Ermənistana məxsus daha bir PUA məhv edildi
Almaniya və Fransada rekord göstərici
Avqustda da 190 manat veriləcək
Yoluxanların sayı 150-dən aşağı düşdü
Bakı-Sumqayıt qatarı 3 aylıq bağlanır
Sabah 36 dərəcə isti olacaq
Putin 3 generalı istefaya göndərdi
Beyrutdakı partlayışda ölənlərin sayı artır
Dünən dənizdə 2 nəfər xilas edilib
Moskvada daha 13 nəfər koronavirusdan öldü


24.02.2017  16:03 

Həqiqətoğlunun HƏQİQƏTi - Kiyevdə pozulan sükut





A+  A-

Yenə gündəmdə Ukrayna... Və Azərbaycan diasporunun “fəalları”nın ermənibazlığı. Bir deyil, iki deyil, diaspor sədri elə, səfirliyimizin əməkdaşı belə...
Yeni səfir Azər Xudiyev səfarəti “erməni dostlarının” yuvasına çevirib. Sağında Aşotun dostu Rövşən Tağıyev, solunda Vilyam Asulyanın, Artyom Baqdasaryanın HƏQİQƏTİ...

Bu HƏQİQƏTlər fonunda NURa boyanan Qlibotcistkaya küçəsi 24...

Nə baş verir? Deyən yoxdur bəsdir, bəsdir...

Ukraynada yaşayan çoxminli azərbaycanlı Qlibotcistkaya küçəsi 24-dəki Azərbaycandan ümidlərini üzüblər. Nədən ki, o küçədə Azərbaycanın statuslu təmsilçisi Azər Xudiyev diplomatiyanın - inandırma, kompramis və zorla təhdid etmə prinsiplərindən ikisini unudub.

Orta əsrlərdə diplomatların maraqlı görəvləri olub. O həzrətlər üçün ən mühüm və əhəmiyyət kəsb edən xəbərlərin mənbəyi cəmiyyətin yuxarı təbəqələri sayılırdı. Bu məlumatlar möhtəşəm və əzəmətli qəbullarda, ballarda, qonaqlıqlarda əldə oluna bilərdi. Ona görə o zamanlar kart oynamaq, gözəl rəqs etmək, söhbət aparmaq, incə zarafat etmək, sarayın sirlərini daha asan açan qadınların diqqətini cəlb etmək və xoşlarına gələ bilmək qabiliyyətlərinə malik olmaq lazım idi. Elə buna görə də diplomatın xarici görünüşünə böyük fikir verilirdi.

Ədalət naminə Azər Xudiyev yaraşıqlıdır, hətta var olan gur saçlarını da Mithun Çakraborti kimi ortadan ayırır. Amma Xudiyev unudur ki, biz ORTA deyil, 21-ci əsr - internet əsrində yaşayırıq. Məsələn, Xarkovda içilən şərabın qoxusu Bakıda adamı məsti - xumar edir.

Görünür, Azər Xudiyev tanınmış İtaliya mütəfəkkiri, yazıçısı, siyasi xadimi, hətta bir müddət Florensiyada dövlət katibi vəzifəsində çalışan Nikolo Makiavellinin “Hökmdar” əsərini çox tez-tez mütaliyə edir. Nədən ki, cənab Xudiyevin faəliyyətində “makiavellizm”in nəzəri və praktiki əlamətlərini görməmək mümkün deyil.

Və çox güman ki, ölkənin Xarici İşlər Nazirliyi Kiyevdəki səfirlikdən bixəbərdir. Elmar Məmmədyarovun “konsuldan düzəltdiyi səfir” Kiyevdə sükutu pozub. Ara qarışıb, məzhəb itib. Kiminin dost, kiminin düşmən dəyirmanına ZAD elədiyi bilnmir.

Diasporla İş üzrə Dövlət Komitəsi bir qurum olaraq “zatən” güclə nəfəs alır. Ya bu gün, ya “yarın”, bu Komitənin Xarici İşlər Nazirliyinə birləşdiriləcəyi gözlənilir. Rövşən Tağıyev kimi adamlar da “situasiyanı zamanından bir az əvvəl” dəyərləndirərək Nazim İbrahimovun zorən “fəallaşdırdığı” diaspor sədri kimi indi ona deyil, səfir Azər Xudiyevə biət edir.

Azərbaycan cəmiyyəti isə bu kimi məsələlərdə yalnız sosial şəbəkə və media vasitəsi ilə “etiraz aktivliyi” nümayiş etdirir.

Amma nə fayda? HƏQİQƏTin oğulları öz şakərlərindən əl çəkmək istəmirlər.

Xarici kəşfiyyat necə işləyir və ümumiyyətlə işləyirmi? Əlbəttə, Eldar Mahmudov “erası”ndan sonra bu mühim dövlət qurumunun işləməmək şansı yoxdur. Yəqin ki, “cücəni payızda sayacaqlar”...

V.Məmmədov

Xəbər 3381 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

06.08.2020  17:39 

Avqustda da 190 manat veriləcək

06.08.2020  13:52 

Sabah 36 dərəcə isti olacaq

06.08.2020  11:43 

Neft 45 dollardan satılır

06.08.2020  10:06 

Bakıda binada yanğın olub

05.08.2020  15:39 

Təhsil Nazirliyi məlumat yaydı


BÜTÜN XƏBƏRLƏR +