə inanın, biz gənclərə şans verin, vətənimizin qısasını düşməndən alaq. Biz gənclər bunu bacarırıq.
Bəli, bu qaydasız döyüş üzrə Avropa çempionu Azad Məmmədovun Avropa ölkələrində və eləcə də Moskvada erməni rəqibinə qalib gəldikdən sonra teleməkanında söylədiyi fikirlərdi. O, Azərbaycan adını, vətən bayrağını daim yüksəkliklərə qaldıraraq, vətənə qalib kimi qayıtmış, xalqın sevimli gənci kimi daim əzizlənmişdir. Xalq onu sevir və azadlığını tələb edir. Onun kimi oğullar indi tək-tək yetişir. O, Mübarizlərimizin biri, bəlkə birincisidir. Hər yerdə vətən adını uca tutan belə igid döyüşçümüzün həbsdə yatması onu sevənlər üçün xalqımız üçün bağışlanmazdır.
Öhdəsində bir qoca, xəstə anası, üç körpəsi neçə illərdi onun yolunu səbirsizliklə gözləyirlər. Ata nəvazişindən uzaq olan, onun yolunu hər an həsrətlə gözləyən üç igid balası nədən sınıq böyüsünlər. Buna kim haqq verib? Onu da deyək ki, igid döyüşçümüzə 10 il həbs verilib. Onun 8 ilini çəkib. Artıq iki ili qalıb. Məgər onun iki ili Azərbaycanımız üçün, doğma vətəni üçün elədikırinə bağışlana bilməzmi?! Axı, bu insan cinayətkar deyil, sadəcə şərin və böhtanın qurbanıdır.
Elə başa düşürük ki, belə igid ərənimizin haqqının müdafiəsinə qalxan olacaq, tezliklə Azad Məmmədov azadlığa buraxılacaq.!
Biz Azərbaycanımızın Prezidenti cənab İlham Əliyevə inanırıq. Ona görə ki, o, idmançıları çox sevir. Rəhmətlik atası, mərhum Heydər Əliyev cəsur idmançı Azad Məmmədov haqqında ən layiqli sözü söyləmişdir. Bu söz onun azadlığına açılan pəncərə olsun!!!



Xəbər 7432 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +