Metro bağlı olacaq
Yanvarın 25-dən bu iş yerləri açılır
Salonlar açılır
SMS-icazə ləğv olunur
Xocavənd və Şuşada silah-sursat aşkarlandı
Minatəmizləmə Agentliyi yaradıldı
Niderland hökuməti istefa verdi
Ağdamın Qasımlı kəndindən - VİDEO
Yoluxanların sayı bu gün də azaldı
Bu fakültənin məzunları çətinliklə iş tapır


24.02.2017  14:25 

Valideynlər üçün yeni xərc yeri





A+  A-

2017-2018-ci tədris ilində tam orta məktəblərdə təmayülləşmə ilə bağlı həyata keçirilən tədbirlər bir neçə rayonda valideynlərin narazılığına səbəb olub. Belə ki, rayonlarda bir neçə məktəb11 illik tam orta təhsildən, 9 illik natamam orta təhsilə keçir. Bu səbəbdən şagirdlər təhsilini təmayülləşmə tətbiq olunan digər məktəblərdə davam etdirməlidir. Valideynlər də həmin məktəblərin həm uzaq, həm də yol xərci baxımından baha başa gəldiyini bildirib: “Övladımı 8 km uzaqdakı bir məktəbə göndərmək üçün gərək hər gün taksiyə 3 manat verim”.
Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, müxtəlif regionlarda təmayüllərin təşkili bütün məktəblərdə mümkün olmur. Orada məktəblərin imkanlarına uyğun olaraq təmayül siniflər tam komplektləşmir. Bu zaman bəzi rayonlarda təmayüllərin təşkili imkanı olan müəyyən məktəblərdə bu siniflər təşkil edilir. Təmayül mərkəzləri olacaq məktəblərin müəyyənləşdirilməsi zamanı məktəbin maddi-texniki bazası, infrastrukturu, təlim nəticələri, kadr potensialı ilə təminatı və müvafiq zona üzrə digər məktəblərə görə yerləşdiyi mövqe nəzərə alınır. Təmayül mərkəzlərinin müəyyən edilməsində diqqət edilən əsas amil həmin zona üzrə təhsilini təmayül siniflərində davam etdirəcək şagirdlərin maraqlarının təmin edilməsidir.

Təmayülləşmə nədir?

2011-ci ildən pilot layihə şəklində tam orta təhsilin təmayüllər üzrə təşkili məsələsi əvvəlcə Bakıda təşkil olunub və sonradan coğrafiyası genişlənib. Bu il Azərbaycanın 180-dan artıq məktəbində tam orta təhsilin təmayüllər üzrə təşkilinə start verilib. Təmayüllər dörd istiqamət (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət) üzrə təşkil olunub. Azərbaycan dili, ədəbiyyat, riyaziyyat və Azərbaycan tarixi fənləri bütün təmayülləşmədə tədris edilir.

XəzərNews.az bildirir ki, “Qafqazinfo” məsələ ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədovdan münasibət öyrənib.

Ekspert bildirib ki, regionlardakı təhsil müəssisələrinin rəhbərləri layihə haqqında qabaqcadan xəbərdar olduğundan bu müddət ərzində keyfiyyət və göstəricilərini yüksəltməyə çalışmalı idi:

“İlkin vaxtlarda təmayülləşmə Bakı şəhərindəki müəyyən məktəblərdə həyata keçirilirdi. 2015-2016-ci tədris ilindən etibarən isə məktəblərin sayı 50-yə qaldırıldı. Orta ümumtəhsil məktəbləri həmin illərdən bu layihədən xəbərdar idi. Yəni, məktəb rəhbərliyi bilirdi ki, bir neçə il ərzində təmayülləşmə bütün ölkə ərazisində tətbiq olunacaq. Odur ki, fəaliyyətə başlayaraq qəbul faizini, nəticələri yüksəltməyə çalışmalı idilər. Bu gün Azərbaycanda ümumi məktəblərin sayı 4481-dir. Onlardan 341 məktəb ibtidai, 813-ü orta, 3304-ü isə tam orta təhsil verir. Elə rayonlar var ki, orada Təhsil Şöbəsinin 11 illik təhsil üçün müəyyən etdiyi məktəblər hər il qəbul nəticəsi zəif, müəllim kontingenti aşağı, diaqnostik qiymətləndirmədə yaxşı nəticə göstərməyən məktəblərdir. Xüsusi qeyd edim ki, Təhsil Şöbələrinin orta məktəb seçməyə heç bir haqqı yoxdur. Onlar bütün məktəblərin siyahısını nazirliyə göndərəcəklər, nazirlik həmin məktəblərin son illər ərzindəki qəbul göstəricilərini, şagird tutumunu, yerləşdiyi ərazi və məktəb sayını əsas götürərək təmayülləşmə siniflərini həyata keçirəcək”.

Ekspert onu da qeyd edib ki, bu problem daha çox dağətəyi rayonlarda yaşanır:


“Statistikaya nəzər salsaq, Xaçmaz rayonunda 123 məktəb var. O məktəblərin 34-ü ibtidai, 33-ü 9 illik, 56-sı isə 11 illikdir. Burada şagirdlər pillələrlə müxtəlif məktəblərə gedir. Lerikdə də analoji hadisə müşahidə olunur. Vətəndaşların narahatlığı da çox doğrudur. Nefçala rayon Xıllı qəsəbəsi 1 nömrəli tam orta məktəbinin 9 illik olacağı ilə bağlı xəbər eşitmişəm. Təsəvvür edin, bu məktəb rayonun ən qədim təhsil ocağıdır. Bu məktəbin şagirdləri hər il olimpiadalarda ilk yerləri tuturlar. Fizika, riyaziyyat üzrə məktəbin nəticələri rayonun, hətta Azərbaycanın orta sitatistik göstəricisindən yuxarıdır. Amma rayon Təhsil Şöbəsi məktəbi 9 illik etmək istəyir. Bundan başqa, 7 kəndin şagirdi həmin məktəbə gəlir.

Hər rayon üzrə müəyyən sayda məktəblər təmayülləşdiriləcək. Bu, yanlışdır. Təhsil haqqında qanunun tələblərinə əsasən məktəblər əlçatan olmalıdır. Yəni, valideynlər məktəb seçmək ixtiyarına malikdir. Şagird heç bir halda yaşadığı ərazidən 10 km uzaq məktəbə getməməlidir. Bu, dünya təcrübəsində qəbul edilən bir prinsipdir. Təhsil Nazirliyi narahatlıqlara son qoymaq üçün valideynləri ətraflı məlumatlandırmalıdır”.

Xəbər 3090 dəfə oxunub.



16.01.2021  11:54 

Metro bağlı olacaq

16.01.2021  10:58 

Salonlar açılır

16.01.2021  10:47 

SMS-icazə ləğv olunur

15.01.2021  19:17 

Niderland hökuməti istefa verdi

15.01.2021  13:47 

Ermənistanda daha bir istefa

15.01.2021  13:32 

AÇ-2020 azarkeşsiz keçiriləcək?


BÜTÜN XƏBƏRLƏR +