“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


24.02.2017  15:35 

Qeysəriyyə əməliyyatı etdilər, həyatı məhv oldu - VİDEO





A+  A-

Hamiləlik boyu normal göstəricilər olsa da, doğuş vaxtı həkimlər gənc qadını qeysəriyyə əməliyyatına alıb.
XəzərNews.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, Respublika Kliniki Xəstəxanasında baş verən hadisələr elə qeysəriyyə əməliyyatından sonra yaranıb. 3 gün sonra evə buraxılandan sonra üstü qızarmağa başlayan yara partlayıb.

Təkrar xəstəxanaya qaytarılan 24 yaşlı ana yenidən əməliyyat olunub və uşaqlığı tamamilə götürülüb. Başqa sözlə, qadın bir daha ana ola bilməyəcək.

Problemlər bununla da yekunlaşmayıb. 2-ci əməliyyatdan sonra hərtərəfli müayinə olunan və səhhətində heç bir problem olmadığı deyilən gənc ana, evə gələndən sonra öd kisəsi fəaliyyətini dayandırıb və kəskin ağrılarla yenidən xəstəxanaya aparılıb.

Bu xəstəxanaya etibarı qalmayan ailə, qızlarını başqa birində müayinə etdirib və onda Hepatit C virusu da aşkarlanıb. Baxmayaraq ki, indiyədək heç bir simptomu müşahidə olunmayıb. Qadının anası virusun qeysəriyyə əməliyyatında yoluxduğunu deyir. Bir sözlə, gənc qadın körpəsinin sevincini yaşamadan şam kimi əriyir. Məsələ ilə bağlı qalmaqalın mərkəzindəki həkim Pərvanə Hüseynova ilə əlaqə saxladıq. O, normal doğuş göstərişinə baxmayaraq, qeysəriyyə əməliyyatı etməsini əsaslandırmağa çalışıb.

Ginekoloq Pərvanə Hüseynova evə buraxılandan sonra yaranın partlamasını da gənc qadının nadir xəstəliyi ilə əlaqələndirir.

Həkim xəstənin içində nəysə qalması və əməliyyatdan Hepatitin yoluxması iddialarını isə qəbul etmir. Onun sözlərinə görə, qadının öd kisəsində daşın olduğu əvvəldən məlum idi və sonradan sancılar verməsinin qeysəriyyə əməliyyatı ilə əlaqəsi yoxdur.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə də əlaqə saxladıq və qeyd olundu ki, xanımın problemi ilə şəxsən maraqlanacaqlar və məsələ araşdırılacaq.


Xəbər 3629 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +