DİM elan verdi
Cəbhədə silah səsləri susmadı
Azərbaycanda kişi həkimlərin sayı azalıb
Qanunsuz ov edənlər saxlanıldı
Lukaşenko yenidən prezident olmaq istəyir
Gürcüstan müxalifəti aksiyalara başladı
Azərbaycan yığmasında növbəti itki
Fransada 264 “sarı jiletli” saxlanıldı
Ərdoğan AKP-dəki yerini ona verəcək - İddia
İlk iş günü hava necə olacaq?


25.02.2017  19:53 

Cocuq Mərcanlıda iki ədəd raket gilizi tapıldı





A+  A-

Bu gün Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 14 ev və kəndə çəkilməsi nəzərdə tutulan avtomobil yoluna baxış keçirilib.
ANAMA-dan XəzərNews.az-a verilən məlumata görə, baxış nəticəsində 334 ədəd qəlpə, 2 ədəd 73 mm-lik OQ-9 raketinin gilizi aşkar edilib.

Məlumata əsasən, mina və partlamamış hərbi sursat aşkar edilməyib.

Nəticə etibarilə 77 165 kv.m ərazi (48 015 kv.m əl ilə, 14 700 kv.m mexaniki üsulla və 14 450 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

22 gün ərzində Cocuq Mərcanlıda 81 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 6 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843) və 1 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VL)) və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar olunaraq zərərsizləşdirilib, 616 224 kv.m ərazi (314 124 kv.m ərazi əl ilə, 136 500 kv.m ərazi mexaniki üsulla, 113 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı və 52 600 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılbl.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Ümumilikdə ANAMA tərəfindən 1 yanvar - 25 fevral 2017-ci il tarixlərində Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 85 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, dəniz və yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilmiş, 1 962 ədəd partlamamış hərbi sursat, 34 ədəd tank əleyhinə mina və 3 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 646 318 kv.m ərazi (344 218 kv.m ərazi əl ilə, 136 500 kv.m ərazi mexaniki üsulla, 113 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı və 52 600 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Xəbər 3308 dəfə oxunub.




18.11.2019  11:54 

DİM elan verdi

18.11.2019  10:45 

Cəbhədə silah səsləri susmadı

18.11.2019  09:27 

21 yaşlı məhkum özünü asdı

18.11.2019  08:41 

Qanunsuz ov edənlər saxlanıldı

17.11.2019  13:19 

İlk iş günü hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +