ABŞ Rusiya və Çinlə kosmik müharibəyə hazırlaşır
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
Arif Hacılı saxlanıldı
Lütvəli Babayev işdən çıxarıldı
Xətaiyə yeni başçı təyin edildi
Yasamalın icra başçısını vəzifəsindən azad edildi
Nazirlikdən şirkətin iddialarına cavab
Şirvan şəhərinə yeni icra başçısı təyin edildi
Metronun iki stansiyasının adları dəyişdiriləcək
Maqomayevin xanımı xəstəxanaya yerləşdirildi


25.02.2017  19:17 

“Ərazi itkilərimiz yoxdur” - Polkovnik Ramaldanov açıqladı





A+  A-

“Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı Azərbaycan ordusu tərəfindən alınıb, tərəfimizdən heç bir ərazi itkisi yoxdur”.
XəzərNews.az-ın məlumatına görə, bunu virtualaz.org-a polkovnik Şair Ramaldanov deyib.

Polkovnikin sözlərinə görə, hər iki tərəf canlı qüvvə itkisi verib.

Ramaldanov neytral zonada Azərbaycan əsgərlərinin meyitlərinin qalması barədə məlumatı təsdiqləyib.

“Həmin hərbçilər müəyyən qədər neytral zona daxilində yerləşən “önə çəkilmiş postlar”da xidmət edirdilər”, - ekspert bildirib.

“Keşikçi postları neytral ərazinin 100 metr dərinliyinə qədər məsafədə yerləşə bilər. Həmin əsgərlər erməni ordusunun zərbəsini ilk olaraq dəf ediblər və qəhrəmancasına vuruşublar. Hazırda həlak olanların meyitlərinin qaytarılması üçün operativ tədbirlər görülür. Beynəlxalq Qırmızı Xaç Komitəsi baş verənlərlə bağlı xəbərdar edilib. Problem bundan ibarətdir ki, erməni tərəfi snayperlərini ön cəbhəyə çəkib. Buna görə də, həlak olmuş əsgərlərin meyitlərini itkisiz götürmək çətindir”, - o qeyd edib.

Ramaldanov məlumat verib ki, ötən gecə ermənilərin hücumu, güman ki, əvvəllər aparılmış atışmaların davamı olub və qarşı tərəfin kəşfiyyat-diversiya qruplarının hərəkəti ilə bağlıdır.

“Onlar müxtəlif istiqamətlərdə, o cümlədən Xocavənd istiqamətində Azərbaycan ordusunun mövqelərində zəif yerlər axtarıblar. Azərbaycan hərbçiləri əsl hərbi rəşadət göstərərək gərgin gecə döyüşündə layiqli cavab veriblər və düşməni əvvəlki mövqelərinə qayıtmağa məcbur ediblər”, - Ramaldanov deyib.

Hərbi mütəxəssisin sözlərinə görə, hazırda ermənilər qüvvələrini cəbhə xəttinə çəkirlər, tanklar ön xəttə toplanıb.

Ekspert qeyd edir ki, cəbhə xəttində kəskinləşmə Ermənistan hakimiyyəti tərəfindən yaradılıb və onlar əhalinin diqqətini daxili problemlərdən Qarabağdakı vəziyyətə yönəltməyə çalışırlar.

“Rəsmi Yerevan daim öz əhalisini inandırmağa çalışıb ki, ötən ilin aprel ayında itirilmiş əraziləri geri qaytaracaq. Lakin erməni ordusu bunu edə bilmir. Bizim ordumuz istənilən hərbi tapşırığı yerinə yetirməyə hazırdır”, - Ramaldanov vurğulayıb.

Xəbər 3307 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.11.2019  18:01 

Arif Hacılı sərbəst buraxıldı

12.11.2019  16:52 

Röya əməliyyat olundu

12.11.2019  15:54 

Uşaq baxçasına kimyəvi hücum

12.11.2019  15:23 

Arif Hacılı saxlanıldı

12.11.2019  09:17 

Atəşkəs snayperlərlə pozulub

12.11.2019  09:05 

15 yaşlı Niyazi itkin düşüb


BÜTÜN XƏBƏRLƏR +